Bu, faktiki olaraq Əmrullayevin YARITMAZLIĞIDIR... - NARAZILIQ VAR!
Müəllimlərin işə qəbul imtahanı (MİQ) ilə bağlı ötən həftə yaranan narazılıqlara son qoyulması üçün Təhsil Nazirliyi 2 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlarda iştirak edənlərə əlavə şans və bal təklif etsə də, iyulun 9-da ibtidai sinif üzrə MİQ imtahanlarında iştirak edən müəllimlərin müraciəti cavabsız qalıb. Halbuki, iyulun 9-da imtahanda iştirak edən müəllimlər onlara verilən sualların əvvəlki seansda salınan suallarla müqayisədə daha vaxtaparan olduğunu iddia edirlər.
Suallar çətin, vaxt az...
Gülnar Balakişiyeva adlı ibtidai sinif müəllimi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iyulun 9-da keçirilən MİQ imtahanlarına salınan suallar onlara təqdim olunan çərçivədən kənara çıxmasa da çox vaxtaparan olub.
"Mən iyulun 9-da imtahan vermişəm. Əvvəlki iki gündə keçirilən imtahanlarda müəllimlər yüksək bal topladılar. Çünki həmin günlərdə imtahana salınan suallarla bizə verilən suallarda ciddi fərq vardı. Bizə düşən suallar vaxtaparan idi. Yəni suallar mərhələli cavablandırma tələb edirdi. Ayın 12-də keçirilən imtahanda da bizim imtahanla eyni səviyyədə suallar düşmüşdü. Nazirlik onlara bal və təkrar imtahan şansı tanısa da, bizə heç bir şans verilmədi. Bizim narazılığımız ondan ibarətdir ki, təkrar imtahan şansı bizə də yaradılsın və iyulun 9-dan əvvəl iki gün keçirilən imtahanlarda verilən səviyyədə suallar bizə də təqdim olunsun. Bizə əlavə bal lazım deyil", - deyə şikayətçi müəllim bildirir.
MİQ imtahanlarına salınan sualların çətinliyinə görə fərqli olmasından narazılıq edən müəllimlər deyirlər ki, 9-da keçirilən imtahana beş variantlı suallar salınıb. Hansı ki, həmin beş variantın beşi də təhlil olunmalıdır. Riyaziyyat fənnindən isə imtahana dörd və beşhəlli məsələlər salınıb.
"Əvvəlki imtahanlara asan, 9 iyulda keçirilən imtahana çətin suallar salınıb"
Müəllimlər deyirlər ki, məsələ ilə bağlı təhsil naziri Emin Əmrullayevə, onun Facebook sosial şəbəkəsindəki hesabına çoxsaylı şikayətlər yazsalar da onlara cavab verilmir. Müəllimlər yuxarıda qeyd etdiyimiz durumu ədalətsizlik adlandıraraq, iyulun 9-dan əvvəl keçirilən imtahanda yüksək bal qazanan həmkarlarının biliyinin heç də onlardan üstün olmadığını iddia edirlər:
"Suallar hər tarix üzrə keçirilən imtahanlar üçün fərqli olub. Biz sualların çətinliyindən şikayətlənmirik. Əgər nazirlik sualları hər tarixdə keçirilən imtahanlar üçün fərqli edirdisə, imtahan üçün ayrılan saatları da fərqli etməli idi. İmtahana vaxtaparan, çoxhəlli məsələlər salırdılarsa, bu zaman imtahan müddətini də artırmalı idilər. Biz mətnlərin təhlilinə vaxt çatdıra bilmədik.
Əgər üç mətn salınıbsa, bizdən hər üç mətnin təhlili tələb olunurdu. 9-dan əvvəlki imtahana isə belə suallar salınmayıb. Belə çıxır ki, biz sualların vaxtaparan olmasına görə müəllimlərin işə qəbulundan kənarda qalmalıyıq. Hansısa müəllim isə imtahan sualı asan olduğundan yüksək bal toplayaraq bizim yerimizi tutmaldır. Biz bu ədalətsizliyə etiraz edirik".
Narazılığı yaradan institut yaxasını kənara çəkir...
Qeyd edək ki, MİQ imtahanları Təhsil Nazirliyi tərəfindən aparılsa da, imtahan suallarını Təhsil İnstitutu tərtib edir. İnstitutun mətbuat xidmətindən sorğumuza cavabda bildirdilər ki, MİQ imtahanlarında müəllim olmağa 60 min namizəd iştirak edir. Onların arasında imtahandan narazı qalanların olması mümkündür.
