Müxalifətin “virtual mübarizəsi” -hər şey sosial şəbəkələrdə..
Son zamanlar Azərbaycan müxalifəti real həyatdakı fəaliyyətini virtual aləmə daşıyıb. Mübarizə daha çox sosial şəbəkələr üzərindən aparılır. Davalar, çağırışlar, hətta yığıncaqlar belə realda yox, virtualdadır. Bu da haqlı olaraq bəzi suallara yol açıb.
Mövcud durumda demokratik düşərgənin özünü günahlandıranlar çoxluq təşkil etsələr də, burada iqtidarın rolunu önə çəkənlər də az deyil.
AĞ Partiya başqanı Tural Abbaslı məsələni iki hissəyə ayırır: “Məsələnin biri müxalifətin aktivliyi, siyasi səhnədəki rolu, proseslərə təsir imkanıdır. Digər məsələ isə siyasi həyatda və proseslərdə virtual məkanın, sosial şəbəkələrin, ümumiyyətlə, texnoloji nailiyyətlərin roludur. Bu iki məsələni bir-birindən ayırmalıyıq. Əslində yeni innovativ texnoloji inkişaf siyasi mübarizəni daha da aktivləşdirməli və ən əsası siyasilərin xalqla kommunikasiyasını asanlaşdırmalı idi. Yəni virtual məkanın imkanları ilə real siyasi mübarizənin imkanlarını qarşı-qarşıya qoymaq doğru deyil. Həm real mübarizə metodlarının, həm də virtual məkanın öz yeri var. Ağıllı siyasilər birinin yaratdığı imkanlarla digərinin gücünü artıra bilər. Belə ki, sosial şəbəkələrin və sürətli kommunikasiya imkanlarının yaratdığı fürsətlərdən istifadə edib real siyasi həyatda güc halına gəlmək mümkündür. Təbiidir ki, bunlar arasındakı tarazlığı pozsan və birinə digərindən daha çox üstünlük versən, bu öz neqativ təsirlərini göstərəcək. Mən o zamanları xatırlayıram ki, hansısa siyasi mesajımızı cəmiyyətə çatdırmaq üçün hansı əziyyətləri çəkirdik. Çünki bütün KİV-lər tam olaraq hakimiyyətin nəzarətində idi. Bu da müxalifətin imkanlarını məhdudlaşdırırdı. Lakin sosial şəbəkələrin inkişafı və virtual məkanın imkanlarının artması informasiya sahəsində iqtidar-müxalifət imkanlarını nisbətən bərabərləşdirdi. Ancaq, təəssüflər olsun ki, bəziləri bu balansı tuta bilmədi və demək olar ki. bütün mübarizəni virtual məkana köçürdü. Bu da öz növbəsində böyük bir kütlənin passivləşməsinə və proseslərdən çəkilməsinə səbəb oldu.
Baxmayaraq ki, Misirdə, Tunisdə, Liviyada, Ukraynada və s. ölkələrdə sosial şəbəkələr dəyişikliklərə səbəb oldu, bizdə isə tam əksi baş verdi. Doğrudur, müxalifətin real səhnədən virtual səhnəyə keçmə səbəblərindən biri də, bəlkə də əsas səbəbi hakimiyyətin yürütdüyü sərt və repressiv siyasət oldu. İqtidar real heç bir siyasi aksiyaya və tədbirə imkan yaratmaq istəmədi və belə cəhdlərin qarşısını güc yolu ilə aldı. Narazı elektorat da özünü sosial şəbəkələrdə realizə etməyə məhkum oldu. Bir strateji baxsaq uzaq perspektiv üçün bu vəziyyət iqtidar üçün də təhlükəlidir. Çünki cəmiyyətin bu dərəcədə real siyasi həyatdan qopması fəsadsız ötüşə bilməz. Biz AĞ Partiya olaraq hər zaman çalışmışıq ki, real siyasi mübarizə səhnəsi ilə virtual məkan arasındakı balansı qoruyaq. Bizim əsas hədəfimiz müasir texnoloji inkişafın yaratdığı imkanlardan istifadə edərək real siyasi səhnədəki rolumuzu artırmaqdır. Düşünürəm ki, hələlik nisbətən buna nail olmuşuq. Biz hər imkandan istifadə edib hakimiyyətə gəlməyə çalışacağıq”.
