reklam
Regionxeberlericom.az » Gündəm » "Məni Zakir Qaralovun adı ilə təhdid edib..." - ŞOK QALMAQAL

reklam

"Məni Zakir Qaralovun adı ilə təhdid edib..." - ŞOK QALMAQAL


Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir.
2005-ci ildən fəaliyyət göstərir.

Bir neçə illərdir "Akkord" şirkətlər qrupu haqqında yayımlanan müxtəlif reklam çarxlarından, həmçinin sosial medialardakı reklam xarakterli məlumatlardan sözügedən şirkətin qüsursuz və uğurlu fəaliyyəti ildən-ilə inkişaf etdiyi görüntüsünü yaratmağı bacaran şirkət sən demə 2017-2018-ci illərdən artıq geriləmə böhranı yaşayırmış.

Belə ki, yerli medianın məlumatına görə Korporasiyanın Beynəlxalq Banka 1,3 milyard borcu var.

Yaranmış borc müqabilində Beynəlxalq Bank "Akkord" STİK ASC - nin bəzi səlahiyyətlərini rəsmi müqavilə ilə ələ keçirib.

Amma, deyilənlərə görə mövzumuzun "qəhrəmanı" olan bu şirkətin borclu olduğu təkcə Beynəlxalq Bank deyil. Ümumiyyətlə, borcları çox olan şirkət 2018-ci ildən bəri daha da sürətlə yuxarıda da qeyd etdiyimiz kimi geriləmə böhranı yaşayır.



Mətbuata müraciət edən Ziya Fituhat oğlu Göyçayskinin də şansına "Akkord"un məhz acınacaqlı günlərində onunla olmaq düşüb.

Belə ki, 2018-ci ildən "Akkord" ASC-nin Qazaxıstan filialında işləmək üçün şirkətlə müqavilə imzalayan Ziya Göyçayski imzaladığı müqavilənin qeyd edilən bütün qaneedici şərtlərinə güvənərək, çalışmaq üçün Qazaxıstana gedib.

Onun sözlərinə görə, qısa müddət işlədikdən sonra şirkətdə maaşların vaxtında ödənilməməsi kimi problemlər yarandı və bu proses bir neçə müddət davam etdi.

Lakin, bir neçə aydan sonra artıq onun və onunla bərabər yüzlərlə şirkət işçilərinin maaşları ümumiyyətlə verilməyib.

Bundan əlavə Ziya Göyçayski bildirir ki: - " 2020-ci ildə "Akkord" şirkətinə yeni icraçı direktor təyin edildi.

Yeni icraçı direktor Vüqar Süleymanov vəzifəyə gələn kimi mənə sifariş göndərdi ki, "işdən çıxarılması" üçün ərizəsini yazsın".
Mən onunla razılaşmadım. Çünki, buna heç bir əsas yox idi.

Bundan sonra Vüqar Süleymanov növbəti sifarişində məni keçmiş baş prokuror Zakir Qaralovun adı ilə təhdid edib, "bu ağsaqqalın tapşırığıdır. Əgər özün işdən çıxma ərizəni yazmasan, sənin üçün də, ailən üçün də çox pis olacaq."

Bu təhdiddən sonra, mən məcburiyyət qarşısında qalıb "istefa" ərizəmi yazdım.

Onu da qeyd edim ki, mənə söz verilmişdi ki, ödənilməyən 20.000 (iyirmi min) manat pulum ödəniləcəkdir.

Lakin, nə mənim orada kirayə qaldığım evin pulu, nə halal haqqım ödənilmədi. Yemək almağa belə pulum yox idi. Azərbaycana qayıtmaq üçün heç mənim biletimi də almadılar. Orada yaşayan Azərbaycanlıların köməyi ilə evimə qayıtdım. Qayıtdıqdan sonra şirkət mənim və mənim kimi yüzlərlə işçinin əmək haqqını verməkdən imtina etdi. Hətta, eşitdiyimə görə şirkət köhnə borcları "1c" proqramla sildirir".

Qeyd: Yeri gəlmişkən onu da qeyd edək ki, eşitdiyimizə görə adı çəkilən yeni icraçı direktor Vüqar Süleymanov Qazaxıstanda məmur qohumu ilə ailə qurub və xanımının adına orada yeni şirkət açıb. O şirkətin də maliyyə xərcləri Azərbaycandan göndərilir.

Ziya Göyçayskinin sözlərinə görə keçmiş baş prokuror Zakir Qaralova "Ağsaqqal" deyib, hər əmrini yerinə yetirən Vüqar Süleymanov ümumiyyətlə bu adın kölgəsində at oynadır. (Deyilənə görə "Akkord" şirkətlər qrupunun sahibi keçmiş məmur Zakir Qaralovdur.)

Söhbət korrupsiya, yaxud yeyintidən düşəndə simalarına "saf"lıq ifadəsi verib, "and-aman edən" dövlət məmurlarının əksəriyyətinin, bəlkə də hamısının sahib olduqları böyük biznesləri var və hamısı da güvəndikləri yaxınlarının adına fəaliyyət göstərir.

Azərbaycanda məmur maaşının bu qədər böyük bizneslər quracaq qədər yüksək olmadığını isə hər kəs bilir. Əlavə şərhə ehtiyac yoxdur fikrimizcə.

Qayıdaq işçilərin əmək haqları hesabına şirkəti "müflis olmaqdan qurtarmağa çalışan" və bununla da özünü "ağsaqqalına şirin göstərən" Vüqar Süleymanovun məsələsinə.

Görəsən, heç bir qurumda, heç bir müəssisədə, heç bir səlahiyyətli şəxsin işçiyə təzyiq etmək ixtiyarı olmadığı halda Vüqar Süleymanov hansı haqla işçini hətta ailəsi ilə təhdid edir?

"Çırağı sönmüş ağsaqqalı"na güvənib, yüzlərlə işçinin halal əmək haqqını mənimsəyən Vüqar Süleymanov deyəsən ölkənin ağsaqqalının, ölkə başçısının varlığını unudub.
Bu gün Ziya Göyçayski öz adından və yüzlərlə haqqı mənimsənən, maaşı gecikdirilən işçilər adından redaksiyamız vasitəsilə Prezidentdən kömək istəyir.

Dövlət qurumlarının da, özəl qurumların da özbaşınalıqların zara gələn hər kəs Prezidentə üz tutursa, görəsən yuxarıda videogörüntüdə Ziya bəyin adlarını çəkib, şikayət etdiyi dövlət qurumları nə üçündür?

Hansı əməklərinə görə dövlət büdcəsindən onlara əmək haqqı ayrılır?!

Mövzuya qayıdacağıq. //DogruXeber.az//



Paylaş:


Müəllif : Tarix:
6-10-2021, 10:16
Sikayət   


loading...
Загрузка...