Kursantların pulunu kim mənimsəyib? – Böyük qalmaqal
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Naziriliyində dövlətin ayırdığı vəsait mənimsənilib.
Bu barədə "BakiPosta.az”a Muxtar Respublikadandan daxil olan məlumatda bildirilir. Məlumata görə, Belarusiya FHN Akademiyasında təhsil alan kursantlar üçün dövlətin balansından ödənilən pul mənimsənilib. Başqa bir sözlə, həmin vəsait Naxçıvana gedib, amma...
Mənbə Naxçıvandan Belarusiyaya gedən kursantların təhsil aldığı dövrdə dövlətin ayırdığı pulların bir qisminin ödəndiyini, ancaq ümumi məbləğdən hər bir kursanta 30 min manata yaxın pulun ödənilmədiyini bildirib:
"Naxçıvandan Belarusiyadakı FHN Akademiyasına mütəmadi olaraq tələbə göndərilir. Və bu xərc dövlət tərəfindən qarşılanır. Əyani oxuyanlar 4 il, qiyabi bölümündə oxuyanlar isə 5 il təhsil alırlar. Naxçıvan ilə yanaşı Bakıdan da oxumağa gedirlər. Bildiyimizə görə Bakıdan gedən tələbələrin bütün xərcləri dövlət tərəfindən qarşılanıb. Yəni onların ödənişində heç bir problem yaranmayıb. İstər oxuduqları dövr, istəsə də Akademiyanı bitirdikdən sonrakı dövr.
Dövlət tərəfindən ayrılan bütün vəsait FHN vasitəsi ilə ödənilib. Naxçıvandan gedən tələbələrin də oxuduqları dövrdə vəsaitin bir qismi fasiləli şəkildə Bakıda FHN tərəfindən ödənilib. Ancaq Akademiyanı oxuduqları dövrdə məbləğin bir qismi Bakı tərəfindən ödənilsə də, aradan neçə il keçməsinə baxmayaraq həmin vəsait kursantlara çatmayıb”.
Mənbənin daha sonra verdiyi məlumata görə, bu barədə bir neçə dəfə mübahisə yaransa da, məsələ həllini tapmamış qalır. Məsələnin həlli üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Naziri, general-leytenat Şamo Abdullayevə də müraciət olunub: "İllərdir, bu məsələ həllini tapmamış qalır. Məsələ gündəliyi çıxdıqda bir çox versiyalar irəli sürülür: Kimisi dövlətin ödəmədiyi, kimisi dövlətin ödədiyi, ancaq Naxçıvana göndərilmədiyi (Fövqəladə Hallar Nazirliyi – red), kimisi isə Naxçıvan FHN-ə göndərlidiyi və həmin vəsaitin burada mənimsənildiyi deyir. Naxçıvanda şikayət etməyin ağır nəticələri ola biləcəyindən bu məsələni açıb-ağartmaqdan ehtiyat edirlər.
Bir gün rayon şöbələrindən birinin rəisi bu haqda general Şamo Abdullayevə sual etdi. Bakı və digər rayonlardan olan kursantların pulun ödəndiyi, ancaq Naxçıvanda iş fəaliyyətini davam etdirən kursantların dövlət tərəfindən ayrılan vəsaitin ödənmədiyini bildirdi. Ş.Abdullayev cavabında "Şef (FHN naziri Kəmaləddin Heydərov nəzərdə tutulur - red) həmin vəsaiti bura göndərdi, ancaq mən həmin pulu geri qaytardım”, deyə cavab verib və o gün, bu gündür bu məsələnin üstü açılmır. Sizə müraciət edib, xahiş edirəm ki, bu məsələni işıqlandırın. İşıqlandırın ki, haqqı tapdalanan kursantların pulunu kimin mənimsədiyi ortaya çıxsın və bu məsələ öz həllini tapmış olsun”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:18-06-2019, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:18-06-2019, 11:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54