Bilgəhdəki Kardioloji Sanatoriyanın rəhbəri barədə TƏRS YAZI... - OXU, İNANMA...
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Respublika Həmkarlar Konfederasiyasının nəzdində fəaliyyət göstərən çoxsaylı “titullu” təşkilatlardan “ən titullusu” Bilgəhdəki Kardioloji Sanatoriyanın uzunömürlü baş həkimi Muxtar bəyin adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir. Hippokrat andına sədaqət rəmzi kimi ad qazanmaq hər kəsin başına qonan şahlıq quşu deyil ha. Deyilənə görə, hətta adı Ginnesin qeyri-rəsmi Rekordlar Kitabında da 1-ci sırada yer almaqdadır. Rəhbər olasan, işə belə can yandırasan? Təsəvvür edin ki, müalicəyə gəlib-gedəni kabinetində bir stəkan pürrəngi çaya qonaq etməmiş, yaxasından əl çəkməz. Tibb bacısından, həkimdən süpürgəçiyə kimi bütün işçilərin and yerinə çevrilib. İnanmaq olmur ki, o boyda təşkilata rəhbərlik edəsən, bir qəpik pula belə kəm baxmayasan, nə də kimsəyə belə həlləm-qəlləm iş tutmağa imkan verməyəsən. Çoxları bəlkə də yazdıqlarımızı gözdən keçirəndə səssizcə qımışıb ətrafda onu eşidənlərə bir göz də vurub “Oxu, inanma” replikası da atacaq. Amma çox nahaq.
“İnanan daşa-kəsəyə dönsün”
Muxtar bəyin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı. Ürəklərin müalicəsi ilə məşğul olan təşkilatın başbilənlərinin ürəyinin hətta rentgen kimi saf, şəffaf, büllur kimi olduğuna kimin şəkki-şübhəsi ola bilər ki? Dəfələrlə “yuxarılardan” yoxlamalar gəlsə də, bircə dəfə lap kiçicik nöqsan belə tapıb ortaya çıxaran olmayıb hələ indiyədək. Sanatoriyaya “levi” adamlar yerləşdirmək, ölü can saxlamaq, ciblərində bəzi “həbs edilən icra başçıları kimi” kimlərinsə maaş kartlarını gəzdirmək onun məcazına, xarakterinə caiz olan xoşagəlməz əməllər deyil. Əgər belə olmasaydı, Həmkarlar Konfederasiyası rəhbərliyinin sevimli kadrosuna çevrilə bilərdimi heç? Deyilənə görə, hətta konfederasiyanın sədri Səttar Möhbalıyev ona qeyri-rəsmi olaraq “Qapon Muxtar” mükafatı ilə təltif edib. Bu yaxınlarda təntənəli şəkildə təqdim olunduğu deyilən həmin mükafat münasibətilə Muxtar bəyi biz də ürəkdən təbrik edir, sükanı əldə möhkəm saxlamaqdan ötrü ayıq-sayıqlığı artırmağı, qarasınca qeybətini qırıb guya əyri, xəlvəti əməllərindən danışanlardan göz-qulaqda olmağı tövsiyə edirik.
Dağlar TV
P.S.
1. Bilirisiniz Muxtar Əhmədov nə çəkir? Bilirsinizsə, lap yaxşı. Bilmirsinizsə, səbrli olun, biz deyəcəyik, siz də biləcəksiniz.
2. Muxtar həkimin “mətbuat yengələri”ni tanıyırsınız? Tanımırsınızsa, yenə də bizi səbrlə izləyin.
3. “Qapon Muxtar” haqqında duzlu-məzəli lətifələri nəzər-diqqətinizə çatdıracağıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2021, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-08-2021, 09:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti