reklam
Regionxeberlericom.az » Gündəm » "Accesbank" vətəndaşlara QƏNİM KƏSİLİB... - NARAZILIQ!

reklam

"Accesbank" vətəndaşlara QƏNİM KƏSİLİB... - NARAZILIQ!



Ümumiyyətlə, Azərbaycanda banklarla bağlı problemlər bitib tükənmək bilmir.
Dünyada ən bahalı bank faizləri bizdə, müştəriləri aldatmaq bizdə, vətəndaşın girov qoyduğu əmlakı müsadirə etmək bizdə, vətəndaşı evindən bayıra, küçəyə atmaq bizdə...
Bir sözlə, bu banklar əhaliyə kömək etmək əvəzinə, onlara dəhşətli problemlər yaşadırlar.
Təkcə bircə məsələ problemi tam göstərir.
Dünyanın heç bir yerində kreditə görə, müştərini həbs etmək yoxdur. Bu məsələ yalnız bizdədir.
Hətta müsəlman aləmində pul faizinə görə insanın həbs olunması qadağan olunmuşdur.
İndi təsəvvür edin XXI əsrdə krediti ödəyə bilmədiyinə görə, müştərini həbs edirlər.
Ataların bir misalı var. Deyir, tısbağanı öldürdün, ya da beli üstə çevirdin, eynidir.
Həbs etməkdən başqa, banklar öz müştərilərini məhkəməyə verib, yaşadıqları evindən bayıra, lap küçəyə atırlar. Bəs, bu insan harada yaşamalıdır ?
Belə banklarımızdan biri də Accesbankdır.
Məlumat üçün qeyd edək ki, “Access Bank” QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyətə başlayıb.
İlk illər Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) adı ilə tanınıb.
8 sentyabr 2008-ci il tarixindən “AccessBank” adı ilə fəaliyyət göstərir. Hazırda bankın Bakı şəhərində, Abşeronda və regionlarda 28 filialı var.
АccessBank-ın missiyası, Azərbaycanda mikro və kiçik sahibkarlara, eləcə də aşağı və orta gəlirli ailələrə maliyyə xidmətləri göstərməkdən ibarətdir.
İndi gəlin görək, bu bank aşağı və orta gəlirli ailələrə maliyyə xidməti göstərirmi ?
İndi müştərilərin rəyləri ilə özünüz tanış olun:
1.“AccessBank” həmişə müştərilərə kələk gəlir, hətta məhkəmələri də aldadırlar...
2. Acces bank çoxlu iş adamlarını məhv edib. O bankdan zərər görənlərdən biri də mənəm.
55000 manat kredit götürmüşəm, 100 min dollardan çox qaytarmışam. İndi deyirlər 55000 dollar da ödəməlisən. Allah bəlalarını versin.
Bu siyahını kifayət qədər uzatmaq olar.
Cənab bankirlər!
Bunları biz demirik. Sizlərin müştəriləri deyir.
Bəli, Azərbaycanda bank sostemi dözülməzdir. Accesbank isə deyiləsi deyil.
Görün daha bir müştəri nə deyir:
2014-cü ildə Accesbankdan müqavilə əsasında 71 min dollar kredit götürdüm. Müqavilə üzrə, 15 min dollar ödəməli idim.
2015-ci ildəki devakvasiya zamanı bank mənə bildirdi ki, krediti manata çevirəcəyik. Ancaq etmədilər. Və mənim hər ay ödədiyim aylıq faizi, yəni 3625 dolları yenidən hesablayıb 4036 dollara qaldırdılar.
Mən şikayət etsəm də baxan olmadı. Və bank məhkəmə yolu ilə mənim evimi dəyərindən 2 dəfə ucuz qiymətə ələ keçirib, məni və ailəmi bayıra atdı.
Bax, Azərbaycan reallığında bankların fəaliyyəti belədir.
İndi Accesbankın mükafatlarına baxın. Bank “İlin bankı”adına layiq görülüb, sonra isə “Azərbaycanın ən yaxşı bankı” seçilib.
Daha deməyə söz qalmır.
Müştəri demişkən, Allah bəlanızı versin. //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
14-08-2021, 10:10
Sikayət   


loading...
Загрузка...