“Uşaqlarını qaraçılara verib faizlə diləndirilməsi halları artıb” - Dəhşətli mənzərə
Artıq bir neçə gündür ki, Sabunçu rayonunda yaşayan azyaşlı Zəhranın oğurlanması hadisəsi cəmiyyətimizdə ciddi müzakirə edilməkdədir. Əksəriyyət bu məsələdə valideynləri qınayır, azyaşlı uşağı nəzarətsiz qoymaqda suçlayır, digərləri isə qaraçı toplumlarına nəzarətin daha da gücləndirilməsinə çağırışlar edir.
Xatırladaq ki, 4 iyun tarixində Zəhranın valideynləri onu 11 yaşlı bacısının himayəsində qoyaraq işə gediblər. Evdə nəzarətsiz qalmış uşaq çölə çıxaraq, yaxınlıqdakı mağazaya gedib və daha sonra itkin düşmüşdü. Lakin polis əməkdaşlarının intensiv axtarışları nəticəsində azyaşlı uşaq 2 gün sonra tapılaraq, valideynlərinə təhvil verilib. Qeyd edək ki, Zəhra Nizami rayon ərazisində diləndirilərkən tapılıb.
Maraqlıdır, bəs cəmiyyətimiz və valideynlər bu hadisədən necə dərs alıb?
“Azərbaycan Uşaqlar Birliyinin” sədri Kəmalə Ağazadə ilk öncə hadisə ilə bağlı öz təəssüratlarını bildirdi:
“Hələ də mənə dəqiq aydın deyil ki, uşaq oğurlanıb, ya itkin düşüb? Bəzi məlumatlarda deyildi ki, onu oğurlayan qadın qaraçıdır, digər məlumatlarda isə əslən Masallıdan olduğu bildirildi. Axı Masallıda qaraçı qrupları yoxdur. Digər məlumatlarda isə qadının ruhi xəstə olduğu deyildi. Yəni bu hadisədə qaranlıq məqamlar var. Bildiyim qədər, Sabunçu rayonu ərazisində yetərli sayda qaraçı yaşayır. Bu baxımdan həmin ərazidə yaşayan valideynlər uşaqlarına daha ciddi nəzarət etməlidir. Həmçinin bu hadisədən belə aydın olur ki, valideyn uşağını 11 yaşlı uşağın himayəsində qoyub, işə gedib. Bu nə dərəcədə doğrudur? Həmçinin bu hadisə onu göstərdi ki, bu cür ərazilərdə uşaq bağçalarının sayı kifayət etmir. Əgər bağça olsaydı, ana övladını bağçanın himayəsinə verərdi və uşaq nəzarətdə olardı. Nə qədər ki, bu problem həll olunmayıb, bu cür hadisələrlə rastlaşacağıq”.
Qurum sədri qeyd etdi ki, baş verən hadisə cəmiyyət üçün bir həyəcan siqnalı olmalıdır: “10-15 il ərzində bu cür adam oğurluğu hadisəsi ilə qarşılaşmamışdıq və bu hadisənin baş verməsi bir həyəcan siqnalı olmalıdır. Çünki bu hadisə digər cinayətlərin başlanğıcı ola bilər, uşaqların oğurlanması üçün xüsusi yollara əl atıla bilər”.
