Əmrullayevin ƏCAİB-QƏRAİB İSLAHATLARI... - İTTİHAM
Hər zaman öz əndrabani “islahatları” ilə hamını heyrətləndirməyi bacaran Təhsil nazirliyi son imtahan həngaməsi ilə lap gül vurub. Müəllimlərin işə qəbul (MİQ) imtahanında baş verənlərə nəzər saldıqda adamın yaylıq götürüb təhsilimizə ağı deməkdən başqa çarəsi qalmır. Müəllim olmaq arzusunda olan, 4 il ali təhsil alan şəxslərə verilən sualları yəqin ki, heç bir əyləncə proqramında da səsləndirməyi rəva bilməzdilər. Hansısa əsərdə ikinci plan qəhrəmanının çayın kənarında hansı rəngdə köynəkdə gəzdiyini sual şəklində imtahana salmaq düşüncəsi,məntiqi ancaq bizim hörmətli təhsil ekspertlərinin ağlına gələ bilərdi.
Şagirdlərə ildə bir məktəbli forması satan nazirliyin imtahan sualları da Qanpoladın köynəyindən o tərəfə keçə bilməz!
Ümumiyyətlə heç bir məntiqə, sağlam düşüncəyə sığmayan qəribə suallar, kurikuluma aid çətin, terminalogiya xarakterli testlər və bunun müqabilində verilən az vaxt gələcək müəllimlərin ciddi narazılığına səbəb olub. Siz sualın mükəmməlliyinə, ağırlıq yükünə baxın- Hüseyn Cavidin “Ana” əsərində Qanpolad həbsxanadan çıxıb evə gələndə hansı rəngdə paltar geyinmişdi və materialı nə idi? Bu ilk əvvəl H.Cavidi təhqir etməklə bərabər imtahan adına bir rüsvayçılıqdır. Yəqin ki, Qanpoladın hansı yeməkləri xoşladığını, saat neçədə yuxuya getdiyini də növbəti imtahanlarda soruşarlar.
Və yaxud ““Namərd gülləsi” əsərində Niftalı koxa Kürdə əyilib üzünü yuyanda hansı paltarı çıxardı?” sualını imtahana salan düşüncə sahibinin Azərbaycan təhsilinə verdiyi dəyər məncə tamamilə aydındır.
“Aldanmış kəvakib” əsərinin bütün bədii yükünü “sarayın iti”ndə axtaranlar deyilmi təhsilimiz it gününə qoyanlar?
Ən dəhşətlisi isə odur ki, öz eybinə kor olmaq əvəzinə TN əməkdaşları imtahan iştirakçılarını oxu sürətinin aşağı olmasında günahlandırıb. Sanki birinci siniflərdə ilin yekun qiymətləndirilməsini aparırlar və şagirdlərin bir dəqiqədə neçə söz oxumasını yoxlayırlar. Sadəcə ayıbdır, utandırıcıdır !
Riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, Tarix, coğrafiya fənlərindən imtahan verən namizədlər sualların qəlizliyindən heyrətə gəliblər. Səviyyəsiz, gülünc suallarla müəllim olmaq istəyənləri sınağa çəkmək biabırçılıqdır. İndi görün bunların bizim təhsilimizə, onun inkişafına baxışı necədir, hansı təfəkkürlə idarə olunuruq !Beləliklə Azərbaycan təhsilindəki növbəti rüsvayçılığın şahidi olduq. Bax bizə təqdim olunan müasir dünyagörüşü, Avropa təhsili Qanpoladın, Niftalı koxanın paltarından o tərəfə keçmədi. Nəticədə ildən-ilə təhsilin səviyyəsi aşağı düşür, qəbul nəticələri zəifləyir. Təəssüf ki, təhsilimizin inkişafı statistikadan o tərəfə keçmir. İnanın ki, heç keçməyəcək də. Şagirdlərə ildə bir məktəbli forması satan nazirliyin imtahan sualları da Qanpoladın köynəyindən o tərəfə keçə bilməz!
Rubrika.az
Paylaş:
Müəllif : Yazar
Tarix:17-08-2021, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-08-2021, 09:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti