Cənab nazir, bu da sizin kadrdır... - Şəhid atasından Prezidentə müraciət
Bu gün hər bir cəmiyyətin və dövlətin inkişaf etdirilməsi, demokratiyaya və insan hüquqlarına hörmət göstərilməsi, yəni, demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət və s. bir-biri ilə üzvi surətdə sıx bağlı olan və bir-birini şərtləndirən əsas amillərdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması və müdafiə olunması, məhz müasir dünyaya qovuşmağın əsas yoludur. Bütün bunlara baxmayaraq, hazırda ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiə olunması yöndə müəyyən problemlər yaşanır ki, bu da çox zaman xoşagəlməz olayların baş verməsi ilə nəticələnir. Məsələn, bir anlığa diqqət yetirək ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakini, 44 günlük Vətən müharibəsinin gedişi zamanı cəbhə bölgəsində oğul övladını itirən və belə bir səbəbdən də, hal-hazırda şəhid ailəsi adını daşıyan Qənbərzadə Mahir Ərşad oğlu da, məhz vətəndaş hüquqları pozulan şəxslərdəndir. Belə ki, bu şəxs redaksiyamıza yazdığı şikayət ərizəsində qeyd edir: “14 aprel 2015-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatında 13 nəfər şəxslə birlikdə əmək fəaliyyətinə başladıq. Qeyd edim ki, bizi adı çəkilən bu Pansionata özünü “Bakı İnşaat” MMC-nin əməkdaşı kimi təqdim edən Şirxanov Əhməd Telman oğlu adlı şəxs aparmışdı. Mərdəkan Müalicə Pansionatında 11 gün əmək fəaliyyəti ilə məşğul olsaq da, çox keçmədi ki, hər birimiz bu yöndə fəaliyyətimizi dayandırdıq. Belə bir addım atmağımza baxmayaraq, qeyd olunan MMC-nin əməkdaşları hansı ki, heç birimizin xəbərimiz olmadan bizim adımızdan 2015-ci ilin aprel ayından 2021-ci ilin fevral ayına kimi əmək müqaviləsi bağlayırlar və hər birimizin adına ayda 250 manat əməkhaqqı yazaraq mənimsəyirlər. Elə ki, 2020-ci ilin əvvəllərində ölkəmizdə koronovirus (COVİD-19) infeksiyası yayılmağa başladı və xüsusi karantin rejimi tətbiq olundu, o halda mən də bir vətəndaş olaraq dövlətimizin işsiz insanlara verdiyi 190 manat məbləğ puldan yararlanmaq fikirinə düşdüm. Yəni, bu məqsədlə rayonun Məşğulluq idarəsinə müraciət edərkən bəlli oldu ki, adım “Bakı İnşaat” MMC-də işçi olaraq rəsmləşdirilib və hər ay mənə 250 manat məbləğində əmək haqqı yazılıb. Belə bir səbəbdən də, dövlətimizin işsiz vətəndaşlara verdiyi 190 manat məbləğ puldan məhrum oldum. Üz-üzə qaldığım belə bir olayla bağlı Cəlilabad RİH- Aparatına, Cəlilabad rayon Məhkəməsinə, Cəlilabad RPŞ-nə müraciət etsəm də, bir kimsə mənim bu işimlə maraqlanmadı. Belə olan halda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokurorluğa və Daxili İşlər nazirliyinə şikayət ərizəsi ilə müraciət etdim. Çox keçmədi ki, ünvanladığım bu şikayətimdən sonra məni Dövlət Əmək Müfəttişliklərinin bazasında yaradılmış Xidmətin Bakı şəhər İdarəsinə çağırıb yazılı izahatımı aldılar. Düzdür, izahatımda hər şeyi olduğu kimi yazsam da, son anda qarşı tərəf lazımi addımını atıb müvafiq tədbirlərini görmədilər. Belə bir səbəbdən də, birbaşa Qənbərzadə Mahir Ərşad oğlunun vasitəçiliyi ilə, “Bakı İnşaat” MMC-nin səlahiyyətli şəxslərinin başımıza gətirdikləri problemlər, bu gün də həllini tapmayıb”.
Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, bu yöndə atılan addımlar Mahir Qənbərzadənin bir vətəndaş olaraq hüquqlarının pozulması ilə bərabər, bir şəhid ailəsinə qarşı göstərilən ən böyük hörmətsizlikdir. Düşünürük ki, məqalənin yayımlanmasından sonra aidiyyatı dövlət orqanları problemin araşdırılması yöndə lazımi addımlarını atıb, belə bir işdə rolu olan hər kəsin hüquqi məsuliyyətini müəyyən edəcəklər.
Mövzu diqqətimizdədir, araşdırmamız davam edəcək.
Nyus.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:11-08-2021, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-08-2021, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti