reklam
Regionxeberlericom.az » Gündəm » "İcra başçısı bizə kömək etmir..." - İsmayıllıdan şəhid ailəsi prezidentə müraciət etdi

reklam

"İcra başçısı bizə kömək etmir..." - İsmayıllıdan şəhid ailəsi prezidentə müraciət etdi

İsmayıllı rayon sakini Vüsal Məmmədov Azinfo.tv saytına müraciət edərək sayt vasitəsilə dövlət başçısına Video müraciət ünvanlayıb.



Vüsal Məmmədovun qardaşı, Cavid Məmmədov birinci Qarabağ savaşında vuruşaraq 05 fevral 1993- cü il tarixində itkin düşmüş və şəhidlik statusu verilmişdir. Şikayətçinin video müraciətini qısa ixtisarla dərc edirik və tam formada video müraciət yerləşdiriləcək.



Mən Vüsal Məmmədov, İsmayıllı rayon sakini, qoca anamla dəfələrlə rayon icra hakimiyyətinin başçısına müraciət edərək ondan kömək istəmişik. Sabiq başçı Mirdamət Sadıqovun qəbuluna gedəndə, anama dedi ki, neyləyim, oğlunu mən öldürmüşəm?
Hazırkı başçının qəbulunda olub problemimizi demişik. Cavabı bu oldu ki, mən belə işlərə baxmıram, gedin başqa ünvana müraciət edin.
Evimiz altmış (60) ildir ki, tikilib. Artıq damı çürümüş və yağış başımıza damır. Prezidentə müraciət etdik, cavab verdi ki, məsələyə baxılsın. Ancaq hələ də baxılmamış qalıb.
Prezident Nahid Bağırovu İsmayıllıya başçı təyin edəndə ona tapşırdı ki, daima əhalinin içərisində ol, onların problemlərini həll et, şəhid ailələrinə, qazilərə qayğı ilə yanaşıb problemlərini həll et. Ancaq Nahid Bağırov şəhid ailələri ilə, ərazidə şəkil çəkdirməklə işini bitmiş hesab edir. Məgər birinci Qarabağ savaşında vuruşaraq şəhid olanlar şəhid sayılmır? Niyə ayrıseçkilik edilir?
Nahid Bağırov ancaq özü üçün mal-mülk yığmaqla, qoyun sürüsü yaratmaqla məşğuldur. Gölün qırağında restoran, otel tikdirməklə məşğuldur. Şəhid ailələrinə kömək etmir, bütün günü şəkil çəkdirməklə məşğuldur. Buna deyirler xalqa xidmət? Bizə lazım olanda büdcədə pul olmur, ancaq alıb ona-buna qoyun sürüsü verir, onlarda satıb yeyirlər. Nahid Bağırovu ancaq instaqramda tapmaq olur.
Anam dəfələrlə xəbər elədi ki, oğlum yaşdasan,qocayam, gəl, evdə mənim problemini dinlə, gəlmədi. Hansı ki, prezident bütün məmurlara tapşırıq verib ki, gedib sakinlərlə evlərində görüşmək lazımdır. Əgər xəstədirsə, qocadırsa. Bunlar bizə ögey münasibət göstərir. Nahid Bağırov prezidentin sərəncamına, göstərişlərinə məhəl qoymur. Ancaq özləri üçün biznes qururlar. Rayonda hər yan asfaltdır, ancaq şəhid ailəsinin yolu bərbad vəziyyətdədir. Başçı deyir ki, bu yola 30.000 manat pul lazımdır. Elə bil cibindən edir.

Birinci müavinin oteli hər tərəfdən asfaltdır. Bunlar hardan aldılar bu asfaltı, pulu hansı hesaba ötürdülər? Bu qədər pul bunlarda hardandır? Bir şəhid ailəsinin damına pulları yoxdur? Birinci müavin deyir ki, sənə 200 manat pul verə bilərik. Bizə it payı lazım deyil.
Külək vaxtı qoz ağacı sınıb mal damına düşdü və dağıtdı. Onda da gəlib ölçdülər və 66 kvadrat oldu. Dedilər ki, kömək edəcəyik, ancaq pulu mənimsədilər və heç bir kömək etmədilər. Onda da bizi Rövşən Ağayev aldatdı.

Cənab prezident! Bizə ancaq siz kömək edə bilərsiniz. Nahid Bağırov bizə kömək etmək istəmir. Bu adam bu posta təsadüfi olaraq gəlib. Buna görə ondan yaxşı mənada heç nə gözləmirəm. Xahiş edirəm özünüz bizə kömək edəsiniz.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Elçin İsmayıllı //azerinfo.az//



Paylaş:


Müəllif : Tarix:
17-07-2021, 11:55
Sikayət   


loading...
Загрузка...