Komissiya üzvü növbəti əfv sərəncamının vaxtını ANONS ETDİ
Azərbaycanın Vətən müharibəsində qələbəsi münasibətilə qeyd ediləcək Zəfər günü ərəfəsində əfv sərəncamının verilməsi gözlənilmir.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Əfv Məsələləri Komissiyasının üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev sonuncu əfv sərəncamının bu ilin əvvəlində imzalandığını xatırladaraq, növbəti əfv sərəncamının verilə biləcəyi tarixi açıqlayıb:
“Əfv sərəncamının verilməsi ölkə başçısının müstəsna səlahiyyətlərinə daxildir. Amma sərəncamın bu ilin əvvəlində verildiyini nəzərə alsaq, ilin sonuna yeni sərəncam veriləcəyini ehtimal etmirəm. Belə olacağı təqdirdə Komissiyanın iclasları çağırılmalı idi. Hazırda isə hansısa iclas keçirilmir və keçirilməsi nəzərdə tutulmayıb. Növbəti əfv sərəncamının ənənənvi olaraq, 2022-ci ilin Novruz bayramı ərəfəsində verilməsi gözlənilir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu il martın 18-də imzaladığı sonuncu “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 625 nəfərə şamil olunub.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad ediliblər.
Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-09-2021, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-09-2021, 09:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09