"QMİ-dən maaş alan axund rayonda tapılmır..." - Şeyxə ŞİKAYƏT
“Yardımlı Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin sədri Elman Eldaroğlu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allaşükür Paşazadəyə müraciət ünvanlayıb.
Bizimyol.info xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli Allahşükür Paşazadə-şeyx həzrətləri, Yardımlı əsilli soydaşlarımızı təmsil edən bir ictimai təşkilatın rəhbəri kimi, Sizə çatdırmaq istəyirəm ki, 2011-ci ildə rayonumuza axund təyin etdiyiniz Füzuli Fərzullayevdən rayon əhalisi- ruhanilər, dindarlar, ziyalılar çox narazıdır. O, öz davranışı və ruhaniliyə zidd olan əməlləri ilə əhali arasında nüfuzunu itirməklə yanaşı, təmsil etdiyi təşkilatın adına da xələl gətirir. Bunun nəticəsidir ki, Yardımlının axundu olduğu halda onu rayon ərazisində tapmaq müşkül məsələyə çevrilib. Sanki hansısa xoşagəlməz səbəblər ucbatından əhali ilə təmasdan ehtiyyat edir. Cənab Şeyx, bizə olunan çoxsaylı müraciətləri nəzərə alaraq bu məsələyə münasibət bildirməyinizi Sizdən xahiş edirik”.
Elman Eldaroğlu Bizimyol.info saytına bildirib ki, ona bu məktubu yazmağa rayon sakinlərinin çoxsaylı şikayətləri vadar edib.
“Biz ictimai təşkilat olaraq, tez-tez insanlarla görüşürük, söhbət edirik. Rayon sakinləri Yardımlının axundundan şikayət edirlər. Bu adamın barəsində heç də xoşagələn sözlər deyilmir. Sakinlər dəfələrlə ona zəng etdiyini, amma onun telefonlara belə cavab vermədiyini deyirlər. QMİ-dən maaş alan axund rayonda tapılmır, məsciddə hər hansı tədbir keçirmir, xalqımız üçün əhəmiyyətli günlərdə insanları bir araya toplamağa çalışmır. Rayon var, məscid var, amma axund yoxdur. Başqa rayonlarda isə bizim rayonu pisləməklə məşğuldur”, - deyə Elman Eldaroğlu bildirib.
QMİ sədrinin müavini Hacı Fuad Nurullayev bildirib ki, Füzuli Fərzullayev Yardımlıda axund yox, imamlıq edir: “Onun statusu budur. Lakin onun fəaliyyəti barədə bir söz deyə bilmərəm. Yaxşı olar ki, mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxlayasınız”.
QMİ ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəhimə Dadaşovaya bir neçə dəfə zəng etsək də, cəhdlərimiz baş tutmadı.
QMİ ümumi şöbədən Etibar İsmayılov isə Bizimyol.infi saytına bildirdi ki, əgər məktub yazılıbsa, araşdırlacaq və Şeyxülislama məruzə olunacaq: “Bizim diqqətimizdən kənarda bir məktub da qalmır. Əgər hər hansı problem varsa, bunu araşdıracağıq. Lakin sözügedən məktub hələ QMİ-yə daxil olmayıb. Yəqin ki, məktub çatandan sonra məsələyə münasibət bildiriləcək”.
Bizimyol.info
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2021, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2021, 09:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07