reklam
Regionxeberlericom.az » Gündəm » Vergi Xidməti deputatın qapısını döyəcəkmi? - İTTİHAM

reklam

Vergi Xidməti deputatın qapısını döyəcəkmi? - İTTİHAM

 
Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri, 2005-ci ildə xidməti kabinetində həbs olunan Fərhad Əliyevin belə bir məşhur şüarı var idi:

Hamı yerli mal alsın,
Xeyir vətənə qalsın.

Əlbəttə, hamımız istərdik ki, hansısa brendimiz dünyada tanınsın, vətəndaşlarımız xarici mebel deyil, öz mebellərimizi alsın.
Bəli, Embavood ölkəmizin ilk milli brendlərindən biridir. Şirkət yumşaq mebel, yataq dəsti, masa və stulların istehsalı və satışı ilə məşğuldur.
1996-cı ildə qurulmuş Embawood şirkəti artıq öz sərhədlərini xeyli genişləndirib. Şirkətin kağız üzərində rəhbəri Elşad Abbasovdur.
Şirkət 1996-cı ildə Masallıda mebel istehsalını qurub, 2000-ci ildə -Xırdalanda ikinci fabriki açıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb.
2014- ci ildə Qazaxıstan mebel fabriki açıb.
Bu gün Embawood şirkrəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb.
Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə Embawood şirkətinə məxsus satış nöqtələri vardır.
Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.
Bu boyda şəbəkənin həqiqi sahibinin Elşad Abbasov olmasına inanmaq mümkün deyil.
Heç kimə sirr deyil ki, bu miqyasda şirkətlərin dalından nazir, komitə sədri, millət vəkili çıxır.
Bu şirkətin ərsəyə gəlməsində sabiq nazir Fərhad Əliyevin də xeyir-duası olub. Ancaq şirkətin əsl “patron”u deputat Məşhur Məmmədovdur.
Təkcə bir faktı qeyd edək ki, cənab deputat Məşhur Məmmədov özünə Nyu-Yorkda neçə milyonluq villa alması sıradan bir hadisə deyil.
Deputatın ilk kapitalı çirkli yolla İrandan gəlib.
Təsəvvür edin ki, “Embawood” şirkətinə Almaniya və İtaliyadan avadanlıqların, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya, Çin, Belarus kimi ölkələrdən idxal olunan xammalın dəyəri 100 milyonu keçir.
Məşhur Məmmədov görəsən bu milyonları haradan tapıb?
Məlumat üçün onu da qeyd edək ki, Məşhur Məmmədov sonuncu parlament seçkilərində Masallıdan deputat seçilib.
Bəli, mebel satan və parlament…
Məlumat üçün qeyd edək ki, Məşhur Məmmədov həm də Azərbaycan Mebel İstehsalçıları Assosasiyasının sədridir. 1996-2011-ci illədə “Embawood” mebel şirkətinin təsisçisi və baş direktoru olub.

2011-2013 dövründə “Embawood”un Gürcüstan şirkətinin baş direktoru olub. 2013-2015 illərində “Embawood” şirkətinin təsisçisi və direktor müavini olub.
Neft-Kimya institutunu güc-bəla qurtaran Məşhur Məmmədov görəsən hansı keyfiyyətlərinə görə, Masallı seçicilərinin səsini qazanıb ?
Görəsən, Məşhur Məmmədov xarici ölkələrə mebellərdən başqa daha nə göndərir ?
Bu ciddi bir araşdırma tələb edir. Özü də təkcə jurnalist araşdırması yox... //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
22-09-2021, 08:29
Sikayət   


loading...
Загрузка...