Bələdiyyə sədrinin həbsilə bağlı ÇAĞIRIŞ
Azərbaycan Yüksəliş Partiyasının jurnalist Niyaz Niftiyevin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə əlaqədar çağırış edib.
Çağırışda bildirilib ki, qarşıdan 22 iyul - Milli Mətbuat günü gəlir. Milli mətbuatımızın 146-cı ildönümünü qeyd etməyə hazırlaşdığımız bir vaxtda həbsdə olan jurnalist Niyaz Niftiyevi də unutmamaq lazımdır.
"Uzun illər bu sahədə fəaliyyət göstərmiş, 2019-cu ilin dekabrında keçirilən seçkilərdə bələdiyyə üzvü seçilmiş, ötən ilin aprelin əvvəlindən Binəqədi qəsəbəsi bələdiyyəsinin sədri vəzifəsini icra etməyə başlamış Niyaz Niftiyev bələdiyyə sədri seçildikdən cəmi bir neçə gün sonra Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham olunaraq, həbs edilib.
N. Niftiyev cəmiyyətdə müsbət imic qazanan mətbuat nümayəndələrindən biridir. Uzun illər müxtəlif media orqanlarında çalışıb, ölkənin ictimai həyatında fəallıq göstərib. Hər kəs onu ləyaqətli, vicdanlı insan kimi xarakterizə edir.
Azərbaycan Yüksəliş Partiyası Milli Mətbuat günü münasibətilə çoxillik mətbu və ictimai fəaliyyətini nəzərə alaraq, Niyaz Niftiyevlə münasibətdə humanizm prinsiplərini rəhbər tutulmasını vacib hesab edir, cinayət işini araşdıran məhkəmə heyətinə mətbuat gününü evində keçirə bilməsi üçün ən az jurnalistin barəsindəki həbs qərarını ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar qəbul etməyə çağırır. Hesab edirik ki, ittiham olunduğu maddələr barəsindəki həbs qərarını dəyişdirilməsinə, məhkəmə prosesinin bu şəkildə etdirilməsinə imkan verir" - deyə qeyd olunub. //dominant.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:21-07-2021, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-07-2021, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti