"Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, ancaq səsimizi eşidən yoxdur" - NARAZILIQ!
Pambıq əkini ilə məşğul olan fermerlərin problemləri var. Onlar pambığı suvarmağa su tapılmadığından şikayətlənirlər.
Saatlıqdan olan fermer Adil Əkbərovun sözlərinə görə, bu il əziyyəti birə min artıb. Fermer bildirir ki, su dərdindən məhsulunun çox hissəsi, bəlkə də 60 faizi məhv olub gedib:
“Su problemi ilbəil olurdu, ancaq bu həddə gəlib çıxmırdı. Bu il lap betərdir. Kanalda əvvəlki illərə nisbətən az olsa da, su var, ancaq sadə kəndlinin əkinini suvarmadan öncə məmurlar öz sahələrini sulayırlar, nəticədə bizim məhsulumuz yanır”.
A.Əkbərov bildirir ki, hər bitkinin suvarılma vaxtı var, vaxtında su verilməyəndə məhsul da yaxşı olmur:
“Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, ancaq səsimizi eşidən yoxdur. Kimdən kimə şikayət edirik? Guya onlar bilmirlər problem var, su verilmir? Çox da yaxşı bilirlər. Sadəcə onlara bu problemin həlli sərf etmir. Kəndliyik, məhsulla, əkin-biçinlə dolanırıq. Normal otlaq sahəmiz də olmadığından heyvandarlıq da alınmır, gözümüzü elə bu sahələrə dikmişik. Onlar da susuzluqdan yanır. Artıq nə edək, ailəmizi necə dolandıraq, bilmirik”.
Fermer bildirir ki, artıq məhsul yığımına az qalıb və görünən odur ki, gözlədiyindən çox az məhsul əldə edəcək.
İmişlidən olan fermerlər də bu il eyni problemlə üz-üzə gəliblər. Deyirlər ki, bu il əvvəlki illərə baxanda su qıtlığı var və əkdikləri məhsulu suvara bilmirlər. Nəticədə çəkdikləri əziyyət heç olur.
İmişli rayonunun Ölcələr kəndindən olan fermer Seyyub Məmmədov builki məhsuldan əlini üzüb:
“Bu il rayonda su üstündə “qırğın” olub. 4 hektar ərazidə pambıq əkmişəm. 50-60 sentner məhsul götürəcəyimi düşünürdüm. İndiki hala 30 sentner olsa sevinərəm”.
Seyyub Məmmədov bildirir ki, bəzi kəndlərdə su qıtlığı olmayıb. Məsələn, rayonun Göhərli, Çahar kəndindən olan fermerlər əkdikləri pambığı 8-9 dəfə suvara biliblər:
“Onların məhsulu hazırda 3-4 metr hündülüyündədir. Bizim kəndə isə su vermirlər. Bunların hamısı oyundur deyə düşünürəm. Düzdür, o kəndlər bizə baxanda suya yaxındır. Amma bizim kənddə sahələr var ki, heç ümumiyyətlə, su görməyib. Mən yenə bir dəfə suvara bilmişəm. O da dava ilə. İlk dəfə sahəmin yarısını sulaya bildim. Növbətisi 10-12 gün sonra olmalı idi. Ancaq mən 50 gün sonra müsibətlə su tapa bildim. O da suvarmaq deyildi, ala-yarımçıq oldu”.
Fermer bildirir ki, hazırda İmişlinin “MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin pambıq qəbulu məntəqəsinə 4 min manat borcu var:
“15-20 gün sonra məhsul yığımı başlayır. Onda ödəməyə başlamalıyam. Ancaq heç nə planlaşdırdığım kimi olmayıb, necə edəcəyəm, bilmirəm”.
Bir neçə il öncə Azərbaycanda pambıqçılığı inkişaf etdirmək qərarına gəldilər. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” da qəbul olundu. Rəsmi məlumata görə, 2018-ci ilin 8 ayında ölkədə 156 min hektarda pambıq əkilib. Pambıq qəbulu məntəqələrinə isə 158 min 83 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsinin vurğulamasına görə, bu, 2017-cu ilin eyni dövrü ilə müqayisədə 38 min 343 ton çox idi.
2020-ci ilin iyulunda Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunan müzakirələrdə kənd təsərrüfatı naziri İnam Kərimov bildirmişdi ki, 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib:
“7 min hektar sahədə birinci vegetasiya suvarması başa çatmayıb. Eyni zamanda, 49 min hektar sahədə ikinci vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 min hektar azdır. Pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarmasıdır. Pambığın ikinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlığın 25-40 faiz aşağı düşməsi ilə üzləşə bilərik”.
Nazir pambığın suvarılması üzrə problemlərin daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında olduğunu bildirirdi.
Saatlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu il su qıtlığı yaşanıb, bu da Araz ayında suyun səviyyəsinin aşağı düşməsinə görə olub. Ancaq sonra hər sahənin suvarılmasına şərait yaradılıb.
İmişli Rayon İcra Hakimiyyətindən isə belə bir problemin olmadığı söylənib: “Növbə ilə bütün kəndlər suvarılma suyu ilə təmin edilib. Hamısını eyni gündə həll etmək mümkün deyildi. Görünür narazılığa səbəb olan budur”.
Kənd Təsərrüfatı Nazirliyindən “Turan”a bildirilib ki, bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini aparılıb:
“Suvarılmada ciddi problemlər olmayıb. Pambıq ən çox gəlir gətirən və ən əməktutumlu sahələrdən biridir. Ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Pambıqçı fermerlər həm əkin, həm də məhsul subsidiyası alırlar”.
“Azərsumeliorasiya” ASC-dən isə fermerlərin şikayəti ilə bağlı deyilib ki, suvarmadakı problemlərin səbəbi ümumi problemdir: “Suyun ayrı-ayrı sahələrə verilməsi iddiası həqiqəti əks etdirmir. Yaranmış su çatışmazlığı Araz çayında suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqəli olub”.
Meydan TV
Paylaş:
Müəllif : Fuad
Tarix:25-08-2021, 11:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-08-2021, 11:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16