Siyəzəndə vəziyyət URUSCADIR... - NARAZILIQ!
Siyəzən sakini Ruslan Quliyev növbəti dəfə video-muraciət yayıb. Video-müraciətdə, rayondakı real vəziyyət açıqlanıb və günahkar kimi yenə icra hakimiyyəti başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev göstərilib.
Ruslan Quliyev Novruz Novruzovu rüşvət, korrupsiya və qanunazidd əməllərdə ittiham edib. Eyni zamanda birinci müavin vəzifəsində çalışan Aqşin Ağayev barəsində də maraqlı açıqlamalar video-müraciətdə yer alıb.
Ruslan Quliyev iddia edir ki, icra başçısının müavini Aqşin Ağayev ətrafına bir neçə şəxsi toplayıb və rayonda xoşuna gəlməyən məmurlar barəsində yuxarı hakimiyyət orqanlarına şikayət məktubları göndərir.
Rayonda heç bir iş görülmür. Antisanitar vəziyyət davam edir. KMK-na ayrılan milyonlar rayon rəhbərliyinin yeyinti yerinə çevrilib. Müəssisə üçün yeni texnikalar alınması üçün nəzərdə tutulan vəsaitin hara xərcləndiyi haqqında məlumat yoxdur. Təəssüf ki, bizim yuxarı instansiyalara etdiyimiz müraciətlər ünvanına çatdırılmır. Novruz Novruzov deyir ki, mənim arxamda Qafqazın şeyxi dayanır. Onda belə çıxır ki, Novruz Novruzov yuxarı hakimiyyət orqanlarının adından istifadə edərək istədiyi addımı ata bilər? Fakt budur ki, adam rayonun başına istədiyi oyunu açır.
Mən cənab prezident İlham Əliyevə müraciət edərək təcili olaraq tədbir görülməsini xahiş edirəm.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Maraqlıdır ki, bunca ittihamlara Siyəzən rayon icra hakimiyyəti heç bir münasibət bildirmir. Onların da açıqlaması maraqlı olardı.
Azinfo.tv-Kendtv.info
Paylaş:
Müəllif : Yazar
Tarix:11-08-2021, 17:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-08-2021, 17:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti