reklam
Regionxeberlericom.az » Gündəm » Abşeron RİH başçısı İradə Gülməmmədovanın layihə ofisi vasitəsilə yeni rüşvət monopoliyası və ya Akif sevdası...

reklam

Abşeron RİH başçısı İradə Gülməmmədovanın layihə ofisi vasitəsilə yeni rüşvət monopoliyası və ya Akif sevdası...

Bildiyimiz kimi Abşeron ərazi baxımdan ən böyük rayondur. Paytaxtla qonşuluğu isə Abşeronu tikinti üçün, ev sahibi olmaq üçün olduqca cəlbedici edir. Abşeron həmdə imkanlarına görə qanunsuzluqların, karrupsiyanın tüğyan etdiyi bir rayondur. Karrupsiya ilə mübarizə idarəsi bu yaxınlarda Abşeronun Baş Memarı Akif Əliyevi və başçının qohumlarını həbs etmişdi. Bu həbs bütün ölkəni lərzəyə gətirmişdi. Akif Əliyev həbs olunan ərəfədə Abşeronda ev tikmək üçün sənədləşmə qanuni həll edilirdi. Vətəndaşlar asanlıqla evlərini sənədləşdirirdilər. Amma bir az zaman keçdi, hadisələr soyudu. Hadisələr soyuduqca İradə Gülməmmədova yenə qızışmağa başladı. Layihə şirkəti yaradıb yeni bir Akif kəşf etdi.

Əvvəllər Abşeron ərazi idaretmə idarələrində işləyən, deyilənə görə Qobu kəndinin İnzibati Ərazi İdarəetmə İdarəsinin rəisi (kənd soveti) olmuş Akifi tapıb, onin üzərinə yeni biznes planı qurdu. Bu işdə rüşvət xətti üçün etibarlı adam tapmaqda ona Abşeronun ən qocaman məmuru, "yolaverən" olduğuna görə adı hələ heç bir karrupsiya faktında hallanmayan Abşeron RİH İnzibati-Ərazi İdarəetmə şöbəsinin müdiri Azər köməklik göstərmişdir. Beləliklə bir neçə aydır Abşeron Rayon Məhkəməsinin yanında təzə Akifə ofis tutub işə start veriblər. İradə Gülməmmədova Abşeronun yeni Baş Memarı Şahin Bayramova göstəriş verib ki, ev tikdirmək istəyən adamlar harada layihə çəkdirib sənədlərini təqdim etsə, onlara süni bəhanələr tapıb imtina versin. Şahin Bayramovda bunu canla-başla icra etməkdədir. Bu minvalla məqsəd həm insanları incitməkdir ki, rüşvətə hazır olsunlar, həm də, layihəni öz şirkətlərində hazırlatdıraraq oradanda pul tutsunlar.
Belə ki, insanlar sürünəndən sonra, oraya üz tutirlar onlara dolayı təkliflər başlayır. Bəzəndə üzü yumşaq adam görəndə elə ilk başdan Baş Memar vətəndaşlara layihə hazırlatmaq üçün şəxsən Akifin nömrəsin verir, oraya yönəldir. Bu nömrə verməklərlə İradənin yeni Akifinin fəaliyyəti başlayır. Vətəndaş gedib Akifin ofisində layihə çəkdirir və bütün dolayı söhbətlərin kanalına, İradə Gülməmmədovanın rüşvət xəttinə oradan düşür. Layihədən pul, tikintiyə icazədən pul, hətta qanuni tikililərdən pul bu xətlə Gülməmmədovanın cibinə axır. Gözü doymayan "dişi canavar" Nazirlər Kabinetinin təlimatına uyğun gəlməyən tikili tikmək istəyən torpaq sahiblərinə 2 dəfə layihələndirmə təklif edir. Belə ki, vətəndaş 1-ci dəfə layihə çəkdirir icradan "adlayır" evi "gözyumdu" ilə tikir, sonra mövcud evi layihələndirir reyestr xidmətinə təqdim edir. Reyestr xidmətinə isə torpağın sənədi olduğu halda, ev mövcud olduğu halda artıq o tikilini qeydə aldıqda problem qalmır, qeydə alır. Bu işdən demək olar ki, əsasən İradə Gülməmmədova qazanır. Elə qazanır ki, qazanır...

Gözdən yayınan kimi yenə yolunu tapıb qazanır.

Adı çekilən qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq

Azerbaycanrealligi.com




Paylaş:


Müəllif : Tarix:
3-09-2021, 11:58
Sikayət   


loading...
Загрузка...