“O mənim ailəmi hədəf alıb” - Gülər Əhmədova partiya sədrini ittiham etdi
"Məhkəmə mənimlə Əflan İbrahimov arasındadır. Amma o mənim ailəmi də bu işə qatır”.
Bu sözləri Qaynarinfo-ya Müstəqil Xalq Partiyasının (MXP) sədri Əflan İbrahimovu məhkəməyə verən sabiq deputat Gülər Əhmədova deyib.
Keçmiş millət vəkili əlavə edib ki, Əflan İbrahimov ona şər atıb, eyni zamanda ailə üzvlərini hədəf alıb: "Bu etik deyil. Adam düşmənçilik edəndə də ədəbli edər. Mən onun ailə üzvlərinin adını çəkmirəm. O isə məndən fərqli olaraq bunu edir. Nə edim, indi mən də araşdırma aparıb onun ailəsini hədəfə götürüm? Bu etik deyil axı”.
Gülər Əhmədova həmçinin bu məsələdə media mənsublarını diqqətli olmağa çağırıb. "Əflan İbrahimov deyir ki, Gülər Əhmədova, onun oğlu həbsdə olub deyə, xalqın adından danışa bilməz. Jurnalistlər də bunu yazır. Bu nə yanaşmadı axı? Məndən başqa da məhkumluq həyatı yaşayan deputatlar, məmurlar olub. İndi həbsdə olanlar danışmamalıdı?! Media nümayəndələri diqqətli olmalı, onun hər dediyini yazmamalıdır. Əflan İbrahimov deyir ki, Gülər Əhmədova həbsdə olduğuna görə partiya sədrinin müavini ola bilməz. Onun özü də həbsdə olub axı. Bu məntiqlə Əflan İbrahimov da partiya sədri ola bilməz.”, - deyə keçmiş deputat vurğulayıb.
Əflan İbrahimov LAF TV-də çıxış edərkən Gülər Əhmədovanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin yaxın adamı kimi təqdim edib. Sabiq deputatın məhkəməyə müraciəti həm də bununla bağlıdır.
O bildirib ki, Əflan İbrahimovun dedikləri sadəcə böhtandır. "Məhkəmədə bu barədə ətraflı danışacağıq. Onun dediklərində zərrə qədər də həqiqət payı yoxdur”, - Gülər Əhmədova vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-08-2021, 13:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-08-2021, 13:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45