Hacı Qalib xalasının adından məktub yazdı, böyük saxtakarlıqlar üzə çıxdı - İLGİNC
Hacı Qalib Salahzadənin adı növbəti dəfə Bakının Bilgəh qəsəbəsində torpaq qalmaqalına qarışıb. Eks-deputat bu dəfə adını gizlədib, xalasının adından çıxış etməyi üstün tutub. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə Lətifə Əliyeva adından yazılan məktubda əlaqə nömrəsi kimi Qalib Salahzadə özünün telefon nömrəsini göstərib.
Həmin məktubda Qalib Salahzadə yazır:
“Bilgəh qəsəbəsi, 28 Aprel küçəsi ev 76 ünvanda yaşayan Əliyeva (Camalova)Lətifə Əliağa qızı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev cənablarına Bakı şəhəri, Əlaqə nömrəsi: 050-200-44-00
ƏRİZƏ
Hörmətli Samir müəllim!
Mən və bacı-qardaşlarım Camalov Həmidağa Əliağa oğlu, Camalov Əminağa Əliağa oğlu, Camalova Şəfiqə Əliağa qızı Sizə bildirmək istəyirik ki, Sabunçu rayon məhkəmə icraçıları 05.07.2021-ci il tarixində tərtib etdikləri Aktla bizim ailəyə məxsus 8 ədəd evi və torpaq sahəsini icra məmurları Fizuli Hüseynov, Daşqın Həsənəliyev və başqaları ilə birlikdə bizim xəbərimiz və iştirakımız olmadan qeyri-qanuni olaraq keçmiş spiker Rəsul Quliyevin nümayəndəsi İbrahimov Ağasif Şakir oğluna təhvil veriblər. Halbuki Rəsul Quliyev və ailə üzvləri ABŞ vətəndaşlarıdır. İcra məmurları qanunsuz hərəkətlərini ört-basdır etməkdən ötrü, yəni Rəsul Quliyevin övladlanm gizlətməkdən ötrü, yazdıqları Aktda Pərvin, Ziya, Xanım Rəsul Quliyevin övladı olduqlarını və hər 3 nəfərin ABŞ vətəndaşı olduqlarını gizlətmək üçün yazdıqları Akt-da atalarının Rəsul Quliyev olmasını ört-basdır ediblər. Bacım oğlu Hacı Qalib Salahzadən adından yalandan akt yazıblar kı, guya könüllü olaraq bağımızı Rəsul Quliyevə bağışlayıb. Bu, azmış kimi baş nazir Əli Əsədovun əmisi oğlu Vüqar Əsədov Bilgəh qəsəbə icra nümayəndəsi olduğu üçün 80 sot torpaq sahəsini qeyri-qanuni olaraq saxlamağa veriblər. Rəsul Quliyevin nümayəndəsi İbrahimov Ağasif Şakir oğlu əlində saxta order və saxta çıxarışlarla Məhkəmə icraçılarını və polisi aldadıb. Əmlak Komitəsindən heç bir sənəd olmadan qeyri-qanuni olaraq (Yəqin ki, arada pul, rüşvət faktı və əlaməti görünür) Rəsul Quliyev və İbrahimov Ağasif Şakir oğluna xidmət göstəriblər. Bu zaman onların nə məqsədlə əllərində 1 (bir) sot torpaq sənədi olmayan və Əmlak Komitəsindən arayış olmayan mütəxəssis çağırmayan icra məmuru başda Fizuli Hüseynov, Rəsul Quliyevə və onun ABŞ vətəndaşı olan övladlarına belə xidmət göstərir. Əlimizdə notarius tərəfindən qeydə alınmış sənədlər var. Qeydiyyatlar var. Bələdiyyədən torpağı satın almışıq. Qeydiyyatda olan adamlar var. Azı 3 evdə. Kimin “zakaz”nı yerinə yetirirlər? Əvvəlcə Akt tərtib edirlər ki, 05.07.2021-cı ildə mütəxəssis gəlməlidir. Sonra isə “zakaz” gəlir ki, mütəxəssis lazım deyil. İndi bizim ailə nə etməlidir? Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Salahova bizim şikayətimizə Rəsul Quliyevin qorxusundan baxmadı və bizi vətən xaini Rəsul Quliyevin guya vəkili olan İbrahimov Ağasif Şakir oğlunun tərəfini saxladı. Biz nə istəyirik? Qoy Əmlak Komitəsindən mütəxəssis gəlsin və göstərsin ki, torpaq və evlər hara və necə düşür. Bütün suallar həll olunsun. Polis vətən xaini Rəsul Quliyevin tərəfini saxlayır. Artıq 2 aydır kı, Polis əllərində heç bir qanuni sənəd olmayan və Azərbaycanda adlarına bir sot torpaq sahəsi olmayan vətən xaini Rəsul Quliyevin müdafiəsi ilə məşğuldur. Sadə bir müraciətlə Əmlak və ya Notariusdan öyrənmək olar kı, bu adamların adına torpaq sahəsi var ya yox? Polis bunu etmək istəmir. Məhkəmənin 2010-cu ildə saxta sənədlərə əsasən çıxardığı hökmə istinad edir. Sizdən xahiş edirəm ki, qanuni yolla mənim anamdan qalan 8 ədəd evlərimə ailə üzvlərimizin rahat və qanuni yolla gedib gəlməyinə və bu işdə qanunsuzluğa və cinayətə yol verən şəxslər barədə ölçü götürəsiniz. Xahiş edirik ki, bu məsələni şəxsən öz nəzarətinizə götürəsiniz. Məsələnin qanuni yolla həllində bizə köməklik göstərəsiniz".
