Təhsil nazirliyində “dəftərxana maxinasiyası” ilə dövlət qulluqçusu olanlar kimlərdir? - ARAŞDIRMA
“Dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün test imtahanları təşkil edir.”
Dövlət qulluğuna qəbul prosesində şəffaflığı təmin etmək üçün məhz bu prosedurdan istifadə olunur, daha sonra isə müsahibə mərhələsində namizədlər qiymətləndirilir. Göründüyü kimi hər şey qanunlar çərçivəsində baş verir. Amma deyir sən saydığını say, gör Təhsil nazirliyi nə sayır.
Rubrika.az saytına Təhsil nazirliyinin dövlət qulluğuna qəbul prosesində analoqu olmayan özfəaliyyəti ilə bağlı məlumatlar daxil olub. İmtahansız, müsahibəsiz istədikləri adamı dövlət qulluqçusu statusuna yüksəldirlər. Neçəsinə gəlin birlikdə nəzər yetirək.
Deməli, ötən ilin dekabrında Səbuhi Rzayevin Təhsil Nazirliyinin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdir müavini təyin edilməsi, həmçinin vətəndaş müraciətlərinə baxılması sekotrunun müdiri vəzifəsinin də ona həvalə olunması barəsində məlumat verildi. İlk baxışdan buna sıradan bir kadr təyinatı kimi yanaşmaq da olar. Amma məsələnin mahiyyətinə vardıqda işin “mustafa”sı üzə çıxır.
Rubrika.az saytına verilən məlumata görə, nazirlikdə bir xeyli şəxs məhz bu kimi müxtəlif “tramplinlərdən” istifadə edərək heç bir imtahanda, müsahibədə iştirak etmədən dövlət qulluğuna qəbul ediliblər. Belə ki, yuxarıda qeyd etdiyimiz vəzifə dövlət qulluqçusu hesab edildiyi üçün nazirliyin “məsləhət bildiyi” şəxlər qısa müddətdə həmin vəzifəyə təyin olunur, daha sonra isə dövlət qulluqçusu olurlar. Beləliklə nə şişin, nə də kababın yanmadığı bu prosesdə dövlətə bir balaca “atış” gəlməklə istədikləri şəxsi dövlət qulluqçusu etməyi bacarırlar. Dövlət babanın rizası olmadan onun qulluqçusu olanların siyahısı isə bir xeyli uzundur. Hazırda isə bu siyahının gerçəkliyi ilə bağlı jurnalist araşdırması aparırıq. Hesab edirik ki, bizim araşdırmalarımızdan sonra aidiyyatı qrumlar da araşdırma aparacaq. Bu barədə oxucularımızı məlumatlandıracağıq.
Heç bir imtahanda iştirak etmədən, sadəcə “dəftərxana maxinasiyası” ilə dövlət qulluqçusu olanların dövlətə münasibəti elə buradan aydın olur. Nazirlikdə 50-dən yuxarı şəxsin məhz bu yolla dövlət qulluqçusu statusu aldığı bildirilir. Ən azından nazirlikdə kadr təyinatlarının əmrlərinə nəzər yetirməklə “qulluqçu”ları üzə çıxarmaq olar. Deməsi bizdən, açması sizdən, cənab dövlət qulluqçuları!
Rubrika.Az
Paylaş:
Müəllif : Fuad
Tarix:25-08-2021, 09:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-08-2021, 09:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50