"İcra məmuru deyir ki, icra başçısı bizə imkan vermir..." - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
I Qarabağ savaşının iştirakçısı, müharibə veteranı Gəray Vəliyev Binəqədi Rayon İcra Hakimiyyətindən və Biləcəri bələdiyyəsindən şikayətçidir.
Cəbrayıl uğrundan gedən döyüşlərdə yaralanan Gəray Vəliyevə 2004-cü idə müharibə veteran kimi Biləcəri qəsəbəsində torpaq verilib.
G. Əliyev deyir ki, 16 il öncə ona verilən torpaq sahəsi sonradan başqasına satılıb.
Əlində məhkəmə qərarı olsa da, Biləcəri bələdiyyəsi qanuni torpağını vermək istəmir, tələblərinə məhəl qoymur.
"İcra məmuru bələdiyyənin tərəfini tutur"
Onun sözlərinə görə, torpağı Biləcəri bələdiyyəsinin keçmiş sədri İlham Xəlilov satıb, amma yeni bələdiyyə sədri Etibar Cabbarov da ona torpaq verməkdən imtina edir: "2004-cü ildə mənə müharibə veteranı kimi Biləcəri qəsəbəsində torpaq verildi. Sonradan Dövlət Neft Şirkəti ərazinin onlara məxsus olduğunu əsas gətirərək məni məhkəməyə verdi. Lakin məhkəmə həmin ərazinin kommunikasiya xətlərindən kənarda yerləşdiyini müəyyənləşdirərək mənim xeyrinə qərar çıxardı. Bütün sənədlər də əlimdədir. Amma bələdiyyə sədri mənə məxsus torpağı bir müddət sonra başqasına satdı. Başqa yerdə torpaq verdilər, onu da satdı".
Gəray Əliyev problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə, Baş Prokurorluğa və bütün aidiyyəti qurumlara müraciət edib: "İcra məmuruna deyirəm ki, niyə işi icra etmirsiniz? Deyir ki, icra başçısı Elxan Allahverdiyev bizə imkan vermir. Hətta icra məmuru ilə yeni bələdiyyə sədri Etibar Cabbarovun qəbulunda olduq. Bələdiyyə sədri dedi ki, torpaq olsa, özüm ev tikərəm".
Gəray Əliyev Arqument.az-a deyib ki, bələdiyyə sədri torpağın bələdiyyənin sərəncamında olduğunu özü də etiraf edib: "Əgər 2005-ci ildən Neft Şirkəti həmin əraziləri qərarla Biləcəri Bələdiyyəsinin mülkiyyətinə veribsə, o zaman mənim torpağımı bələdiyyə sədri necə sata bilər? Demək, burada ciddi korrupsiya və rüşvət faktı var”.
O, dəfələrlə İcra Hakimiyyətinə, şəxsən icra başçısı Elxan Allahverdiyevə müraciət etsə də, nəticənin olmadığını deyir.
Şikayətçi ölkə başçısın da müraciət ünvanladığını bildirib.
Arqument.az Binəqədi Rayon İcra Hakimiyyətindən və Biləcəri bələdiyyəsindən münasibət öyrənə bilməyib.
Keçmiş bələdiyyə sədri İlham Xəlilov 2020-ci ilin dekabr ayının 2-də koronavirusdan vəfat edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-07-2021, 09:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-07-2021, 09:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39