Eldar Mahmudovun çevrəsi YENİƏDƏN HƏDƏFDƏ... - GƏLİŞMƏ
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov yenidən istintaqa cəlb olunub. Sahib Ələkbərov MTN-də çalışdığı dönəmdə “işgəncələr kralı” kimi tanınıb. 2015-ci ilin əvvəlində MTN-dəki fəaliyyətinə görə vəzifəsindən uzaqlaşdırılaraq istintaqa cəlb edilmişdi. Eldar Mahmudov “vurulandan” sonra isə həbsə alınmışdı, bir müddət sonra isə azadlığa buraxılıb. Bu ilin aprelində Sahib Ələkbərovun birbaşa rəisi olmuş - ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev həbs edilib. Bundan sonra Sahib Ələkbərovun da istintaqa cəlb ediləcəyi gözlənilirdi. Hələlik prokurorluq orqanı Sahib Ələkbərovun hansı iş üzrə istintaqa cəlb edildiyi haqda rəsmi açıqlama verməyib. Mövlam Şıxəliyevə gəlincə isə o və MTN-in digər idarə rəisi Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilirlər. Onlar barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluq bildirir ki, istintaq zamanı Mövlam Şıxəliyevin MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırdığı müəyyən edilib. Bundan başqa, onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr var.
Baş Prokurorluğun açıqlamasında Mövlam Şıxəliyevin “Baş İdarə rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırdığı” vurğulanır. Sahib Ələkbərovun həmin hallardan hər hansı birində iştirakı onun istintaqa cəlb edilməsi üçün əsaslar yaradır. Bu günə qədər mətbuatda Sahib Ələkbərovun cinayətə bərabər əməlləri haqda çeşidli yazılar yer alıb...
Burada daha bir şikayət də yada düşür: Azərbaycan Yazıçılar Birliyinin üzvü Oqtay Əhmədov 2016-cı ildə baş prokurora müraciət edərək Sahib Ələkbərovun oğlunu həbs etməklə vəkil Afət Qazıyeva vasitəsilə ondan 135 min manat pul almasından bəhs edirdi.
O zaman gununsesi-info-nun yaydığı həmin müraciətdən sitat: “1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən 2015-ci ilədək AYB-nin ədəbi orqanı olan ”Ulduz" jurnalında məsul katib vəzifəsində çalışmış, hazırda Yazıçılar Birliyinin “Qobustan” dərgisinin əməkdaşıyam. Indiyədək iki kitabım işıq üzü görüb. 2012-2013-cü ilin Prezident təqaüdçüsüyəm. Oğlum Əhmədov Elxan Oqtay oğlu (1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı) 2013-cü ildə Azərbaycan Texniki Universitetini bitirmişdi, Iqtisad Universitetinin magistrantı idi. Oğlum Elxan 2013-cü il noyabrın 23-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilmişdi. Həmin gün Elxanın iştirakı ilə evimizdə MTN-çilər tərəfindən aparılan axtarış zamanı onun otağında divanın altından təyinatı dəyişdirilmiş “Makarov” tipli siqnal tapançası aşkar edilib götürülmüşdü. İki gündən sonra MTN-dən evimizə bildiriş göndərilmiş və belə məlum olmuşdu ki, oğlum Əhmədov Elxan Oqtay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.214.2.1, 28.214.2.3 və 228.2.1 maddələrilə təqsirli bilinir. Oğlumun həbsindən 7-8 gün əvvəl MTN guya “Məşədi Dadaş məscidi”ni partlatmaq istəyən iki nəfəri həbs etmişdi. MTN-in Antiterror Mərkəzi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların üstündən və mənzillərin külli miqdarda silah-sursat tapılmışdı. Həmin əməliyyatın təfərrüatları Azərbaycan Televiziyasının müxtəlif kanallarında yetərincə işıqlandırılmışdı. MTN-in həmin əməliyyatından bir həftə sonra Elxanın həbs edilməsi səbəbi terrorizmdə ittiham edilən həmin iki şəxsin oğlumla tanışlıqlarının, uzaq münasibətlərinin olmasındaymış".