YAP-çı deputat Aydın Mirzəzadə: “Bu tipli məsələlərdə aktivlik bütün dünyada var. Azərbaycan üçün də bu xarakterikdir. Amma bir məsələ var ki, sosial aktivlik real həyatdakı aktivlikdən irəli gələrək sosial şəbəkələrdə davam etməlidir. Ölkəmizdə müxalif qüvvələr həqiqətən ən çox sosial şəbəkələrdə görünürlər. Onların real həyatda insanlarla iş apardıqlarını, alternativ proqramlarını təqdim etdikləri, ölkənin inkişafı ilə bağlı düşüncələrini yaydıqlarını görmürük. Bu ilk növbədə müxalif qurumların rəhbərlərinin kabinetlərindən çıxmaq qorxuları ilə bağlıdır. Onlar insanların real qayğıları ilə tanış deyillər, insanların içərisində olmurlar, onların qayğılarını yaşamırlar. Onlarınkı ancaq kabinetdə oturmaqdan, sosial şəbəkələrdə fəaliyyət göstərməkdən, bəzi mətbu orqanlarda açıqlamalar verməkdən ibarətdir. Onlarla cəmiyyət arasında çox böyük bir uçurum var. Sual oluna bilər ki, nəyə görə cəmiyyətdə müxalifətin sosial bazaları zəifdir, yaxud insanlar onların keçirdikləri mitinqlərə nə üçün qatılmırlar, onların şüarlarını dəstəkləmirlər, partiyalara üzv olmurlar? Siyasətin qızıl qanunu var. Müxalifət o zaman güclü və səmərəli olur ki, iqtidar zəifləyir. İqtidar üzərinə düşən vəzifəni yerinə yetirdikdə, cəmiyyətin ümidləri doğrulduqda müxalifətin sosial bazası zəif olur. Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkənin nüfuzunun artmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, cəmiyyət qarşısında duran problemlərin həllinə səbəb olur. Bu baxımdan insanlar bu günlərini və sabahlarını prezidentin fəaliyyəti ilə bağlayır, ona dəstək verirlər. Nəticədə prezidentə müxalif olan, onu tənqid edən insanların dəstəklənməsi baş vermir. Bunu bilən, görən müxalif liderlər, sadəcə, etiraf etməyə cəsarət tapmırlar. Özləri üçün virtual bir aləm yaradıblar, daha çox trollardan ibarət olan şəbəkə formalaşdırıblar. Sosial şəbəkə istifadəçisi kimi onların fəaliyyətini izlədikdə onları dəstəkləyən profillərin çoxunun trollar olduğunu görürəm. Eyni bir dəst-xətti, eyni düşüncəni, eyni arqumentlərin gətirildiyini görürük. Səhifələrinə daxil olanda görürsən ki, aylardır bir paylaşım belə yoxdur, dostlar şəbəkəsi də görünmür. Bununla belə öz müxalif liderlərinin səhifələrində saatlarla müxtəlif yazılar yazırlar. Onlar təkcə trollar dəstəsi yaratmayıblar, eyni zamanda insanlarda aqressiya yaradırlar. İnsanlara mədəniyyət, yaxud sivil şəkildə polemika aparmaq vərdişi yaymaq əvəzinə, onların fikirlərini bölüşməyənlərə qarşı nifrət, düşmən əhvali-ruhiyyəsi formalaşdırmağa çalışırlar. Bu da onların sosial bazalarını daha da zəiflədir. Cəmiyyət onların problemlərini həll edən, qayğıları ilə yaşayan siyasi qüvvəni, lideri dəstəkləyir. Belə bir hakimiyyətin isə daha çox qalmasında maraqlıdırlar”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:12-06-2019, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-06-2019, 09:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48