Hacı Qalibdən İLGİNC AÇIQLAMALAR... - Elə adlar ÇƏKDİ Kİ...
Sabunçu Rayon Məhkəməsində keçmiş deputat Hacı Qalib Salahzadəyə qarşı bir neçə iddiaya baxılır. Onun qarşılıqlı iddiaları da məhkəmənin icraatındadır. Sabiq deputatla məhkəmə çəkişmələrində tərəflər sırasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu, Azərbaycan vətəndaşı Seymur Quliyev və digər şəxslər var.
Hacı Qaliblə əlaqə saxlayıb ittihamlara münasibətini öyrəndik, bugünlərdə Bilgəh qəsəbəsində baş tutan antinarkotika aksiyası ilə bağlı fikirlərini aldıq.
Hacı Qalib dedi ki, Ağasif Şakiroğlunun iddia etdiyi bağ 1988-ci ildən onların ailəsinin bağıdır: “Əlimizdə sənəd var. Ədalət Əzizov ”Baksovet"də (Bakı Şəhər İcra Hakimiyyəti - E.M.) işləyirdi, bir dostumla evimə gəldi, dedi ki, Rəsul Quliyev məni sədr qoyacaq, mənə mane olma, adam oradan bir parça torpaq istəyir. Ədalət Əzizov mənə 500 min dollar verdi. Bu məsələ 1995-ci ildə olub. Mən də Ədalət Əzizovla gələn adama 50 min dollar pul verdim. 60 sot yerin sənədini düzəltdilər, Rəsul Quliyevin orada torpağı oldu. Rəsul Quliyev qaçıb gedən kimi Ədalət Əzizovun yerinə Rəfael Allahverdiyev gəldi, dedi ki, yer “Baksovet”indir, Rəsulu oradan çıxardı. Mənim oradakı ərazilərim Abşeron rayonunun idi. Rəsula verilən torpaq isə “Baksovet”in idi. Ədalət Əzizov da gəldi ki, pulumu qaytar. Mən də onun 450 minini qaytardım, 50 mini də dedim ki, səni gətirən adamdan alarsan.
2010-cu ildə Rəsul Quliyevin qardaşı oğlu Etibar və Bayram Quliyevlər həbsdə idilər. Rəsul Quliyevin qardaşı Telman Quliyev o vaxt Əmlak Komitəsinin rəhbərlərinin yanına getdi, aldatdı onları ki, uşaqları buraxın, bağı bağışlayıram sizə. Onlar da gedib çox hörmətli bir generala demişdilər, Etibarla Bayramı vaxtından əvvəl buraxdılar".
- Kim idi həmin general?
- Çox hörmətli adamdır, adını çəkməyək. Sonra da torpağı generala vermədilər. Mən bu işlərdən sonra xəbər tutdum. 2010-cu ildə mənə qarşı belə bir oyun oynadılar. O zaman deputat idim, getdim Prezident Aparatına, soruşdum ki, bu nə söhbətdir. O adam da dedi ki, get onları bağdan qov. Başqa adamlar da var, hazırda vəzifədədirlər, bu oyunda başqa adamlar var.
- Kimdir həmin adamlar, adlarını niyə demirsiz?
- Bunlar elə bilir ki, mən kimdənsə qorxuram. Mən heç kimdən qorxmuram. Bu ölkədə padşah, vitse-prezident və bir ağsaqqal var ki, onların sözündən çıxmaram. Mənim 68 yaşım var, qabağıma 33 yaşında bir uşağı atıblar ki, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğludur. Gəlmişdi yanıma, narkomanın birinə oxşayırdı. Dedim ki, sən kimsən ki, mən səninlə söhbət edim? Səni bu işlərə kim cəlb edib, kimin “zakaz”ı ilə hərəkət eləyirsən, o gəlsin.
- O, kimin “zakaz”ı ilə hərəkət edir ki?
- Bir hörmətli kişi soruşar adamdan ki, bu kimdir? Kimin söhbətini edirsən sən? Sən dediklərimi qəzetdə yazan kimi bəzi hörmətli adamlar xahiş edəcək ki, mənim adamı çəkmə.
- Rəsul Quliyev Gələcək Azərbaycan Partiyasının fəxri lideridir, onu nəzərdə tutursuz?