Hacı Qalib Salahzədə ilə eks-spikerin məhkəmə çəkişmələri 2010-ci ildə baş tutub. Həmin vaxt məhkəmə torpaq sahəsinin Rəsul Quliyevə məxsus olmasını təsdiq edib. Bundan sonra Qalib Salahzadə torpaq sahəsindən çıxmaqdan imtina edib. Onu məhkəmə icraçıları ərazidən çıxarıb. Zamanında bu haqda “Yeni Müsavat” qəzetində yazılar dərc etmişdik. Hacı Qalib Salahzadənin adı illərdir ki, Bilgəh qəsəbəsinin perspektivli ərazilərində torpaq sahələrini saxta sənədlərlə, nənəsinin, qardaşının həyat yoldaşının, gəlininin adına rəsmiləşdirməklə ələ keçirməkdə hallanır.
Bakı sakini Seymur Quliyevin, məşhur aviator Nurid Əliyevin, “Possat” kooperativinin 28 üzvünün torpaq sahələrinin ələ keçirilməsində də Hacı Qalib Salahzadənin adı keçirdi.
Seymur Quliyev “Yeni Müsavat”a demişdi ki, Hacı Qalib Salahzadə onun Bilgəh qəsəbəsində, “Bilgəh” Kardioloji sanatoriyasının yaxınlığında yerləşən onun özəl torpaq sahəsini saxta sənədlərlə ələ keçirib: “Ortaya Bilgəh bələdiyyəsinin bir saxta sənədini qoymuşdu. Həmin saxta sənəd Hacı Qalib Salahzadənin qardaşı Zahirin həyat yoldaşı Rəhilə Kamal qızı Salahzadənin adına yazılmışdı. Bu saxtakarlıq 2003-cü ildə baş vermişdi. İlkin araşdırmalarda bu saxtakarlığın arxasında Hacı Qalibin dayandığı üzə çıxdı. Məhkəmədə məlum oldu ki, Bilgəh bələdiyyəsinin adından verilən sənəd 2005-ci ildə çap olunub. Bu barədə məhkəməyə sənədi çap edən məhkəmədən arayışı da təqdim etdik. Bundan sonra Hacı Qalib Salahzadə torpaq sahəsinə gəlini Xatirə Allahşükür qızının adına sənəd aldı”.
Hazırda Seymur Quliyevin iddiası əsasında Sabunçu Rayon Məhkəməsində proses davam edir.
“Yeni Müsavat”a müraciət edən Nurid Əliyev də Qalib Salahzadənin onun torpaq sahəsini ölən nənəsinin adı ilə zəbt etdiyini bildirmişdi. Demişdi ki, babası, məşhur aviator Nurid Əliyevə mərhum prezident Heydər Əliyev tərəfindən bağışlanan torpaq sahəsini Hacı Qalib Salahzadə ələ keçirib: “Hacı Qalib Salahzadə 2002-ci ildə nənəsi Kübraxanım Mirəbdülhüseyn qızı Camalovanın adına Bilgəh bələdiyyəsindən bir sənəd çıxarıb. Həmin sənəddə yazılırdı ki, guya o, 2004-cü ildə mənə məxsus özəl torpağı Bilgəh bələdiyyəsindən alıb. İş məhkəmələrdə araşdırıldı, üzə çıxdı ki, Hacı Qalib Salahzadə nənəsi Kübraxanım Mirəbdülhüseyn qızı Camalova 1998-ci ildə həyatdan köçüb. Yəni Kübraxanım istəsəydi belə, 2004-cü ildə mənə məxsus özəl torpağı ala bilməzdi. Çünki həmin vaxt artıq 6 il idi ki, bu dünyada yox idi. İlkin araşdırmalar zamanı bu işlərin arxasında Hacı Qalib Salahzadənin dayandığı üzə çıxdı”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Fuad
Tarix:11-09-2021, 08:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-09-2021, 08:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39