reklam
Regionxeberlericom.az » Gündəm » “Qazilərin çoxuna əlillik sənədini pulla verirlər“ - Kamildən şok ittiham

reklam

“Qazilərin çoxuna əlillik sənədini pulla verirlər“ - Kamildən şok ittiham


Artıq Vətən müharibəsinin başlamasından bir il ötür. 2020-ci ilin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları uğurla başa çatdı. Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarımızdan qovmağı bacardı.

Buna baxmayaraq, müharibədə iştirak etmiş bəzi qazilərin problemləri bu günə kimi öz həllini tapmayıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış fitness məşqçisi, xeyriyyəçi Kamil Zeynallı bəzən qazilərə haqsızlıq edildiyini bildirib:

“Şikayətlərin çoxsu ondan qaynaqlanır ki, qazi qardaşlarımız öz hüquqlarını bilmirlər. Onlar öz hüquqlarını bilsələr, hara, necə müraciət etmək lazımdır deyə məlumatlı olsalar hər şeyin öhdəsindən gələrlər. Düzdür, bəzən onları incidirlər, dəfələrlə öz gözümlə bunun şahidi olmuşam. Qolu, ayağı olmayan uşaqları incidirlər, get-gələ salırlar. Onlar qohumdan, qonşudan pul tapıb, rayondan Bakıya gəlirlər ki, yoxlanışdan keçib, arayış alsınlar sonra təqaüd üçün müraciət etsinlər, amma bir təqaüd kağızına görə onları çox incidirlər. Ən çox da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında (“Papanin”) və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasında qaziləri get-gələ salırlar. Ölkə başçısı hər şəraiti yaradıb ki, qazilər, şəhid ailələri əziyyət çəkməsin. Sadəcə bunu icra etməyən, camaatı incidən aşağıdakı məmurlardır. Adam bilmir ki, onların qanı nə qanıdır. bunu nə məqsədlər edirlər? Niyə qolu, ayağı, gözü olmayan adam bu qədər əziyyət çəkməlidir? Ayağında dəmir olan, zorla yeriyən o qədər qazi var ki… Hamısı kasıb kənd uşaqlarıdır, güclə yolpulu tapıb gəlirlər, bir kağızdan ötrü 6-7 dəfə idarəyə getməli olurlar. Onlar nə istəyirlər ki, bircə haqqları olan sənədi istəyirlər, onu alana qədər nələr çəkirlər onu bir Allah bilir. 10-15 günə həll olunası məsələni 3-4 ay uzadırlar”.

İdmançının sözlərinə görə, müharibədən bir il keçməsinə baxmayaraq, hələ də arayışlarını ala bilməyən müharibə iştirakçıları var:

“Müharibədən bir il keçib, amma hələ də təqaüdünü, əlillik sənədini ala bilməyən uşaqlar var. Çoxsundan rüşvət istəyirlər. Deyirlər, “Pul ver sənədini tez verim”. Belə şey olmaz axı. Siz görmürsünüz ki, o adam nə haldadır, necə ondan rüşvət istəyə bilərsiniz? Qazilərin çoxna əlillik qrupunu pulla verirlər. Danışılası söz çoxdur. Dövlət hər cür şərait yaradıb, amma aşağıda vəzifədə oturan “Cırtdan məmurlar” qazilərimizi incidirlər. İnşallah, bu kimi mənfi hallar tezliklə aradan qaldırılar”.


Paylaş:


Müəllif : Tarix:
29-09-2021, 14:20
Sikayət   


loading...
Загрузка...