- Rəsul Quliyev vətən xainidir. Mən onu vətən xaini hesab edirəm. Bu həmin Rəsul Quliyevdir ki, 2005-ci ildə gəlib oturmuşdu Simferopolda, Bakıdan işarə gözləyirdi. Cənab prezident 44 günə Qarabağda erməniləri darmadağın edib tapdaladı, bu da başladı ki, mən də “podderjkayam”. Sən vaxtında “podderjka” verəydin. Bakıda adət var, basılan iti, ikinci dəfə döyüşə buraxmazlar. İndi bu adamlar bir uşağı atıblar qabağıma ki, get bununla döyüş. Utanmırlar, qızarmırlar... 18 yaşım olanda akademik Cəlal Əliyev məni “zavmaq” (mağaza müdiri - E.M.) qoydurdu. Mən belə adamlarla işləmişəm. İndi bir “uçastkovı”(polis sahə müvəkkili-E.M.) gəlib məndən soruşur ki, bu nə məsələdir. Mən də dedim ki, get, bu sənlik iş deyil. İndi iş məhkəmələrdədir. Bu məhkəmələr də “zakaz” var deyirlər, oyunçular barədə heç gizlətmirlər. Ancaq bu oyunçular xırda oyunçulardır. Nə olsun ki, vəzifələri var? Mən 20 il baş prokuror olan Zakir Qaralovla döyüşdüm. Tutdu məni, sonra Heydər Əliyev 1 saatın içində buraxdırdı. İndi xırda uşaqları atıblar qabağıma, guya Gələcək Azərbaycan Partiyası... Rəsul Quliyev Azərbaycandan qaçıb gedəndə, bunun 6 yaşı olub. Qanun çərçivəsində mənim orada qohumlarımın 5-6 evi var. Ora Rəsul Quliyev gəlib? Cəmi 5-6 ay olub orada. Heç kəs gəlməyib ora. Mənə pulu kim vermişdi, ona da pulu qaytarmışam, gəlib apardı. O adamlar bağı Rəsul Quliyev üçün istəmirlər, özləri üçün istəyirlər.
- Kimdir o adamlar?
- 2018-ci ildə Qod Nisanovun atası gəlib bağa baxdı. Onun yanındakı adamlar dedilər ki, bağ xoşuna gəlib, bir sözlə sat bizə.
- O zaman bağ sizin istifadənizdə idi?
- Deyəcəyəm... O bağ elə yerdə yerləşir ki, solu Daxili İşlər Nazirliyinin sanatoriyasıdır, sağı da ki, rezidensiyaya yaxındır. Mən də Qodun yaxınlarına dedim ki, gedin yuxarıdan razılıq alın, ondan sonra sizinlə alver edərəm. Ziya var, Moskvada tanınmış biznesmendir, o da bu yeri istəyirdi. Dedim ki, gedin icazə alın, gəlin. Mən bu bağı satmıram. Çünki strateji yerdədir. Qod özü də mənim yanıma gəlib, bir başqa bağım var, ora baxıb. Onun özü yaxşı oğlandır, ətrafında isə “mutilşik”lər (araqarışdıranlar - E.M.) var, istədilər gəlib məni qorxutsunlar. Mən də dedim ki, gedin işinizlə məşğul olun, bağı satmıram.
- Bağ bu gün sizdədir?
- Orada qapıda 4 polis dayanıb. Əvvəl Sabunçu Rayon Polis İdarəsi post qoydu. Mən bunlara dedim ki, bunların əlində olan sənəd saxtadır, yoxdur. Əllərindən 2010-cu ildə çıxardıqları bir məhkəmənin qərarı var. Həmin qərarı verdirən adam da mənə üzbəüz deyib ki, bunların hamısını mən eləmişəm. Mən də dedim ki, ağsaqqal adamsan, sənə nə deyə bilərəm ki... O da dedi ki, get qov onları bağdan. Mənim əlimdə çıxarışlar, qeydiyyat vəsiqələri, özüm bir evdə qeydiyyatdayam, ailə üzvlərim oradakı başqa 2 evdə qeydiyyatdadırlar.
- Həmin mübahisəli bağda qeydiyyatdasız?
- Bəli. Əvvəl “Zuğulba -1"də qeydiyyatda idim, nənəm rəhmətə getdi. Mən bu dəqiqə həmin ünvanda qeydiyyatdayam. Orada 8 ev var, 2 ev iridir, qalanları xırda evlərdir, hərəsi 40-50 kvadrat olar. Bu gün polis oranı mühafizə eləyir. Sabunçu Mühafizə İdarəsi ”otkaz" elədi, əraziləri olmaya-olmaya Xəzər Rayon Mühafizəsi gəldi.
