reklam
Regionxeberlericom.az » Gündəm » Niyə Abidin Fərzəliyev deyil, Təmkin Xəlilov?

reklam

Niyə Abidin Fərzəliyev deyil, Təmkin Xəlilov?

“Dələduz reket Vüqar Səfərliyə münasibətimdən az-çox hər kəsin xəbəri var. Şükür Allaha ki, onun əliylə nə səfərə getmişəm, nə də çörək yemişəm, üstəlik başqaları kimi “mən də vaxtilə ona etiraz etmişəm” deməmişəm, vəzifədə olanda da elə buradan adını çəkib, rəzil etmişəm və bundan da peşman deyiləm. Amma, ancaq və lakin… Məhkəməni izləyirəm. Vüqar Səfərlinin “cinayət ortaqları”na baxın: ağzı qatıq kəsməyən komendant, restoran inzibatçısı, restoranın direktor müavini, icarədar… Bu məhkəmədir yoxsa sirk? Mən bina sakinləri ilə görüşənlərə də demişdim ki, Vüqar Səfərlinin cinayətlərini ortaya çıxartmaq üçün menyu ya da digər şeylərlə vaxt itirməyin, binalardakı mənzillərdən birinə diqqətli baxış keçirin, nəyi neçəyə alıb, neçəyə silib, görəcəksiniz. Ancaq indi məsələ o da deyil. Axı “Altun” restoranının direktor müavini Təmkin Xəlilov kimdir ki, o, Vüqar Səfərlinin cinayət ortağı olsun? Onu ya da Bünyamin İsmayılovu və ya adı ortağı kimi keçən digərlərini Vüqar Səfərli it yerinə qoyurdumu? Nəbadə, o insanları təhqir etdiyimi düşünməyin. Vüqar Səfərli adlı əclafın insanlara münasibətini bildiyim üçün yazıram. O adamlara “salam” belə vermədiyinə and içərəm. Biz “Altun” restoranının Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin olduğunu, nə yeyinti varsa, bunu Abdinlə Səfərlinin birlikdə etdiyini biz bilirik, rəsmi qurumlar bilmir? Və ya nə üçün Baş Prokurorluğun birinci bəyanatında adı çəkilən Mehrac Babayevin adı sonradan “unuduldu”? Niyə Vüqar Səfərlinin sağında-solunda olan, qəzet baş redaktorlarından biri də prossesə daxil edilmədi?".

Pravda.az xəbər verir ki, bunu "Yenicag"ın baş redaktoru Aqil Ələsgər deyib.

"Bəs biz nə üçün bu davanın ört-basdır edilməsinin qarşısını almalıyıq? Çünki KİVDF proyekti Ramiz Mehdiyevin Azərbaycan mətbuatını çökdürmə-xədim etmə əməliyyatı idi və böyük bir ölçüdə də buna müvəffəq oldular. Sındırdılar sinəsinə döyənləri. Azad medianın gözünü oydular. Bunlara təslim olmayanları ya Evez kimi içəri atdılar, ya adına reket qoydular. Bunun üçün bu məhkəmə həm də mətbuatın namusunu təmizləmə məhkəməsi olmalıdır. Bu cinayətdə əli olan hər kəs hesab verməlidir.

Bu arada ildə üç dəfə Abdin Fərzəliyevin “Altun” restoranında Vüqar Səfərlinin süfrəsinə yığışanlar bir neçə gün öncə İstanbulda Mehrac Babayevin oğlunun toyuna yığışıblarmış” - A.Ələsgər əlavə edib.


Paylaş:


Müəllif : Tarix:
22-08-2021, 14:22
Sikayət   


loading...
Загрузка...