reklam
Regionxeberlericom.az » Gündəm » Eldar Mahmudovun oğlu vətəndaşın obyektinə basqın təşkil etdi — VİDEO

reklam

Eldar Mahmudovun oğlu vətəndaşın obyektinə basqın təşkil etdi — VİDEO


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cəzasız qalması onun qanunsuz əməllərinə yenidən rəvac verməsinə gətirib çıxarıb.

Redaksiyamıza müraciət edən vətəndaşlar sabiq MTN şefinin onlara məxsus şirkətin içərisindəki obyektə hücum təşkil olunduğunu bildirib.

Xətai Rayonu Fəzail Bayramov 1156 ünvanda yerləşən obyektə yollanan əməkdaşımız bunun canlı şahidi olub.

Biz əraziyə çatarkən sabiq MTN şefinin qohumları və bir nəfər vəkil başqasına məxsus obyektə daxil olmağa çalışırdı.

Onlar iddia edirdi ki, bu obyekt Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur.

Ancaq şirkət nümayəndələri həmin obyektin öz sahibinin olmasını söyləyərək, xüsusi məhkəmə qərarını da qarşı tərəfə göstərirdi.

Nə qədər təəccüblü olsa da Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları da orada idi. Ancaq polis əməkdaşları başqasının mülkiyyətinə soxulmaq istəyən bu adamların hərəkətlərinə haqq qazandırmağa çalışaraq, obyektin qapsının açılmasını tələb edirdi.

Əməkdaşımızın “Siz hansı səlahiyyətlə bunu edirsiniz” sualına cavabında polis zabiti Sərraf Cəfərov bildirdi ki, Anar Mahmudovun nümayəndəsi onlara müraciət edərək, həmin obyektin onlara aid olduğunu iddia edir.

Şirkətin nümayəndəsi Kənan Səmədli obyektin əsl sahibinin kimliyinin müəyyən olunmasına dair məhkəmə sənədini nümayiş etdirəndən sonra polis əməkdaşları basqınçıların istəyini rədd etdi.

Bununla belə şirkət sahibləri Xətai Rayon Polis İdarəsinin 35 ci Polis Bölməsinin rəhbərliyini də ittiham edir.

Onlar bildirir ki, bölmə rəhbərliyi polis vasitəsi ilə Mahmudova dəstək verir: “Sanki, Eldar Mahmudovun vəkilləridir. Hədə-qorxu gəlirlər ki, obyektin açarını Anara verin”.

Şikayətçilər polisin bu hərəkəti barədə DİN rəhbəri Vilayət Eyvazova da şilayət edəcəklərini dedi.

Məsələnin mahiyyətinə gəlincə, öyrəndik ki, həmin obyekt Eldar Mahmudov MTN rəhbəri olarkən onun tərötdiyi növbəti cinayətlərdən birinin nəticəsində ələ keçirilib.

Belə ki, həmin ərazidə bina tikintisini aparan iş adamlarından biri Məzahir Cəfərovu oğurladan Eldar Mahmudov MTN-də ondan oğlu Anarın adına məlum ünvanda obyekt yazdırıb.

Halbuki, həmin dövrdə məlum obyekt başqasına məxsus imiş.

Ancaq bu obyektin Anar Mahmudova verilməsi barədə şirkət rəhbərinin MTN əməliyyatçılarının qarşısında yazdığı hüquqi sənəd olmadığından obyektin ilk sahibi Elsəvər Talıbov bir neçə il əvvəl öz mülkünü məhkəmə qətnaməsi səviyyəsində hüquqiləşdirib.

Görünür, Eldar Mahmudovun MTN rəhbəri olduğu zaman törətdiyi saysız cinayət əməlləri cəzasız qaldığından o, yenidən baş qaldırıb.(gününsesi.info)





Paylaş:


Müəllif : Tarix:
24-07-2021, 11:39
Sikayət   


loading...
Загрузка...