reklam
Regionxeberlericom.az » Gündəm » Fərhad Mollazadə yediyi milyonları İADƏ EDİR... - GƏLİŞMƏ

reklam

Fərhad Mollazadə yediyi milyonları İADƏ EDİR... - GƏLİŞMƏ



Xəbər verdiyimiz kimi bu ilin birinci yarım ili ərzində prokurorluq orqanlarında istintaqı tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat ziyanın ödənilməsi təmin edilib.

Qeyd edək ki, bu barədə Baş Prokurorluqdan bildirilsə də həmin cinayət işlərinin detalları və təqsirləndirilən şəxslərlə bağlı məlumatları açıqlamayıb.

Gununsesi.info-nun xəbərinə görə, dövlətə dəymiş ziyanı ödəyənlər arasında “XİN İşi” çərçivəsində həbs olunanlar da var.

Əldə etdiyimiz məlumata görə, zərəri ödəyənlər arasında DTX tərəfindən keçirilən antikorrupsiya əməliyyatı nəticəsində həbs olunmuş XİN-nin Tender Komissiyasının sədri Fərhad Mollazadə istintaq dövründə 2.3 milyon manatı dövlətə geri qaytarıb.

Məlumatda onun hazırda vurduğu ziyandan 243 min manat borclu olduğu deyilir.

Qeyd edək ki, Fərhad Mollazadə deputat Asim Mollazadənin qohumudur.


Paylaş:


Müəllif : Tarix:
13-08-2021, 11:57
Sikayət   


loading...
Загрузка...