"Ağ göl"də QARA-QARA İŞLƏR... - Nazirə MÜRACİƏT OLUNDU
Cənab nazir !
Bu gün dünyada ortaya çıxan ən böyük problemlərdən biri də meşə yanğınlarıdır.
Düzdür, həmişə belə hallar olub. Amma son bir ildə dünyanın müxtəlif ölkələrində, o cümlədən qardaş Türkiyədə baş verən meşə yanğınları ölçüsünə və miqyasına görə, müqayisəedilməzdir.
Hansısa sirli bir qüvvə dünyanın müxtəlif ölkələrində məqsədli şəkildə kütləvi yanğınlar törədir.
Qardaş Türkiyədə baş verən meşə yanğınları gözümüzün qabağında baş verdi. Yanğının ölçüsü və dərəcəsi o qədər böyük idi ki, hətta Azərbaycan və Rusiya kimi dövlətlər kömək əli uzatmağa məcbur oldular. Yəni hətta güclü dövlətlər də bu yanğınların öhdəsindən təkbaşına gələ bilmirlər. Əvvəlki illərdə olan yanğınlar lokal yanğınlar idi və dövlət özü bunun öhdəsindən asanlıqla gəlirdi.
Ancaq bu gün dünyada baş verən yanğınlar adi hadisələr deyil.
Bir daha təkrar edirik ki, hansısa mütəşəkkil bir mərkəz bu yanğınları törədir, belə demək mümkündürsə, bəşəriyyətin ağ ciyərləri olan meşələri məhv edir.
Bəli, meşələr bəşəriyyət üçün təmiz havadır, meşələr, yaşıllıqlar insanlar üçün ağ ciyərdir.
Bunu təkcə biz demirik.
Dünyanın təhlil və analiz mərkəzləri qeyd edir ki, baş verən meşə yanğınları adi təbiət hadisəsi, yaxud kiminsə ehtiyatsız hərəkətindən baş vermir. Bu məqsədli şəkildə törədilir. Yəni bu təbiətə, meşələrə, sonda insanlığa qarşı terrordur. Əbəs yerə “yaşıl terror” ifadəsi işlənilmir.
Bir məsləyə də toxunaq.
Deməli, 2 ildir ki, bəşəriyyət qorxunc xəstəlik olan koronavirusla mübarizə aparır. Bu xəstəliyin də mənbəyi və “ocağı” ağ ciyərlərdir.
Gördünüzmü, təbiətin ağ ciyərləri olan meşələr kütləvi yandırılır və…insanların da ağ ciyərləri qorxunc xəstəliklə üz-üzədir. Bu təsadüfi məsələ deyil.
Bəli, bəşəriyyət sınaq qarşısındadır.
Cənab nazir !
Xoşbəxtlikdən ölkəmizdə böyük miqyasda və yüksək dərəcədə meşə yanğınları baş vermir. Amma..
Amması odur ki, ölkəmizdə elə cinayətkar dəstələr var ki, onlar dünyada meşələri yandıran, məhv edən qüvvələrdən heç də “az iş” görmürlər.
Hətta bəzən zarafatla deyirlər ki, bizdə meşə yanğınları olmur, çünki bizdə meşə qalmayıb, çoxunu qırıblar.
Cənab nazir !
3 ildir ekologiya və təbii sərvətlər naziri vəzifəsindəsiniz.
Biz yaxşı başa düşürük ki, sizə öz sələfiniz – Hüseynqulu Bağırovdan ağır miras qalıb.
Biz zaman-zaman ekologiya nazirliyində baş verən neqativ hallarla bağlı tənqidi yazılar dərc etmişik. Və lazım gələndə dərc edəcəyik. Ancaq bizim əsas məqsədimiz bir media olaraq bu ümumi bəlaya qarşı sizinlə birgə mübarizə aparmaqdır.
Cənab nazir !
Bu mübarizədə bizim əsas şüarımız Ulu Öndərin dediyi fikirdir: “ Bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər”.
Bəli, bundan artıq nə demək lazmdır ki, ölkəmizdə təbiətə qənim kəsilən cinayətkar şəbəkəni dayandırmaq mümkün olsun.
Cənab nazir !
Bu gün də həmin şəbəkə öz cinayətkar əməllərini davam etdirir. Amma DADI onların olsa da, ADI sizin olur.
Cəmiyyətimiz sizdən konkret fəaliyyət, kəskin addımlar gözləyir.
Axı, cəmiyyətin gözü qarşısında meşələrimiz məhv edilir, göllərimiz qurudulur, dağları bütünlüklə dağıdırlar.
Bəli, daş-kubik karxanası işlədənlər sözün həqiqi mənasında dağlarımızı, təpələrimizi məhv edirlər.
