reklam
Regionxeberlericom.az » Gündəm » Lerikdə dövlətin NƏFƏSLİYİNİ KƏSƏNLƏR... - Müdaxilə OLACAQMI?

reklam

Lerikdə dövlətin NƏFƏSLİYİNİ KƏSƏNLƏR... - Müdaxilə OLACAQMI?



Lerik rayonunda olan etibarlı mənbə Azinfo.tv yə müraciət edərək hazırda Lerik meşələrinin real durumu barədə məlumat verib.
Hörmətli redaksiya, sizin cənub bölgəsində meşələrin qırılmasına dair yazdıqlarınız birmənalı olaraq doğrudur. Zaman-zaman bu bölgədə ekologiyaya qənim kəsilən şəxslər həmişə ele ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən himayə olunub.
Yazdıqlarınız yazıları araşdırma aparmaq üçün hərəkətə keçən bir təşkilat, dövlət qurumu görmədik, əksinə 02 iyul tarixində azğınlaşmış meşə oğruları Azerinfo.az saytının baş redaktoru İbrahim Qarabağlını belə döyərək təhqir etdilər. Bu hadisədən bütün cənub bölgəsinin xəbəri var. Ancaq nə edək, böyük bir meşə mafiyası öz ağalarına güvənərək meşələrimizi məhv edirlər.
Hörmətli redaksiya! Eyvaz Babayev kimi tanınan Lerik meşələrinin qənimi, öz başına quldur dəstəsini yığaraq meşələrdə kütləvi qırıntılar ediblər. Onlar xeyli sayda islik ağacları kəsərək satıblar. Hazırda bu qırıntılar aşkara çıxmasın deyə meşələri yandırırlar.
Misal olaraq. Gurdeser meşəbəyliyində 8- saylı, 12- saylı osiokuce meşəbəyliyində yanğın törədiblər.
Razvandoband meşəbəyliyinin 18-saylı, 20- saylı, 21-saylı dolaylarında yanğınlar törədiblər. Xahiş edirik bu məsələ ətrafında ciddi araşdırmalar aparılsın və günahkarların hamısı cəzasına layiq görülsün.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Azinfo.tv


Paylaş:


Müəllif : Tarix:
25-08-2021, 09:28
Sikayət   


loading...
Загрузка...