reklam
Regionxeberlericom.az » Gündəm » Başçının birinci müavini Siyəzəndə istədiyini edir... - GİLEY

reklam

Başçının birinci müavini Siyəzəndə istədiyini edir... - GİLEY


Siyəzən rayon sakini saytımıza müraciət edib.
Mən Qafarova Elvira Siyəzən rayonu, Nizami küçəsi, ev 45-də sığınacaqda yaşayıram. Ağır həyat şəraitimə görə dəfələrlə rayon icra hakimiyyətində olub kömək istəmişəm. Təxminən pandemiya başlayan vaxtlarda işə qəbul olunmuşam. Artıq doqquz aydır ki, əməkhaqqımı ala bilmirəm. Bu məsələni araşdırmışam və məlum oldu ki, mənə maaş almaqda süni əngəllər yaradılır. Mənə rəsmi qurumlar bildirdi ki, birinci müavin Aqşin Ağayev göstəriş verib ki, mənə əməkhaqqı verilməsin.
Mənimlə birlikdə bir neçə qadın işləyir, hansı ki, heç işə gəlmirlər, ancaq hər ay vaxtlı-vaxtında maaş alırlar. Çünki onların qohumları ayrı-ayrı qurumlarda vəzifə başındadır.



Aqşin Ağayev beş ay əvvəl məni çağırıb və 150 manat pulu mənə cibindən verib.
Himayəmdə üç azyaşlı övladlarım var. Onları saxlaya bilmirəm. Oğlum boksçudur və bu yaxınlarda yarışa getmək üçün borc alıb vermişəm. Axı mən işimdə ardıcıllığı gözləmişəm, niyə mənim haqqımı vermirlər? Aqşin Ağayev deyir ki,sən məndən şikayət etmisən. Ona görə mən imkan verməyəcəyəm ki, sənə maaş versinlər.
Mən prezidentimizə müraciət edib kömək istəyirəm. Cənab prezident! Siyəzən rayonuna sizin təyin etdiyiniz məmurlar bizi incidir, yaşamağa qoymurlar. Başda Aqşin Ağayev olmaqla məmurlar əhalini sizdən narazı salırlar. Xahiş edirəm ki, tədbir görəsiniz. Mən dövlətin digər qurumlarının rəhbərlərinə müraciət edərək kömək istəyirəm. Xahiş edirəm mənim əməkhaqqımı Aqşin Ağayevdən alaraq mənə çatdırasınız. Aqşin Ağayev rayonu talamaqla bərabər, biz kasıbların qəpik-quruşuna da göz dikib və artıq əl qoyub. Adam rəhbər vəzifədə əyləşib, reketliklə məşğuldur. Sizdən kömək gözləyirəm.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //azinfo.tv//


Paylaş:


Müəllif : Tarix:
6-09-2021, 09:17
Sikayət   


loading...
Загрузка...