Kəmalə Ağazadə qaraçı qruplarının nəzarətə alınması üçün çağırış da etdi: “Tez-tez rastlaşırıq ki, uşaqları qaraçılara faizlə diləndirməyə verirlər. Hansı ki, həmin uşaqlar nənə, bibi, xala himayəsində olur. Necə olur ki, uşaqları himayə edənlər bölgələrdə oturur, uşaqlar isə paytaxtda dilənir? Məsələn, hazırda bizim sığınacaqda 2 yaşlı Lalə var. Onun anası ruhi xəstədir, buna baxmayaraq 5 uşaq doğub, atası tüfeyli həyat sürür. Uşaqların heç biri valideynlərinin yanında deyil. Laləni isə bibisi qaraçıya faizlə diləndirməyə verib. Təsadüf nəticəsində həmin qaraçı hallı vəziyyətində uşağı küçənin ortasında buraxıb gedib və uşaq küçə itlərinin hücumuna məruz qalıb. Yalnız ətrafdakı insanların köməyi sayəsində uşaq itlərin əlindən alınaraq, bizim sığınacağa gətirilib. Beləliklə, uşaqların faizlə qaraçılara verilməsi olayı ilə tez-tez rastlaşırıq. Buna görə də onlarla bağlı xüsusi göstərişlər verilməli, coğrafiyaları, yayıldığı ərazilər, etnik tərkibləri araşdırılmalıdır. Doğrudur, ölkə daxilində onların rahat yaşamaqları barədə məhdudiyyətlər yoxdur, lakin nəzarət edilməlidir.
Zəhra ilə bağlı hadisəyə gəldikdə isə, bu olayda da mənim üçün bəzi şübhələr qalıb. Çünki mətbuatdan da izləyirik ki, qadının uşağa və uşağın qadına münasibəti pis olmayıb, sanki əvvəldən bir-biriləri ilə tanış olublar. Yəni qaranlıq məqamlar çoxdur"
Bu məqamda qeyd edək ki, “Yeni Müsavat”ın əməkdaşları qaraçıların diləndirdiyi 4 yaşlı Zəhranın evindən reportaj hazırlayarkən, qonşular ərazidəki qaraçıların ciddi nəzarətə alınması ilə bağlı müraciət etmişdilər: “Bizdə irqi ayrı-seçkilik yoxdur, heç bir zaman da buna yol verməmişik. Amma hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, burada çoxlu sayda qaraçılar məskunlaşıb, onların barəsində tədbir görsünlər. Oğurluq kisik şeylərdən başlayır, sonda adam oğurluğuna qədər gəlib çatır, hansı ki, son hadisəni yaşadıq”.
Psixoloq Azad İsazadə isə mövzu ilə bağlı qeyd etdi ki, hər zaman cəmiyyətdə bu cür hadisələr baş verib və verəcək də: “Təəssüflə qeyd edirəm ki, bu hadisə bizim cəmiyyətimizə dərs olmayacaq. Doğrudur, bəzi ailələr bu hadisədən təsirlənərək, qorxu, stress yaşayacaq və övladlarına ümumiyyətlə gözdən qoymayacaqlar. Təbii ki, bunun da öz mənfi təsiri var. Digər insanlar isə sadəcə daha diqqətli olacaqlar”.
Psixoloq qeyd etdi ki, 3-5 yaşında uşaqların nəzarətsiz buraxılması çox təhlükəli ola bilər: “Çünki uşaqlar 3-5 yaşlarında artıq dünyanı anlamağa başlayır, valideyndən ayrılaraq, sərbəst hərəkətlər etməyə, çoxlu suallar verməyə, ətrafındakı hər şeylə maraqlanmağa can atır, gəzmək istəyir və sairə. Əgər evdə 2-3 dəqiqəlik onu nəzarətsiz buraxsaq, hətta küçəyə çıxa bilər. Buna görə də uşağı o yaşlarda 1 dəqiqəlik da olsun gözdən qoymaq olmaz. Həmçinin evin içində nəzarəti əldən buraxmaq olmaz. Çünki uşaq üçün qaz, elektrik, bıçaq və digər təhlükəli şeylər çox maraqlı olur. Zəhra ilə bağlı hadisə çox sevindirici haldır ki, yaxşı bitdi. Amma bu hadisə faciə ilə də nəticələnə bilərdi”.
Xatırladaq ki, azyaşlı Zəhranı oğurlayaraq dilənçiliyə cəlb etmiş, 39 yaşlı Masallı rayon sakini T.Nəzərova saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-06-2019, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-06-2019, 09:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08