Sabiq icra başçısının adı qətl işində - ŞOK DETALLAR
Xaçmazda öldürülən bazar sahibəsi Nəcimə Babayevanın ailəsi: “Qatil və potensial sifarişçilər hələ də azadlıqdadır”
11 il əvvəl yaşadığı ünvanda qətlə yetirilən Xaçmaz mərkəzi bazarının sahibəsi Nəcimə Babayevanın övladları ölkə rəhbərliyinə müraciət ünvanlayıblar. Həbibovlar ailəsinin imzaladıqları müraciətdə analarının qətli ilə bağlı istintaqın yanlış aparılmasına etiraz ifadə olunur.
“Xanbabayev və dəstəsi Nəcimə Babayevanın təkcə mülkiyyətini ələ keçirmək istəyi ilə kifayətlənməyib”
Müraciətdən bəzi hissələri təqdim edirik: “Bildiririk ki, anamız Babayeva Nəcimə Qayıtmaz qızı 15 sentyabr 2010-cu ildə, 73 yaşında yaşadığı Xaçmaz şəhəri, Müşkür küşəsi 15 ünvanında vəhşicəsinə qətlə yetirilib. Nəcimə Babayeva sahibkar, Xaçmaz şəhərindəki ”Arzu" ticarət mərkəzinin mülkiyyətçisi və direktoru olmaqla bərabər Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə idi. Ömrünün son 3 ilini sahibi olduğu ticarət mərkəzini ən müxtəlif qanunsuz yollarla onun əlindən almaq istəyən Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin rəhbəri və təşkilatçısı olduğu dəstə ilə mübarizə aparıb. Xanbabayev və dəstəsi Nəcimə Babayevanın təkcə mülkiyyətini ələ keçirmək istəyi ilə kifayətlənməyib. Belə ki, Nəcimə Babayevanın müəllifi olduğu “Dünya dərdimdən xəbərsiz” kitabındakı sərt tənqidi satirik şeirlərinə görə cəzalandırmaq üçün xüsusi öyrədilmiş adamlar vasitəsilə 250 min manat təzminat tələbi ilə məhkəməyə vermişdi. Bu və digər qanunsuz əməllərinə son qoyulması tələbi ilə Nəcimə Babayeva respublikanın bütün ali instansiya orqanlarına üç il boyunca şikayətlər etsə də heç bir tədbir görülmədi.
Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il keçir, qatil isə hələ də tapılmayıb
Nəcimə Babayevan
Hadisənin ilkin istintaqını aparan Xaçmaz Rayon Prokurorluğu rayonun sabiq prokuroru Rasim Məlikovun rəhbərliyi ilə Babayevanın qətlinin guya ailə münaqişəsi zəminində baş verdiyini, buna görə də Babayevanın övladları Gülnara Həbibova və Cavid Həbibovun əleyhinə saxta sübutlar toplamağa çalışaraq istintaqı qəsdən səhv istiqamətə yönəltmiş, əsl cinayətkarların məsuliyyətdən yayınması üçün şərait yaratmışdı. Ailənin davamlı şikayətlərindən sonra cinayət işinin istintaqı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə (indiki Baş İstintaq İdarəsi), həmin idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi Vüqar Nəsibovun icraatına verilmişdir. Hazırda həmin cinayət işi Baş İstintaq İdarəsini müstəntiqi Zöhrab Səməndovun icraatındadır. Cinayətin üstü hələ də açılmayıb, qatil və potensial sifarişçilər hələ də azadlıqdadır.
Bu illər ərzində istintaqın “guya daşa dirəndiyi” üçün etdiyimiz əsaslı şikayətlər cavabsız qalıb. Son dəfə özümüzün müxtəlif mənbələrdən öyrəndiyimiz, qətlin törədilməsində əli olan şəxs, həmin şəxsi ölkəyə gətirdən, qətldən sonra onun ölkədən qaçması üçün şərait yaratmaqda şübhəli olan vəzifəli şəxs barədə məlumatları 2019-cu ilin 06 avqustunda Baş Prokurorluğa təqdim etmişik.
2021-ci ilin yanvar ayının 19-da cinayət işinin istintaqını aparan Zöhrab Səməndov bu işlə əlaqədar Xaçmazda Babayevanın qızı Gülnarə Həbibovanı ifadə almaq adı altında 6 saat dindirmiş və eynilə 2010-cu ildə Rasim Məlikovun gəldiyi “qənaət”ə uyğun suallar verərək qətllə bağlı Xanbabayev və dəstəsini müdafiə xəttini seçib. Daha sonra həmin ilin 17 mart tarixində Baş İstintaq İdarəsində Gülnarə Həbibova Zöhrab Səməndovun iş otağında olarkən psixoloji təzyiq və aldatma yolu ilə Gülnarənin smartfonunun kodunu öyrənib. Mobil telefon inzibati binanın girişindəki buraxılış otağında mühafizə polisinin əməkdaşlarına Gülnarə Həbibova tərəfindən təhvil verilib. Zöhrab Səməndov həmin polis əməkdaşına yaxınlaşaraq Gülnarənin telefonuna zəng vurmasını istəyir. Gülnarənin telefonuna zəng gəlir və müstəntiq guya istintaq zərurəti ilə əlaqədar həmin telefonu götürür. Telefonu qanunsuz olaraq açır və ona izləmə proqramı yükləyərək Gülnarənin bütün hərəkət və danışıqlarının videoçəkilişini aparıb. Bu barədə bütün sübutları müvafiq qurumlara təqdim etmişik, müstəntiqin qeyri-prossesual üsullarla bu qanunsuz əməllərindən Baş Prokurorluğa şikayət etməyimizə baxmayaraq sonuncu barədə heç bir tədbir görülmədi.