O ki qaldı bir neçə ixtisas üzrə keçirilən imtahanlara fərqli sualların salınmasına, institutdan bildirdilər ki, 2 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlara sualların əvvəlki imtahanlarla müqayisədə fərqli salındığı faktı öz təsdiqini tapıb. Elə ona görə də çətinlik fərqi olan imtahanlar üzrə müəllimlərə təkrar imtahan şansı və əlavə bal verilməsi barədə qərar qəbul olunub: "5040 test tapşırığı üzrə təhlil aparılıb. 2 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanların suallarında fərq üzə çıxıb. Amma ümumilikdə bütün imtahanlarda eyni formatda suallar var.
Müəllimlərə əvvəlcədən bildirilib ki, hər fənn üzrə neçə və hansı mövzularda suallar salınıb. MİQ imtahan suallarını hər bir fənn üzrə mütəxəssislər hazırlayırlar. 100 minə yaxın sual bankı var. Onların arasında çətini də var, asanı da. Amma imtahanların hansınasa məqsədyönlü şəkildə çətin və vaxtaparan sualların salınmasından söhbət gedə bilməz. İyulun 9-da imtahan salınan suallarla bağlı araşdırma zamanı elə ciddi fərq üzə çıxmayıb".
9 iyulda imtahan verən müəllimlərin bununla razılaşmamasına gəlincə, institutdan dedilər ki, imtahanda iştirak edən müəllimlərin apellyasiya şikayəti vermək hüququ var.
İki qurumun səhvi üzündən nazirlik müəllimlərlə üz-üzə qalıb
Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, bu il keçirilən MİQ imtahanlarına salınan suallar çətinliyinə görə əvvəlki illərdən kəskin fərqlənib. Onun sözlərinə görə, müəllimlərə təqdim edilmiş test tapşırıqları həm məzmun, həmçinin də struktur baxımından əvvəlki illərlə müqayisədə daha çətin tipli tapşırıqlar olub.
Ekspert deyir ki, təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı keyfiyyətin yüksəldilməsi üçün MİQ imtahanın rolu böyükdür. Amma imtahanlara salınan suallar arasında bu qədər fərqin olması ədalət və bərabərlik prinsipini pozub. Çünki orta məktəbdə müəllim işləyəcək şəxslərə bərabər şanslar yaradılıb. Amma imtahan suallarının çətinliyinə görə yalnız 2 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlara qatılanlara güzəşt edilib.
"Bu ciddi səhv hesab olunmalıdır. Çünki institutun hansısa işçisinin işi bacarmamasından və səhlənkarlığı üzündən baş verib. Ona görə də ya hər kəsə güzəşt edilməli, yaxud heç kəsə güzəşt edilməməlidir. Təhsil Nazirliyinin hazırkı yanaşması isə düzgün deyil. İmtahan suallarında fərqin qoyulmasında günahkar kimi Təhsil Nazirliyi hədəfə alınsa da, əslində birbaşa günah nazirlikdə deyil. Çünki proseslərdə nazirliyin heç bir günahı yoxdur. Təhsil Nazirliyi bu proseslərdən tamamilə kənardır.
İmtahan suallarını hazırlayan, təşkil edən Təhsil İnstitutu ilə Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutudur. Bu işdə iki günahkar qurum var ki, onlar adlarını çəkdiyim Təhsil İnstitutu ilə Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutudur. Onlara verilmiş vəzifənin öhdəsindən lazımınca gələ bilməyiblər. Sualla gəldikdə, Təhsil Nazirliyinin öncədən elan etdiyi çərçivədən kənar suallar da salınıb. MİQ imtahanlarında çoxsaylı qüsurlara yol verildiyinə görə bu məsələyə diqqətlə yanaşılmalıdır. Bu səhv üzündən müəllimlərin çoxu işə qəbul müsabiqəsindən kənarda qalacaq. Bu onların taleyi ilə oynamaq deməkdir. İndiki güzəşt məsələyə ikili yanaşma mövqeyi sərgiləyir. Ona görə də çıxış yolu ölkə başçısına və məhkəmələrə müraciət etməkdir", - deyə ekspert bildirir.
K.Əsədov MİQ imtahanlarına salınan sualların da məzmun baxımından çox qüsurlu olduğunu söyləyir. Onun sözlərinə görə, bu sualları hazırlayanların testologiyadan ümumiyyətlə xəbəri yoxdur.
