“Göyçayda iş tələb edənə xəstə heyvan verirlər” - NARAZILIQ!
“İş üçün illərlə hökumətə müraciət elə, axırda gətirib qapına 5-10 xəstə keçi buraxıb desin, bu da sənə iş… Aylardır ki, verilən xəstə heyvanları özlərinə qaytara bilmirəm, keçinin biri ölüb, o biriləri də can üstdədir”.
Göyçay rayonunun Yalman kənd sakini Heydər İslamov Meydan TV-yə danışır ki, işsizliklə bağlı yerli Məşğulluq Mərkəzinə davamlı müraciətlərindən sonra dövlətin Özünəməşğulluq Proqramına qoşula bilib. Heydər İslamov bu ilin yanvarında da işsizlik problemi ilə Meydan TV-yə müraciət etmişdi.
İndi şikayətçi deyir ki, bu proqram çərçivəsində ona 21 baş xırdabuynuzlu heyvan (keçi) verilib. Ancaq Heydər İslamovun sözlərinə görə, bu heyvanlarla necə deyərlər, “çox uzağa getmək” mümkün deyil.
“Biri ölüb, o biriləri də canlarını tapşırmaq üzrədir”
“1 aydan çoxdur ki, bu heyvanların ölməməsi üçün dəridən-qabıqdan çıxıram. Ağızları səpir, quruyur, bədənləri yarayla doludur. Artıq biri ölüb, o birilər də canlarını tapşırmaq üzrədir. Kimi dindirirsən, deyir, mənə də xəstə heyvanlar verilib. Bu xəstə heyvanlarla hansı təsərrüfat qurmaqdan söhbət gedə bilər?“,- şikayətçi danışır.
“Prezidenti də aldadırlar”
Heydər İslamov deyir, Dövlət Məşğulluq Mərkəzinin 11 saylı Ərazi Məşğulluq Filialına müraciət etsə də, onu dinləyən yoxdur:
“Dövlət Məşğulluq Xidməti bu layihəyə görə ayrılmış büdcəni talayır, gözə kül üfürmək üçün də neçə ildir ki, kəndlilərə xəstə mal-heyvan verir. Ümumiyyətlə, Göyçayda kim iş tələb edirsə, gətirib xəstə heyvan verirlər. Mən Özünəməşğulluq Proqramına qoşulmaq üçün uzun müddət Məşğulluq Mərkəzinə ayaq döydüm. Buna məcbur idim, çünki kənddə iş yox, gəlir yeri yox… Çox kasıb bir ailəyik, son ümidimi bu Proqrama bağlamışdım, bütün ümidlərim boşa çıxdı. Ölkənin başçısı da elə bilir ki, neçə ildir işsiz-gücsüz kəndli bu Proqramdan yararlanır, təsərrüfat qurur, dolanışığını təmin edir. Çünki onu da aldadırlar”.
“Xəstə heyvanın hər birinə görə 175 manat siliblər”
Heydər İslamovun sözlərinə görə, heyvanları ona rayondakı “mal bazarı” deyilən yerdə təhvil veriblər. Heyvanlar ona təhvil veriləndə onların sağlamlq durumları ilə bağlı hər hansı akt təqdim olunmayıb:
“Bu heyvanlar dövlət tərəfindən layihə əsasında verilibsə, dövlət də nəzarətdə saxlamalıdır, ancaq baytar bircə dəfə də olsa gəlib maraqlanmayıb vəziyyətlə… Borca-xərcə girib dərman alıram, heyvanları müalicə etdirirəm ki, yazıqdılar, ölsə, günahı mənim üstümdə qalar. Bu heyvanların hər birinə görə 175 manat silinib, halbuki, bu dəqiqə bazara çəksəm, heç hərəsinə 40 manat da verməzlər. Yəni onlara heç heyvanın sonrakı vəziyyəti də maraqlı deyil, deyirlər, ölür, ölsün də… Öləcək, aktlaşdıracaqlar ki, öldü, vəssalam… Heç bir məsuliyyəti də yoxdur. Tək mən deyiləm, qonşum müharibədən qayıdan kimi göya dövlət qayğısı filan göstərirlər, işlə, dolanışıqla təmin edirlər, gətirib mənə verdikləri xəstə heyvanları tökdülər həyətinə, getdilər…”
Dövlət Məşğulluq Xidmətinin 11 saylı Ərazi Məşğulluq Filialından Meydan Tv-yə bildirilib ki, Yalman kənd sakini Heydər İslamov Özünəməşğulluq Proqramına qoşulub. Xidmətdən bildirilib ki, indiyədək heyvanların xəstə olmasıyla bağlı vətəndaşdan hər hansı şikayət daxil olmayıb. Əgər hər hansı narazılığı varsa, müraciət etsin, araşdırılsın.
Özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. 2016-cı ilin aprelindən Prezidentin müvafiq Sərəncamıyla özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilməlidir. Ötən 5 ildə Özünəməşğulluq Proqramına qoşulan yüzlərlə vətəndaş narazı qalıb.
Meydan TV
Paylaş:
Müəllif : Yazar
Tarix:27-08-2021, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-08-2021, 09:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29