Cənab nazir !
Quranda da buyrulub ki, dağlar Yerin balansını qoruyur, təpələr iqlim üçün çox vacibdir və s.
Daş karxanasının sahibləri isə təkcə dağları, təpələri deyil, yerin təkini də dağıdırlar. Yerin qatları sıradan çıxarılır. Bu zəlzələlər üçün birbaşa zəmindir. Kimsə milyonlar qazanıb sərvət sahibi olacaq və millətimizi təbii fəlakətlərlə üz-üzə qoyacaq. Bunu Allah götürməz.
Cənab nazir !
Özünüz də gözəl bilirsiniz ki, hazırda bəşəriyyət kəskin iqlim dəyişikliyi ilə üz-üzədir.
Bizdə məhv edilən meşələr, torpağın sıradan çıxarılan qatı bizi dəhşətli fəlakətlə üz-üzə qoyur. Təbiətin qısası amansız olur. Bir gün bizdən qisasını alacaqdır.
Dənizi, torpağı, suyu, meşəni nə qədər hasarlamaq olar, axı.
Cənab nazir !
Təkcə Ağcabədidəki "Ağgöl Milli Parkında" baş verənlər bizi dəhşətə gətirir.
Burada donuz ovçuları, nadir quş, ördək, qaz ovlayanlar, balıqçılar, brokonyerlər təbiəti məhv edərək milyonlar qazanırlar. Təsəvvür edirsiniz hər bir balıqçı gündə 500 kq balıq ovlayır.
Ağcabədi meşələrini doğrayaraq “yeşik” düzəltmək üçün Qəbələyə daşıyırlar. Qoruğun müdiri hər gün evə 10 min manat pul aparır.
Cənab nazir !
Təsəvvür edirsiniz, bütün meşələrdəki çürüntülər maşınlara doldurularaq başqa yerlərə daşınır və baha qiymətə satılır. Axı, meşələrin qidası həmin çürüntülərdir.
Meşələr artıq əvvəlki gözəlliyini, əhəmiyyətini və təyinatını itirib.
Bu gün meşələrimiz narkotacirlərin oylağına çevrilib. Bu təkcə gənc nəsili deyil, həm də təbiətimizi məhv edir.
Atalar əbəs yerə deməyib ki, ağacı seyrək olan kəndin qəbristanlığı qalın olar.
Bəli, uzun illərdir formalaşmış cinayətkar şəbəkə bu gün Balakən, Qax meşələrində at oynadır.
Cənab nazir !
Məlumatımız var ki, sizin birbaşa tapşırığınız ilə həmin ərazidəki Regional Mərkəzdə ( Sərxan ) baş verən cinayət əməlləri ilə bağlı yüksək səviyyədə yoxlamalar başlayıb. Sərxan kimiləri işdən azad etməklə iş bitmir. İşdən azad olandan sonra yığdıqlarını xımır-xımır yeyirlər. Sərxan kimilərə elə cəza verilməlidir ki, başqalarına dərs olsun.
Cənab nazir !
Yuxarıda qeyd etdiyimiz kimi, bizim kimsədən, lap sizdən umacağımız heç nə yoxdur. Məqsədimiz ümumi bəlaya qarşı mübarizədə sizə dəstək olmaqdır. Bunun üçün rayonlarımızı qarış-qarış gəzməyə, konkret ünvanları göstərməyə də hazırıq. Təki, siz hərəkətə keçin.
Təki, siz təcili Şəmkir meşələrinə yoxlama göndərin və bizim yazdıqlarımızın təsdiqini görün. .
Cənab nazir !
Bizim bu yazını Həyəcan Təbili kimi də qəbul edə bilərsiniz.
Bəli, bu gün ekologiya nazirliyinə məxsus otellər əxlaqsızlıq yuvasına, qumarxanaya çevriliblər.
Bunu necə yazmayaq, cənab nazir ?
Sonda barəsində tənqidi yazılar yazdığımız “obyekt” sahiblərinə də üz tuturuq.
Bizi öz xahişlərinizlə, təkliflərinizlə bezdirməyin, lütfən.
Bizi dostlarımızla üz-üzə qoymayın, biz bu yoldan dönən deyilik. Bizim kimsənin yardımına-filanına da ehtiyacımız yoxdur.
Bir daha xahiş edirik ki, axtarışa-zada çıxmayın, özünüzü və bizi yormayın. İmkan verin işimizlə məşğul olaq.
Axı, yuxarıda qeyd etdik ki, biz bir media olaraq milli bəlaya, yaşıl terrora qarşı mübarizə aparırıq.
Bu işdə kiməsə güzəşt-filan yoxdur, vəssalam! //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2021, 10:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-09-2021, 10:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16