"Veteranlar Birliyi" 100-150 manata "Qarabağ əlili" adını satır - Qazidən ŞOK İDDİA
Azərbaycanda "Qarabağ əlili" adının və medalların 100-150 manata satılması ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Belə ki, Sonxeber.az-a müraciət edən Şəkərov Qabil Paşa oğlu bildirib ki, o,1996-cı ilin yayında Tərtər-Goranboy istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində ayağından yaralanıb:
"Hazırda ayağıma görə çox əziyyət çəkirəm. 25 ildir ki, "Qarabağ əlili" adını almaq üçün sürünürəm. Layiq olduğum "Qarabağ əlili" adını ala bilmirəm. Sizdən xahiş edirəm, bu barədə mənə kömək edəsiniz. Sənədlərimin hamısı onlayn şəkildə Tibbi Sosial Ekspertiza Komissiyasına (VTEK) göndərilib. Hələ ki, bir xəbər yoxdur.
Xətai rayonunda "Veteranlar Birliyi" var. Oranın sədrinə müraciət etmişəm. Köhnə Suraxanıda yerləşən "Veteranlar evinin" sədrinə də müraciət etmişəm ki, kömək edib, dəstək olsunlar, əlilliyimi bərpa edim. Onlar bununla bağlı məndən pul istəyiblər. Mən də pulumun olmadığını demişəm. Bir də ki, mən niyə pul vemrəliyəm?! Mən də Vətən oğluyam, dövlətim uğrunda döyüşmüşəm və yaralanmışam.
Mənə "Sən nə etmisən ki, sənə medal verək?!" deyirlər. Xətaidəki "Veteranlar Birliyinin" sədrinin müavini var. Mətbuat katibidir. Adı Məhərrəm Əliyevdir. Ona və Köhnə Suraxanıda yerləşən "Veteranlar evinin" sədri Eldar müəllimə müraciət etmişəm. Medalları niyə pulla satdıqlarını soruşmuşam. Döyüşdə olmayanlara, fərari adıyla qaçıb orada-burada gizlənənlərə medal verirlər, amma mən istəyəndə mənə "demaqoq" deyirlər".
Qabil Şəkərov haqqını tələb edənlərə "demaqoq" dediklərindən şikayətlənib:
"Mən sadəcə haqqımı tələb edirəm. Xətaidəki "Veteranlar Birliyinin" sədrinin müavininin mətbuat katibi olan Məhərrəm adlı şəxs Ali Məhkəmənin arxasından gedən yolda qarajda özü üçün qurum yaradıb və orada camaata pulla medal satmaqla məşğuldur. Mən ona bir-iki sual ünvanladım: "Əgər sizin maddi marağınız yoxdursa, buradan Naxçıvana niyə medal göndərirsiniz? Naxçıvanda "Veteranlar Birliyi", "Veteranlar Şurası" yoxdur ki, buradan medalları ora göndərirsiniz?!"
Mənim əlimdə məlumatlar var ki, 35-100 manata da medallar satırlar. Təəssüf ki, Qarabağda döyüşən mənəm, amma medalı müharibədə iştirak etməyənlərə verirlər. Yuxarıda adını çəkdiyim "Veteranlar Birliyi" katibi Məhərrəm Əliyev mənə "Hara şikayət edirsən, et! Get, başını aşağı sal, işini gör, yoxsa sənin üçün pis olar!" deyir.
Mənə hədə-qorxu gəlirlər. Neçə dəfə bu adamın özü ilə görüşmüşəm, mənə niyə medal vermədiklərini soruşmuşam. "Pulunu ver,al!" deyirlər. Budurmu Qarabağ qazisinə qoyulan hörmət?! Sizdən xahiş edirəm, bu adamlar haqqında tədbir görəsiniz. Özlərinə uyğun adamları yığıblar başlarına, onların əli ilə medal satırlar. O adamların üzlərini görmədən, buradadan Naxçıvana medal satırlar. Soruşanda deyirlər ki, guya onların haqqıdır, çünkı pul veriblər. Sizdən bir daha xahiş edirəm ki, mənə yardım edin".
Qarşı tərəflə əlaqə saxlamağa çalşsaq da zənglərimizə cavab verən olmadı. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-09-2021, 11:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-09-2021, 11:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52