“Hətta br dəfə hansısa televiziya da gəlmişdi çəkilişə, yenə veclərinə alan olmadı...” - GİLEY
Ucarın Qaradağlı kəndinin sakinlərinin şikayəti var. Kəndlərinin yolları pis vəziyyətdədir. Deyirlər ki, qışda vəziyyətləri daha ağır olur, palçıqda yolu güc-bəla ilə keçib gedirlər. Yayda isə yolun toz-torpağını udurlar.
“Həftədə bir neçə dəfə həkimə, şəhərə işə gedən olur, hamı əziyyət çəkir. Yolun bərbad olması gediş haqqını da baha edir, hamısı da insanların cibindən gedir”, – kənd sakinlərindən Namiq Həsənov belə deyir.
Sakinlər bildirirlər ki, dəfələrlə yığışıb aidiyyatı qurumlara müraciət ediblər. Amma şikayətlərinə, müraciətlərinə baxan olmayıb:
“Hətta br dəfə hansısa televiziya da gəlmişdi çəkilişə. Yenə veclərinə alan olmadı”.
Namiq Həsənova görə hər şey yoldan başlayır – təhsil, mədəniyyət, inkişaf…
“Yol olmayandan sonra nə təhsildən, nə də mədəniyyətdən danışmaq olar. Dəfələrlə müraciət etmişik, gəlirlər, bir-iki yerinə yamaq vurub gedirlər. Bir-iki gün yağış yağanacandır, pis günə qalır”, – Həsənov gileylənir.
Sakinlər deyirlər ki, illər əvvəl yola yaxşı asfalt çəkilib, amma bunu dövlət yox, kənddən olan xeyriyyəçi edib:
“Bir xeyriyyəçi var idi, Rusiyada yaşayırdı. Kənddə məscid tikdirdi, 2 kilometrə qədər yol çəkdirdi. Ancaq zamanla xarab oldu. İndi o xeyriyyəçi də rəhmətə gedib. Biz də kasıb adamlarıq, heç çınqıl alıb yola tökə bilmərik. Bu işlərə gərək dövlət baxsın. Yol çəkdirmək kəndlinin imkanı xaricindədir”.
Namiq Həsənov deyir ki, sağ və soldakı kəndlərin hər birində yol normaldır. Bircə onların probleminə baxılmır:
“Yumruq kimi kənd olsaydıq, yolumuz bu gündə olmazdı. İnsanlar humanistdir, fağırdır, ona görə də bizim kəndə baxan yoxdur. Bələdiyyə də deyir ki, mənlik deyil, bu, mənim büdcəm xaricindədir. Bəli, düz də deyir. Çünki yol çəkilişi ucuz başa gələn bir iş deyil. Kəndin də yolu azı 4 kilometrdir. Bunun üçün büdcədən vəsait ayrılmalıdır. Nə camaatın, nə də bələdiyyənin bacaracağı işdir”.
” İnsanlar humanistdir, fağırdır, ona görə də bizim kəndə baxan yoxdur”
Ucar Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən isə bildiriblər ki, problemdən xəbərləri var. Ancaq yol çəkilişi böyük vəsait tələb etdiyindən, yerli qurumların bu problemi həll etməyə gücü çatmır:
“Ancaq planda var ki, bu barədə yazaq və növbəti illərin birinin büdcəsinə daxil edilsin”.
Sakinlər isə deyirlər ki, səriştəsiz məmurlar onları boğaza yığıb. Artıq müraciət etməkdən də yorulublar, xeyri yoxdur:
“Bir-üç-beş-on – sonsuzluğa gedir. Hamı bezir və axırda hərə çəkilir bir qırağa. Nəticədə də problem həll edilmir”.
Meydan TV
Paylaş:
Müəllif : Fuad
Tarix:5-08-2021, 09:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-08-2021, 09:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52