Müəllim işləmək istəyən müəllimlər də repetitor hazırlığına gedir
K.Əsədov MİQ imtahanlarının məqsədinin ən yaxşını seçmək olsa da, savadlı müəllimlərin yetişdirilməsinə diqqət yetirilmədiyini söyləyir. Ekspert deyir ki, MİQ imtahanlarında iştirak etmək üçün belə müəllimlər repetitor hazırlığına və kurslara müraciət edirlər. Bu isə biabırçılıqdır. Onun sözlərinə görə, bu gün müəllimlərdən tələb edilən bilik səviyyəsi ali təhsil müəssisələri tərəfindən verilmir.
Təhsil İnstitutunda imtahan təşkil etmək üçün baza yoxdur
Kamran Əsədov deyir ki, MİQ imtahları işə qəbulda şəffaflığın təmin edilməsində mühüm rol oynasa da, imtahan zamanı təqdim edilmiş test tapşırıqları ilə bağlı narahatlıq baş verir: "Yəni hər il MİQ imtahanı şəffaf təşkil edilsə də, test tapşırıqları ilə bağlı qüsurlar ortaya çıxır. Xüsusilə test tapşırıqlarının məzmunu, quruluşu, ağırlıq səviyyəsi düzgün təşkil edilmir. MİQ imtahanı üçün vahid ədəbiyyatın olmaması problemi illər ərzində mövcud problemlərin əsas səbəbidir. Təhsil Nazirliyi imtahanların şəffaf və ədalətli keçirilməsində maraqlı tərəf olduğunu bildirir və bunu açıq şəkildə nümayiş etdirir. Amma MİQ imtahanın test mərhələsinin keçirilməsi Təhsil Nazirliyinə lazımdırmı? Aparılan təhlillər göstərir ki, MİQ imtahanın yüksək səviyyədə təşkil olunması üçün Təhsil Nazirliyinin resursları azdır. Kiçik resurslar ilə böyük iş görmək çətindir".
Ekspert bildirib ki, imtahanlar DİM-lə birgə keçirilsə, daha effektiv nəticə əldə olunar: "MİQ imtahanı ölkədə DİM-in buraxılış və qəbul imtahanlarından sonra ölkədə ən kütləvi imtahandır. Cari ildə MİQ imtahanında iştirak etmək üçün 62 min elektron ərizə qəbul edilib.
Hesab etmirəm ki, MİQ imtahanını Təhsil Nazirliyi DİM-lə birgə təşkil etməlidir. Yəni imtahanın test mərhələsini DİM, müsabiqə şərtlərini ödəyən şəxslər üçün müsahibə mərhələsini Təhsil Nazirliyi keçirə bilər. Çünki DİM artıq beynəlxalq standartların tələblərinə cavab verən imtahanlar təşkil edir.
DİM beynəlxalq imtahanların keçirilməsi üçün lisenziya almış qurumdur. Bundan başqa, ölkədə prokurorluq orqanlarına işə qəbul, vergi orqanlarına işə qəbul, dövlət qulluğuna işə qəbul, miqrasiya orqanlarına işə qəbul kimi imtahanları DİM təşkil edir. Yəni imtahanın test mərhələsini təşkil edir, müsahibə mərhələsi isə müvafiq qurumlar tərəfindən təşkil edilir".
Kamran Əsədov onu da əlavə edib ki, MİQ imtahanı Təhsil Nazirliyinin uğurlarına kölgə salır.
"Bu imtahan yox, imtahan-imtahan oyunudur"
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlərin imtahan məsələsinə yenidən baxmağa ehtiyac var. N. İsrafilovun fikrincə, illərlə müəllim işləyənləri imtahana çəkmək doğru yanaşma deyil. N.İsrafilovun sözlərinə görə, bu, müəllimləri incitməkdir. Onun sözlərinə görə, imtahanla yaxşı müəllimi üzə çıxartmaq mümkün deyil: "Sovet dövründə baza məktəblər olub. Baza məktəblər 4-cü kursdan müəllimləri hazırlayırdı. Peşəkar müəllimlər həmin tələbələrin dərsini izləyərək qiymətləndirirdilər. Beləcə məktəbə hazır müəllimlər göndərilirdilər. Müəllimə qiymət vermək üçün birmənalı olaraq onun dərsi izlənilməlidir. Hansısa sualı əzbərləyib ona cavab vermək hələ yaxşı müəllim olmaq demək deyil. Müəllimin ən azı bir dərsi dinlənilməlidir. Çünki dərsə verilən tələblər var. Mənimsəmə, təkraralama, yeni bilik verən dərs və sair məsələlər qiymətləndirilməlidir".