AYB üzvü müraciətinin davamında yazırdı ki, vəkil Afət Qazıyeva ilə müqavilə bağlayıblar və onun vasitəsi ilə Sahib Ələkbərovla görüşüblər: “Haradasa 2014-cü ilin fevral ayının ortalarında Afət Qazıyeva yoldaşıma zəng edib bizə ”şad xəbər" gətirdiyini, bu münasibətlə təcili görüşməyimizi təklif etdi. Yoldaşımla 12 saylı hüquq məsləhətxanasına yollandıq. Onun “şad xəbəri” bu oldu ki, müstəntiqi razı salmışam, yüz otuz min manata oğlunuza bəraət verə bilər. Bizə fikirləşməyimizi və vaxtın azlığını nəzərə almağımızı məsləhət gördü. Üç-dörd gündən sonra vəkillə görüşdük. Artıq doxsan min manata qayınatamgilin mənzili üçün müştəri tapmışdıq. Yaxın adamımız öz evimizi girov qoymaq şərtilə bizə borca otuz beş min manat verəcəyinə boyun olmuşdu. Afət Qazıyevaya bir ay ərzində yüz iyirmi beş min manat toplaya biləcəyimizi dedik. O da öz növbəsində müstəntiqin mart ayının sonralarına qədər gözləyəcəyini bildirdi. 12 mart 2014-cü ildə yoldaşımın valideynlərinin Azadlıq prospektindəki ikiotaqlı mənzilini doxsan min manata satdıq. Ertəsi gün - 13 mart 2014-cü il tarixində Afət Qazıyevayla müqaviləmizin müddətini uzatdıq. O, bir-iki gündən sonra mənə zəng edib doxsan min manat pulu da özümlə götürüb MTN-in yanına gəlməyimi xahiş etdi. Fəxri Xiyabanla üz-üzə, MTN-in hasarı yanında Afət Qazıyeva məni müstəntiq Sahib Ələkbərovla tanış etdi. Görüşə tək gələn Sahib Ələkbərov ağ rəngli, “Hunday” markalı “Cip” avtomobilinin sükanı arxasındaydı. Avtomobilin dövlət nişanının son rəqəmləri yadımda qaldı - 117. Yəqin o “Hunday” MTN-in xidməti avtomobili idi, çünki maşına minən kimi Sahib Ələkbərov “sus” işarəsi kimi barmağını dodaqlarına apararaq kabinənin müxtəlif yerlərindəki xırdaca torlu deşikləri göstərib radionun səsini ucaltdı. Bəlkə də bu bir konspirasiya idi, müstəntiq istəmirdi ki, pul söhbətini MTN-çilər eşitsin, çox güman ki, əsas məbləği öz həmkarlarından, rəhbərlikdən gizlətməyə çalışırdı. Beləliklə, ağ “Hunday”ın arxa oturacağında oturmuş Afət Qazıyevanın gözləri qarşısında sellofana bükülmüş doxsan min manat pulu müstəntiq Sahib Ələkbərova təslim etdim".
AYB üzvü müraciətində yazırdı ki, MTN-də yuva salmış quldur dəstəsi ifşa olunarkən mətbuatdan öyrənib ki, Sahib Ələkbərov dələduzluğa görə həbs olunub: “Nəhayət ki, haqq-ədalətin öz yerini tapdığını, keçmiş tamahkar, fırıldaqçı müstəntiqin Allah və dövlət tərəfindən cəzalandığını düşünüb hüquq-mühafizə orqanlarına şikayət etmədim. Amma bu yaxınlarda Kütləvi Informasiya Vasitələri Sahib Ələkbərovun hələ də heç bir cinayət məsuliyyətinə cəlb edilmədiyini mətbuata sızdırdıqda, belə acgöz, insafsız, dələduz adamın aramızda sərbəst gəzməsi məni (inanıram ki, onun nəfsinin, tamahının qurbanına çevrilmiş neçə-neçə sadə vətəndaşları) bərk hiddətləndirdiyindən Sizə müraciət etməli oldum. Mənə vurulmuş maddi və mənəvi zərəri nəzərə alaraq, keçmiş MTN müstəntiqi Sahib Yunus oğlu Ələkbərovun tezliklə cəzalandırılması, ona qarşı cinayət işi qaldırılması istiqamətində qanunun aliliyi keşiyində durmuş vəzifəli şəxs kimi tərəfinizdən müvafiq addımlar atacağınıza ümid edirəm”.
AYB üzvünün müraciətində göstərilən xüsusatların bu gün də araşdırılması zərurəti ortadadır.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Fuad
Tarix:24-08-2021, 08:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-08-2021, 08:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
17-12-2024, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
17-12-2024, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
17-12-2024, 10:38
HƏMAS və İsrail arasında müzakirələr: Birinci mərhələdə nə qədər girov azad ediləcək?
17-12-2024, 10:27
Abşeronun təhsil şefi məktəblərdə anarxiya yaradıb - müəllimə ifşa etdi - "ölü can"lar
17-12-2024, 08:54
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qış yuxusunda... - İTTİHAM VAR...
17-12-2024, 08:33