reklam
Regionxeberlericom.az » Gündəm » Şabranda sakinlər NƏDƏN NARAZIDIR? - VİDEO, FOTOLAR

reklam

Şabranda sakinlər NƏDƏN NARAZIDIR? - VİDEO, FOTOLAR



"Şabran rayonu , 3 sotlar qəsəbəsinin, Babək küçəsinin sakinləri küçələrinin yolunun bərbad olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkir". Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.

Məlumatda daha sonra bildirilir: "Bu küçəyə asfalt çəkilmədiyindən və yol bərbad gündə olduğundan payızda, qışda yağış yağanda buradan keçmək çox müşkülə çevrilir,sakinlər çox əziyyət çəkir.

Hətta təcili yardım maşını, taksi sürücüləri belə yol kələ-kötür olduğundan Bu küşəyə gəlməkdən imtina edirlər,küçənin başında saxlayırlar.
Taksinin bu küçəyə girmək istəməməsindən çox vaxtı sakinlər yüklərini uzaq məsafədən əllə daşımalı olurlar.

Sakinlər neçə illərdir bu küçədə yolsuzluqdan əziyyət çəkirlər, amma bu küçəyə asfalt çəkilmir ki, çəkilmir.

Problemlə bağlı sakinlər bir neçə dəfə Şabran icra hakimiiiətinin məsul şəxslərinə müraciət etsələr də .ya deyiblər büdcədə pul yoxdur,ya da yola veriblər.

Qabaqdan isə yağışlı günlər gəlir…

Doğurdanmı bu kiçik problem həll etmək bu qədər çətindir?!

50-ə yaxın sakin aiddiyatı qurumlardan bu problemlərinin həll olunmasını xahiş edir".







Paylaş:


Müəllif : Tarix:
27-08-2021, 09:11
Sikayət   


loading...
Загрузка...