reklam
Regionxeberlericom.az » Gündəm » "İsmayıl İsmayılov dələduzluqda ittiham olunan şəxsi himayə edir" - NARAZILIQ!

reklam

"İsmayıl İsmayılov dələduzluqda ittiham olunan şəxsi himayə edir" - NARAZILIQ!


Vətəndaş Adil Əzizov Yasamal Rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovdan şikayətçidir.

Bu barədə Adil Əzizov "Arqument.az"a danışıb.

O deyir ki, 2015-ci ildə şəxsi avtomobilini 26 min ABŞ dolları dəyərində Salamov Valeh Ağahüseyn oğluna satıb. Amma Salamov Valeh "alqı-satqı müqaviləsi"nə əməl etməyərək avtomobilin pulunu ödəməyib.

Adil Əzizov dələduzluğa məruz qaldığını deyərək Yasamal Rayon Polis İdarəsinə şikayət edib. Bundan sonra iş məhkəməyə gedib və 2016-ci il fevralın 16-da Yasamal Rayon Məhkəməsi Adil Əzizovun xeyrinə qərar çıxarıb.

Məhkəmə qət edib ki, cavabdeh Salamov Valeh Ağahüseyn oğlundan 26 min ABŞ dolları məbləğındə pul tutularaq Adil Əzizova ödənilsin, amma indiyə qədər vətəndaşın şikayəti icra edilməyib.

Tələbkar Əzizov Adil (Ünvan: Biləsuvar rayonu, S.Vurğun küçəsi, ev 16. Mobil: 0502306695) deyir ki, qarşı tərəf məhkəmənin qərarını icra etməyib və bundan sonra axtarışa verilib.

2020-ci ilin iyul ayında Binəqədi Rayon Polis İdarəsi Salamov Valeh Ağahüseyn oğlunu (Ünvan: Bakı şəh, Yasamal rayonu, Ə. Salamzadə küçəsi 1055) saxlayaraq, Yasamal İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılova təhvil versə də, İsmayılov Valeh Salamovu sərbəst buraxıb.

Tələbkar deyir ki, İsmayılov Valeh Salamovun hansı səbəbdən sərbəst buraxılması ilə bağlı ona məlumat verməyib: "Bir neçə gün öncə Daxili İşlər Nazirliyinə müraciət etdik. Bundan sonra işin üstü açıldı. Məlum oldu ki, polis hələ 2020-ci ilin iyul ayında Valeh Salamovu saxlayaraq, Yasamal Rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılova təhvil veribmiş. Amma İsmayılov onu sərbəst buraxıb. Hətta bizdə olan məlumata görə, onun yaşayış yerinin dəyişdirilməsinə də kömək edib. İndi bu məmuru dələduzla nə bağlayır, bunun marağı nə olub ki, polisin saxladığı şəxsi sərbəst buraxır? Aydın görünür ki, polis qanuni vəzifəsini icra edib, işini görüb və bu adamı gətirib icra məmuruna təhvil verib, amma İsmayılov məhkəmə qərarı ilə dələduzluqda ittiham olunan şəxsi sərbəst buraxıb, barəsindəki axtarışı da ləğv edib. Mən bu məsələ ilə bağlı bütün hüquqi addımları atacağam".

Şikayətçi deyir ki, İsmayıl İsmayılovun qanunsuz əməlindən ədliyyə naziri Fikrət Məmmədova da müraciət edib.

Yasamal Rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov isə "Arqument.az"a deyib ki, işi Abşeron rayonuna göndərəcək: "Polis Valeh Salamovu gətirəndə iş saatının bitməsinə bir neçə dəqiqə qalmışdı. Mənim də onu saxlamağa yerim olmadı. Ona görə də sərbəst buraxdım. Amma indi o, Masazıra, Abşeron rayonuna köçüb, ona görə də sənədləri oraya göndərəcəyəm".

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

"Aqrument.az"ın şikayətlə bağlı ədliyyə naziri Fikrət Məmmədova göndərdiyi yazılı sorğuya da hələ ki cavab verilməyib.



Paylaş:


Müəllif : Tarix:
26-08-2021, 09:38
Sikayət   


loading...
Загрузка...