N.İsrafilov deyir ki, MİQ imtahanına salınan suallar çətinləşdirilirsə, müəllimlərə verilən vaxt da uzadılmalıdır: "Bu imtahan yox, imtahan-imtahan oyunudur. Müəllimlərin aksiyaya cəhd etməsi göstərdi ki, müəllimləri çox incidirlər. İmtahanlara çətinliyinə görə belə fərqli sualların salınması yolverilməzdir".
Ekspert deyir ki, bu gün əsas diqqət müəllimlərin hazırlanmasına və onların təkmilləşdirilməsinə yönəldilməlidir: "Sovet dövründə Bakıda kadrların yenidən hazırlanması və təkmilləşdirməsi işi aparılırdı. Bütün müəllimlər üç və beş ildən bir bu institutlara gələrək onlara bütün yeniliklər izah olunur, yenidən dərs keçirdilər. O institutların adını dəyişib İnkişaf Mərkəzləri qoysalar da, bu Mərkəzlər həmin institutların yerini vermir. Bundan əlavə, müəllimi hazırlayan ali məktəblərin üzərinə daha çox düşmək lazımdır. Müəllimlərin sayı mövcud tələbatdan iki dəfə artıqdır. Ona görə də kadr hazırlığında da planlaşdırma olmalıdır".
Yaxşı müəllimləri Bakıya, pislərini rayonlara yönəltmək olmaz!
Həmsöhbətimiz deyir ki, müəllimlərin işə qəbulunda bala görə müəllimlərin çeşidlənməsi də yolverilməzdir: "Bu gün Bakı məktəblərində müəllim işləmək üçün ən yüksək bal tələbinin qoyulması kökündən yanlış yanaşmadır. Belə çıxır ki, biz savadlı müəllimləri ancaq Bakıya yığırıq. Bəs onda bölgələrə niyə az bal toplayan müəllimlər getməlidir? Bəyəm bölgələrdə təhsil alanlar bizim uşaqlarımız deyil? Müəllimlərin işə qəbulu regional xarakter daşımalıdır. Bu gün Mərdəkanda yaşayan müəllim balına görə Müşviq qəsəbəsində məktəbdə işləməli olur. Yaxud da direktor işləyir. Bu qədər vaxt sərfiyyatı müəllimin iş keyfiyyətinə də təsir edir. Bunu aradan qaldırmaq lazımdır".
Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu MİQ imtahanlarından narazı qalan müəllimlərlə bağlı çıxışında müəllimləri əsas qıcıqlandıran məsələnin - vakant yerlərin - az olduğunu söyləyib: "Bu il üçün 8000-ə yaxın vakansiya var".
Nazirlik rəsmisi sovet dövrü təcrübəsindən danışaraq bildirib ki, o dövrdə müəllim olmaq istəyənlər maarif şöbəsində siyahıya yazılırdılar və vakant yer olduqca sıraya uyğun həmin müəllimlər işə götürülürdülər.
"Artıq bu proses təkmilləşdirilib və MİQ imtahanları keçirilir. İnsanları qıcıqlandıran daha çox iş yerinin olması tələbidir, amma bu, mümkünsüzdür. Biz vakant yerlər üzrə işləyirik", - deyə şöbə müdiri bildirib.
Qeyd edək ki, müəllimlərin işə qəbul imtahanında istifadə olunan təxminən 5000-ə qədər testin elmi-statistik təhlili aparılıb. Müəyyən olunub ki, 12 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlarda istifadə olunan testlər digər tarixlərdəki imtahanlardan çətinliyinə görə fərqlənib. Bu səbəbdən həmin günlərdə iştirak edən namizədlər üçün təkrar imtahan müəyyən olunub. Ümumilikdə MİQ-də iştirak etmək üçün təxminən 60 minə yaxın şəxs müraciət edib. İndiyə qədər 35 minə qədər namizəd imtahanlarda iştirak edib. 5-8 iyul tarixlərində keçirilən imtahanlarda 9 628 namizəd iştirak edib. Namizədlərdən 7 nəfər 60 bal toplayaraq ən yüksək nəticə göstərib.
Xatırladaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-08-2021, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-08-2021, 09:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22