- Hazırda bağa gedə bilirsiniz?
- Məni ora buraxmırlar. Bu oyunçular bilmirlər ki, biz kənd adamıyıq. Bunu kənd camaatı görür. Biz qalacağıq bir qırağa, Bilgəhin 70-80 faizi mənim qohum-əqrəbamdır. Mən hamsına tapşırıram ki, ayıbdır, heç kim heç nə eləməsin. Əgər torpaq bunlarındırsa, orada polis nəyə lazımdır? Burada bir məsələ də var ki, Əmlak Komitəsi də məhkəmənin dəvətini yerə salır, ora mütəxəssis göndərmir. 26 ildir ki, ora mütəxəssis göndərmirlər. Bunların torpağı Rusiya səfirliyinə ayrılmış torpağa düşür. O vaxt Rəfael Allahverdiyev Rəsul Quliyevin orada nəyi vardı, ləğv elədi. Onun mənə gücü çatmırdı, torpaqlar “Baksovet”in yox, Abşeron İcra Hakimiyyətinin idi.
- Bir qədər haşiyə çıxıb soruşum. Bilgəhin 80 faizinin qohum-əqrəbanız olduğunu dediniz. Bir neçə gün əvvəl Bilgəhdə aksiya oldu, narkotik satanların, narkomanların həbs edilməsi tələb edildi. Kimdir Bilgəhdə narkotik satan?
- Bilgəhdə mənim razılığım olmadan kim aksiya keçirə bilər? Narkomanlardan gəlib şikayət etdilər mənə, dedilər ki, hacı, biz nə edək? Mən də dedim ki, gedin nə istəyirsiz eləyin, məndən soruşan olsa, deyərəm xəbərim var. Polisi çağırıb dindirirəm, deyir ki, mən narkomanı tuturam, məhkəmə açıb buraxır. Narkomanlar böyük bir bəladır. Mən camaata necə deyə bilərəm ki, narkomanla işiniz olmasın. Mən deyə bilmərəm ki, narkomana görə mitinq eləmə. Belə çıxar ki, narkotiki mən satıram.
- Bilgəhdə hər kəsi tanıyırsız, kimdir qəsəbədə narkotik satan?
- Bilgəhə narkotiki Balaxanı kəndində narkotik satan var, o gətirir.
- Həmin şəxs kimdir?
- Mən siqaret çəkmirəm, belə şeyləri bilmərəm. Əvvəl belə idi ki, bir kəndə xəbər göndərərdin ki, bu iş belə olsun, sorğu-sualsız bilərdilər ki, yəqin belə lazımdır. İndi belə deyil. İndi uşaqlar ortaya düşüb.
- Sabunçu məhkəməsində sizə qarşı və sizin bir neçə iddianız var. Tələbiniz nədir, sizə qarşı iddialarda nə tələb olunur?
- Ağasif kimdir ki, məni məhkəməyə versin? O, məni məhkəməyə verə bilər? Bir başqası da var, xalanəvəsidir mənimlə, gedib elə adamları tapıb çıxarırlar ki, mənim qabağıma... Bu adamlar qan qaraldır, başqa şey eləmir.
- Xalanəvəsi dediniz, kimdir o?
- Seymur Quliyev mənim qaynımın xalası oğludur. Rəhim Quliyev var, general. Keçmiş daxili işlər nazirinin müavini. Onun oğlu Konstitusiya Məhkəməsində Aparat rəhbəridir. Bu işlərin təşkilatçısı Rəhim Quliyevdir.
- Hansı işin təşkilatçısıdır?
- Seymur Quliyev o, müavin olanda, onun üçün işləyib. Ən asan işdir Hacı Qalibi şantaj eləmək. 2012-ci ildə hərrac evindən alınan torpağın üstünə 2017-ci ildə Seymur Quliyev bir sənəd alıb. Elə bil mənim maşınıma bir başqa adam da gedib əlavə bir sənəd alıb ki, bura mənimdir. Mən 20 sot torpağın acıyam? Mən kasıblara hektarlarla torpaq vermişəm. Seymur Quliyev məni məhkəmədə uda bilər? Amma Konstitusiya Məhkəməsində məni udub. Ağasif Şakiroğlu da eynilə məni məhkəmədə uda bilər? “Zakaz”dır bu məhkəmə qərarları. Hələ də iş məhkəmədədir. Mən də sözümü demişəm, bundan artıq nəsə demək istəmirəm.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Fuad
Tarix:17-09-2021, 08:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-09-2021, 08:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45