Təhsil Nazirliyinin MİQ biabırçılığı - Koroğlu bu dəfə atı yox, müəllimləri "mindi"
Cari ilin iyulun 5-dən etibarən Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu (MİQ) imtahanları keçirilir. Son imtahana çəkilənlər isə Azərbaycan dili və ədəbiyyatı müəllimləri olub.
Hər dəfə fərqli narazılıqların doğduğu MİQ imtahanları bu dəfə də Təhsil Nazirliyini müxtəlif və əsaslı tənqidlərə tuş gətirib.
Digər fənləri deyə bilmərəm, lakin ixtisasım olduğu üçün Azərbaycan dili və ədəbiyyatı fənni üzrə keçirilən imtahanlar haqqında fikir yürüdə bilməyə haqqım olduğunu düşünürəm (Özüm imtahana qatılmamışam).
Müəllim həmkarlarımın imtahanda qarşılaşdığı suallar insana, həqiqətən, “bu qədər də yox”, – dedizdirir.
Analitik təfəkkürün ön plana çıxarılması tezisi bütün platformalarda ciddi cəhdlə müdafiə edildiyi bir zamanda TN-in imtahanlara absurd sayıla biləcək və ya eləcə absurd olan suallar salması, hər hansı əsərin nöqtə-vergülünün harada qoyulduğunu (mübaliğə) soruşması insan düşüncəsinə təhqir, 21-ci əsrə isə birbaşa küfrdür.
Maraqlananlar üçün bir neçə sual örnəyi yazım və hər kəsə aydın olsun ki, hansı tip suallardan söhbət gedir:
Niftalı Koxa Kürdən əyilib üzünü yuyarkən ilk olaraq hansı paltarını çıxardı? (“Namərd gülləsi” əsəri)
“Aldanmış kəvakib” əsərində hansı obraz özünü “sarayın qoca iti” adlandırır?
Mətnin adı: Məmiş Gülməmişov…
(Koroğlu ilə bağlı sualı dəqiqləşdirə bilmədiyim üçün qeyd etmirəm)
Göründüyü kimi, MİQ imtahanının suallarını hazırlayan heyət “göylərdə” olub. Əgər müəllimin biliyi kitabın hansısa yerində ilişib qalmış küflə ölçülürsə, o zaman insaf deyirik, başqa da heç nə!
Üstəlik, sessiyalar arasında sualların asan-çətin bərabərliyi də gözlənilməyib. Sözügedən sualların düşdüyü imtahanda ən yüksək nəticə 53 olub ki (Məlumat TN-in rəsmi “Facebook” səhifəsində paylaşılıb), bu da imtahanlararası tarazlığın və ədalətin pozulduğunun sübutudur.
İmtahana belə suallar salmaqla nazirlik özünü gözdən salmaqdan başqa bir şey əldə etmir. Təxmin etmək olar ki, bu, tələb-təklif üzrə pozulmuş balansın bərpası üçün düşünülmüş addımdır. Belə olan halda vay təhsil, vay müəllim. Vay ki nə vay!
Onu da qeyd edim ki, növbəti imtahanda nazirlik iradları nəzərə alıb sualları sadələşdirsə, o zaman da bu gün imtahan verən müəllimlərin haqqına girmiş olacaq. Çıx işin içindən, çıxa bilirsənsə!
P.S.- Məzuniyyətimin ən şirin çağında mənə bu yazını yazdıranlar utansın!
Aqil Bəkir
www.yenicag.az
Paylaş:
Müəllif : Yazar
Tarix:24-07-2021, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-07-2021, 13:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39