Kəmaləddin Heydərov yola salınır – TƏHVİL-TƏSLİM SÜRƏTLƏNDİRİLİB
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yaxın vaxtlarda vəzifəsini itirəcək.
“24 saat” xəbər verir ki, bu, ya cari ilin sonunda, ya da növbəti ilin əvvəlində baş verə bilər.
Uzun illər barəsində “korrupsioner məmur”, “oliqarx nazir” kimi ayamalar işlədilən, ölkənin heç şübhəsiz ən zəngir adamlarından sayılan Kəmaləddin Heydərov 2018-ci ildən başlayan “islahat dalğası”ndan kənarda qalan nadir yüksək çinli məmurlarındadır.
Hələ “islahat dalğası”nın ilk günlərində Kəmaləddin Heydərovun da vəzifəsini itirəcəyi iddia olunurdu. Bəzi qeyri-rəsmi məlumatlarda isə bildirilirdi ki, Kəmaləddin Heydərov əzəli düşməni Ziya Məmmədovun taleyini yaşaya bilər. Yəni, Fövqəladə Hallar Nazirliyi ləğv ediləcək və bununla da Kəmaləddin Heydərovun karyerasına son qoyulacaq.
İqtidarın nəzarətində olan media qurumlarında bu istiqamətdə təbliğatın aparılması iddiaların əsassız olmadığına dair şübhələri artırırdı. Lakin gözlən olmadı və ya hamının gözlədiyi vaxt olmadı. Nə FHN ləğv edildi, nə də Kəmaləddin Heydərov istefaya göndərildi. Bəzi məlumatlara görə, Fövqəladə Hallar nazirinin hələ də vəzifədə saxlanılması, əslində, islahatların obyektiv səbəblərdən təxirə salınması və HEYDƏROVLAR imperiyasının hədis böyüklüyü ilə bağlıdır. İddia olunur ki, qələmi qırılan fövqəlnazirlə yolları ayırmaq üçün görülən işlər nə qədər sürətlə aparılsa da, illər boyu yığılan biznes nöqsanlarını, o cümlədən qanunsuz əməlləri ört-basdır etmək bu zaman diliminə sığışmayıb.
TƏHVİL-TƏSLİM SÜRƏTLƏ DAVAM EDİR
Son günlər onun nəzarətində olan şirkətlərin ard-arda məhkəməyə verilməsi də bu prosesin tərkib hissəsidir. Kəmaləddin Heydərov da digər iri ranqlı məmurlar kimi biznes imperiyasını bölüşərək oyundan çıxmağa hazırlaşır. Şirkətlərin məhkəməyə verilməsi onları heç bir öhdəliksiz, borcsuz qəbul etmək üçündür. Bu yerdə onu da qeyd edək ki, bəzi hallarda artıq Heydərovun biznes imperiyasına daxil olan şirkətlər eyni imperiaya aid olan digər şirkətləri də məhkəməyə verir. Bu isə təhvil-təslim prosesi zamanı ortaya çıxan çatışmazlıqları sənəd-sübutla ortaya çıxarmağa xidmət edir.
Bildirilir ki, Kəmaləddin Heydərovun biznes imperiyası ilə bağlı təhvil-təslim prosesi sona çatdıqdan və onun bu illər ərzində topladığı sərvət barədə nə dərəcə səhih məlumat verdiyi məlum olduqdan sonra onun özü ilə bağlı yekun qərar veriləcək.
24saat.org
Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2021, 08:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-09-2021, 08:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50