reklam
Regionxeberlericom.az » Gündəm » Cənab general, bura rəsmən BAZARDIR... - İTTİHAM

reklam

Cənab general, bura rəsmən BAZARDIR... - İTTİHAM


Vaxtilə “Azvoyenkom” olan qurum bir neçə il əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çevrildi.
Ümumiyyətlə, tənqidə pis münasibəti olanlara bildirmək istəyirik ki, görülən müsbət işlərə görə, hər bir quruma və onun əməkdaşlarına “sağ olun” deyirik. Ancaq tənqid olmasa, mövcud problemləri aradan qaldırmaq mümkün olan deyil. Ona görə də ən həssas sahələrdən biri olan səfərbərlik ilə bağlı qurumdakı nöqsanları və problemləri ictimailəşdirmək bir media olaraq bizim vəzifə borcumuzdur.
Düzdür, ordumuz Müzəffər Ali Baş komandanın rəhbərliyi altında qələbə qazandı, əsgərlərimiz şücaətlə döyüşüb şəhid və qazi oldular.
Bu bizim bir millət olaraq uğurumuzdur.
Ancaq hətta köhnə vaxtlarda “voyenkom”lar kimlərinsə balasını, daha doğrusu imkanlı şəxslərin övladlarını rahat hərbi hissələrə salır, hətta “summa” çox olanda “neqodnu” edirdilər. Bu işdə həkim-tibb komissiyanın “əməyi” və qazancı az olmurdu.
Bu ənənə bu gün də davam edir.
Məlumdur ki, ölkəmiz 30 ildən çoxdur ki, müharibə vəziyyətindədir. Qələbəmizə baxmayaraq, hələ də müharibə ehtimalı qalıb. Ona görə də bəzi “uzaqgörən” məmurlar öz övladlarını əsgəri xidmətdən yayındırmaq üçün müxtəlif yollara əl atırlar.
Kimlərsə övladlarını yaxın və uzaq xarici ölkələrə göndərir, kimlərsə öz “imkanl”arı daxilində bir neçə “otpravka” saxladıb, zamanı ötürür, daha imkanlı və vəzifəli şəxslər isə övladlarına ömürlük “neqodnu” kağızı alır.
Bəli, “otpravka”nın qiyməti, “neqodnu”nun qiyməti zaman-zaman dəyişir. Yəni vəziyyətdən asılı olaraq.
Hətta döyüş bölgəsindən uzaq hərbi hissələrdə qulluq etməyində öz qiyməti var.
Bir sözlə, son vaxtlar “voyenkom”lar qiymətləri qaldırmaqda davam edir.
Müxtəlif mənbələrdən daxil olan məlumata görə, Xidmətin Nərimanov rayon şöbəsində də qiymətlər şişməkdə davam edir.
Məsələn, kimsə övladını bir “otpravka” saxlatmaq istəyirsə, 500 manat tərləməlidir.
Hansı imkanlı məmursa, öz övladına ömürlük “neqodnu” kağızı almaq istəyirsə, Nərimanov “voyenkoma” 7 min 500 manat yardım etməlidir.
Daxil olan məlumatdan o da bəlli olur ki, bütün bu işlərin bir ucu gedib çıxır Xidmətin rəis müavini, general-mayor Şahvələd Əliyevə.
Məlumat üçün onu da qeyd edək ki, Şahvələd Əliyev Qubanın biznesmen-icra başçısı Ziyəddin Əliyevin qardaşıdır.
Bəli, qardaşın biri Qubada, o biri isə “Voyenkom”da biznes qurub, bazar açıb.
Bu haqda sonra... //gundelik-baku.com//



Paylaş:


Müəllif : Tarix:
13-08-2021, 08:27
Sikayət   


loading...
Загрузка...