reklam
Regionxeberlericom.az » Gündəm » Sahil Babayev haqda ilginc iddialar... - Gedəcəyi deyilir...

reklam

Sahil Babayev haqda ilginc iddialar... - Gedəcəyi deyilir...


"Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) sırınması (başqa ifadə işlənilməsi mümkün deyil) artıq bir neçə ildir. Bəri başdan deyək ki, bu sırınma özünü doğrultmayıb və bir neçə ildir ölkə əhalisinin sosial müdafiəsi həyata keçirilmir, sadəcə saxta müdafiə, imitasiya, dövlət rəhbərliyinə yalan məlumatlar verməklə korrupsiyanın irimiqyaslı müdafiəsi baş verir”.

Dəhşətlisi odur ki, Ünvanlı sosial yardımların (ÜSY) verilməsində tam özbaşınalıq, əlilliyin müəyyən edilməsində elektron dələduzluq hökm sürür. Sadə misal :adına torpaq sahəsi olan işsiz şəxsə ÜSY verilməsindən imtina edilir ki, torpağı var. Torpağı olmayan işsizə isə olmayan iş gəliri, olmayan torpağının "olması” haqqında sənəd tələb edib, ÜSY ayrılmayacağını öncədən bildirirlər. Bu imtina praktikası daha çox kənd yerlərində geniş yayılıb. Əlilliyin müəyyən edilməsindəki elektron dələduzluq sistemi elə "təkmilləşdirilib” ki, hətta təkrar müayinəyə göndərilən əlillərin də 5-10 il sonra "təkrar müalicəyə ehtiyacı” elektron qaydada üzə çıxır.

Bir sözlə ƏƏSMN-nin rəhbərlik sarıdan bəxti heç gətirməyib.

Bu tam başqa bir məsələdir, keçək əsas mətləbə: Əlil və şəhid ailələrinin mənzillərlə təminatına gəldikdə isə, bu sahədə son illərdə tətbiq edilən qaydanı da ƏƏSMN rəhbərliyinin yanlış kadr siyasəti heçə çıxardı. Adı daha çox rüşvət, korrupsiya əməllərində hallanan Vüqar Behbudovun yeni yaradılan Sosial Xidmətlər Agentliyinin (SXA ) idarə heyətinin sədri təyin edilməsi Qarabağ qaziləri və şəhid ailələrinin "cibinə uyğun” olmadı və bu qeyri-mütənasiblik aztəminatlı şəxslərin mənzil növbələrində qocalmalarına , qıcolmalarına gətirib. SXA -nın sədri əməlli – başlı Saxta Xidmətlər Agentliyi (SXA) yaradıb.
Pandemiya ilə zəfər ilinin eyni vaxta düşdüyü 2020-2021ci illərdə qazi və şəhid ailələrinə söz verilən 1500 mənzilin alınması da baş vermədi. Yenə də saxta, fake məlumatlarla sosial mənzil xidməti sırındı. Başlıca olaraq, ikiotaqlı mənzillər alındığını və Bakının mərkəzində ortalıq 50 minə başa gəldiyi hesabı ilə 1500 mənzilin 75 milyon manat apardığını hesablamaq nə SXA-ya, nə DTX -ya, nə antikorrupsiya qurumlarına, nə də Hesablama Palatasına çətin olmaz. Lap olsun, 150 milyon! Nə vəsaitdir ki! Özü də birdəfəlik ! Onu da vurğulayaq ki , bu il pandemiya ilə bağlı 600 min şəxsə aylıq 114 milyon hesabı ilə toplam 600 milyon manat ödənilib .Yəni qazi və şəhid ailələrinin mənzil təminatı üçün ayrılan vəsaitdən 4-8 dəfə çox ! Hanı bunun hesabatı? Hanı 1500 mənzil? Niyə ayrılan vəsaiti ilin sonunda xərcləyirlər? Belə hissə-hissə təminat rüşvət və korrupsiyadan qaynaqlanmır ki? Bu məsələdə dövlət zəmanəti ilə qazi və şəhid ailələrinin hamısına birdəfəlik mənzillər alıb, hər il büdcədən vəsait ayırmaqla borcu ödəmək olmaz?

Nə qədər ki, kadr seçimində dostbazlıq, xidmətdə rüşvət hökm sürəcək, Vüqar Behbudov kimi saxta sosial xidmətçilər qazi və şəhid ailələrinə saxta xidmət göstərməkdə davam edəcək. Belə xidmət ilə isə aztəminatlı şəxslərin mənzil yiyələri olmaları it ilində də gerçəkləşməyəcək”.

Gəzən söz-söhbətə görə, artıq Sahil Babayevin ƏƏSMN-də heç bir nüfuzu qalmamışdır. Fürsətdən istifadə edən Sosial Xidmətlər Agentliyinin rəhbəri Vüqar Behbudovun nazirlik xülyası baş tutmaq üzrədir, artıq işini gizlincə düzüb qoşmağa çalışır ki, nazir vəzifəsinə təyinat alsın.

Düzünü desək gəzən söz-söhbətin inandırıcı olmasına səbəb sosial şəbəkələrdə Vüqar Behbudov işçilərini səfərbər edib ki,hərə öz profilində bəy tərifi edib, Vüqar Behbudovun şəkilini paylaşsın. Şişirtmə rəqəmlər, gözdən pərdə asmaq gəzən şaiələrin tezliklə reallaşacağına zəmin yaradır. Necə deyərlər yarıtmaz nazir Sahil Babayevin torbası artıq tikilib, yeni nazir kürsüsünə Vüqar Behbudov tam hazır vəziyyətdədir. //xeberal.az//


Paylaş:


Müəllif : Tarix:
5-08-2021, 08:22
Sikayət   


loading...
Загрузка...