reklam
Regionxeberlericom.az » Gündəm » Ağdaş Təhsil Şöbəsinin müdiri saxta diplomli müəllim barədə nə üçün tədbir görmür ?

reklam

Ağdaş Təhsil Şöbəsinin müdiri saxta diplomli müəllim barədə nə üçün tədbir görmür ?


RegionXəbərləri.com-a müraciət edən Ağdaş rayon sakini Qorxmaz Abbasov mətbuat vasitəsi ilə Təhsil Nazirinə müraciət ünvanlayır.

Mən Ağdaş rayonu Nizami küçəsi ev 18 sakini Abbasov Qorxmaz Tofiq oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmirullayevə müraciət edirəm

Cənab Nazir Sizə məlum edirəm ki, Ağdaş rayonu Təhsil Şöbəsinin müdiri Hürü Əliyevanı yarıtmaz fəaliyyəti nəticəsində Ağdaşda təhsil bərbad günə düşüb.Nəticədə də gələcəyimiz olan uşaqlar savadsız böyüyüb cəmiyyətə yararsız inteqrasiya edirlər.
Belə ki, Ağdaş rayonu Gürcüva kənd ümumi orta məktəbin tarix-coğrafiya fənnini tədris edən Yusifov Oruc Eyvaz oğlu saxta diplomla işə qəbul edilmişdir. Bu qanunsuzluğa şəraiti isə Ağdaş rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva öz maraqlarına görə yaratmışdır.Oruc Yusifovun Zaqatala Müəllimlər İnstitutunun 4 il oxuyub diplom alması yalandır həmin diplom yoxlanılarsa saxta olması təsdiq olunacaq.
Həmçinin Oruc Yusifov müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından və sertifikasiyadan keçməyib.Belə olan halda onun orta məktəbdə müəllim vəzifəsində işləməsi korrupsiya əməli hesab edilir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləri.com 







Paylaş:


Müəllif : Tarix:
20-09-2021, 08:18
Sikayət   


loading...
Загрузка...