Azərbaycanda ŞOK İDDİA: Kişi övladını və arvadını binadan atıb? - YENİLƏNİB
Bakıda ananın azyaşlı qızı ilə birgə özlərini binadan atması faktı ilə bağlı cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Ötən gün Bakıda övladı ilə birgə özünü binadan atdığı deyilən qadının anası onun bunu intihar məqsədilə etmədiyini iddia edir.
Lent.az xəbər verir ki, Mehriban Süleymanova “qafqazinfo”ya müraciət edərək qızı Aytən Niftəliyevanın intihar etmədiyini, həyat yoldaşı və qayınanası tərəfindən döyülərək, damdan atıldığını bildirib:
“Avqustun 30-u qızım Aytən Niftəliyeva bizdə Sumqayıtda qonaq idi. Ayın 29-u bizə yığıncağa gəldi, oğlumun toyu olmuşdu, gəlinimin qohumları bizdə idi. Ayın 30-u da tək taksi ilə yola saldım. Ailəsində axır vaxtlar münaqişələr olurdu. Ümumiyyətlə, əvvəldən yoldaşı Rəhman Niftəliyev tez-tez dalaşırdı qızımla. Yoldaşım öləndən sonra dava-dalaş daha da böyüdü. Yoldaşım Qarabağ qazisi idi, ötən il koronadan rəhmətə getdi”.
Ananın sözlərinə görə, evə getdikdən sonra qızına zəng edib: “Dedi ki, çatmışam. Sonra Rəhman zəng etdi ki, bezmişəm, gəl apar qızını. Uşaq da ağlayırdı. Mən də fikirləşdim ki, yenə döyüblər qızımı. Sonra qayınatasına yığdım, dedi ki, rayondan çıxmışıq çatanda baxarıq. Qayınanası zəng etdi ki, gəl apar qızını, tərbiyəsizdir. Mən də taksiyə minib Sumqayıta gedirdim ki, yolda zəng gəldi ki, tez gəl. Çatana yaxın zəng gəldi ki, qızın atdı özünü”.
Mehriban Süleymanova deyir ki, qonşular ona qızının sağ olduğunu bildiriblər: “Dedilər ki, DTX hospitalına apardılar, amma uşağın öldüyünü dedilər. Qızım 3 mərtəbəli şəxsi mülkün damından özünü uşağı ilə birgə atdı. Bunlar dedilər ki, qızım birinci uşağı, sonra da özünü atıb damdan, amma qız oyananda dedi ki, Rəhmanla dalaşanda ayağım sürüşdü, o da mənə kömək etmədi, uşaq əlimdən düşdü, mən də yıxıldım. Həmişə dalaşanda şantaj eliyirdilər ki, uşağı əlinizdən alacağıq, atam əlinizdən alacaq uşağı. Qızım deyir ki, ayağım sürüşəndə Rəhmana dedim ki, kömək elə, o da eləmədi. Uşağı dartanda damdan düşüb. Qızım da yıxılıb. Hazırda qızımın vəziyyəti ağırdır. Daxili qanaxması var. Nə qədər sümükləri sınıb. Qan köçürürlər. Qızımı qayınanası ilə kürəkənim döyüb. Yoldaşım ölənə kimi, hər gün bizi dava-dalaş üstündə evlərinə çağırırdılar. Rəhman hər gün evdədir. Onlayn proqram dərsi keçir. 3 il idi ki, evli idilər. Cinayət Məcəlləsinin özünü intihara çatdırma maddəsi ilə iş açılıb. Amma qızım intihar etməyib”.
Aytən Niftəliyeva
***
Mehriban Süleymanovanın saytımıza müraciətindən bir neçə saat sonra onun reanimasiyada olan qızı Aytən Niftəliyeva vəfat edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-09-2021, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-09-2021, 11:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16