reklam
Regionxeberlericom.az » Gündəm » Vəkil nazir müavininə bəraət istədi - "Əmlakları üzərindən də həbs götürülsün"

reklam

Vəkil nazir müavininə bəraət istədi - "Əmlakları üzərindən də həbs götürülsün"



Mədəniyyət nazirinin həbs edilən keçmiş müavini Rafiq Bayramov növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında Rafiq Bayramovun vəkili müdafiə çıxışı edib.

Vəkil müdafiə etdiyi şəxsin əməllərində heç bir cinayət tərkibinin olmadığını, bunu məhkəmə istintaqı dövründə də sübuta yetirildiyini bildirib.

"Depozit qutusuna həbs qoyulub. Həmin vəsait onun xanımına və qayınatasına məxsusdur"- deyə vəkil qeyd edib.

Vəkil əlavə edib ki, onların əmək haqlarının üzərinə də həbs qoyulub.

Müdafiəçi bildirib ki, hələ təqsirləndirilən şəxsin əməli sübuta yetirilmədiyi halda onun ailə üzvlərinin əmək haqlarına həbs qoymaq qanunsuzdur: "Digər əmlakları başa düşmək olar. Amma əmək haqqına həbs qoymaqla onun ailəsinin normal yaşayışına imkan verilmir".

R.Bayramov son söz üçün vaxt istəyib.

Xatırkadaq ki, prokuror R.Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Rafiq Bayramov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar, külli miqdarda rüşvət alma) maddələrilə ilə ittiham edilir.

Sabiq nazir müavininin işində ümumilikdə 26 epizod üzrə 1 milyon 785 min manatlıq rüşvətdən söhbət gedir. Rafiq Bayramovun yaxınları zərəri ödəyib.

Rafiq Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Rafiq Bayramov məhkəmə qarşısına tək çıxarılıb.



Paylaş:


Müəllif : Tarix:
10-08-2021, 15:18
Sikayət   


loading...
Загрузка...