“Lakin üzləşmə zamanı Elşadın yalan ifadə verdiyi üzə çıxıb”
Zöhrab Səməndov 2021-ci il aprelin 19-da Gülnarəni Baş İstintaq İdarəsinə çağıraraq cinayət işi üzrə şahid olan, Şəmsəddin Xanbabyevin yaxın adamı, Xaçmaz Rayon Təhsil Şöbəsinin sabiq müdiri Mədinə Nurməmmədovanın qardaşı Elşad Nurməmmədovla üzləşdirmiş, Elşadı Gülnarənin üzünə durğuzmağa çalışmış, lakin üzləşmə zamanı Elşadın yalan ifadə verdiyi üzə çıxıb. Bu üzləşmədə Gülnarə Həbibova vəkili ilə iştirak edib. 9 iyun 2021-ci ildə Zöhrab Səməndov Xaçmazda olarkən son iki il yarımda qətl işini araşdıran yerli jurnalist Cəmil Məmmədli vasitəsilə xəbər göndərmişdir ki, vəkilsiz gəlirsə onu qəbul edərəm. Gülnarə Həbibova Zöhrab Səməndovun daha əvvəl etdiyi qanunsuzluqları xatırlatmaqla bundan imtina edərək deyib ki, bundan sonra Səməndovun yanına yalnız vəkillə gedəcək.
Təri zərdən qiymətli sayan şəxsiyyət-Şəmsəddin Xanbabayev » Xeberaz.az
25 avqust 2021-ci ildə Zöhrab Səməndov təxminən 15 nəfər mülki və polis geyimində olan şəxslər və iki xidməti itlə Nəcimə Babayevanın oğlu Cavid Həbibovun qayınatası Nadir Həmidovun Xaçmaz rayonu Sudur-oba kəndindəki evinə gəlib, orada axtarış aparıb, daha sonra Nadir Həmidovu Xaçmaz Prokurorluğuna apararaq təxminən 4 saat dindirib. Dindirmə zamanı Zöhrab Səməndov Nadir Həmidova deyib ki, qudanı sən öldürmüsən, əlimizdə bununla bağlı faktlar var. Xoşluqla bu qətli boynuna al, mən də öz növbəmdə söz verirəm ki, sənə köməklik edəcəyəm. Atasına qarşı edilmiş bu qanunsuz əməllərə görə Nadir Həmidovun oğlu, Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin əməkdaşı olan Rauf Həmidov axtarış şousunu təşkil edən Zöhrab Səməndovdan və orada iştirak edən Xaçmaz Polis Şöbəsinin əməkdaşlarından Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinin rəhbərliyinə bir neçə dəfə şikayət etmişdir. Baş Prokurorluğun Baş İstintaq İdarəsinin rəis müavinin qəbuluna gedərək Zöhrab Səməndovun qanunsuz əməllərindən etdiyi şikayəti birbaşa çatdırıb. Digər tərəfdən, bu əmələ görə prokurorluğu mülki qaydada məhkəməyə belə verib. Baş Prokurorluq öz əməkdaşını törətdiyi bu qədər qanunsuz əməllərə görə cəzalandırmaq əvəzinə şikayətçi, Rauf Həmidovu 1 oktyabr 2021-ci il tarixdə guya həyata keçirdiyi əməliyyat-istintaq tədbiri ilə cinayət başında yaxalamış, ona AR CM-in 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham edilmiş, barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. Maraqlıdır ki, məhkəmənin verdiyi qərardan görünür ki, Rauf Həmidovun guya rüşvət alması ilə bağlı məlumat Nəcimə Babayevanın qətlinin ibtidai istintaqına rəhbərlik edən Zöhrab Səməndovun əməliyyat-istintaq “fəaliyyət”i ilə əldə olunub. Əslində isə Rauf evində şahidlərin yanında, sadəcə, saxlanılıb prokurorluğa aparılıb. Açıq -aydın görünür ki, istintaq orqanının məqsədi heç də Nəcimə Babayevanın əsl qatillərini tapmaq deyil. Əksinə, 11 il bundan əvvəl olduğu kimi saxta dəlillər, sübutlar toplamaqla cinayəti mərhumun ailə üzvlərinin birinin və yaxud bir neçəsinin üzərinə atmaq, bu qanunsuzluqlara qarşı gələn hər kəsi ən müxtəlif üsullarla susdurmaqdır".
Mərhum Nəcimə Babayevanın övladları onu da qeyd ediblər ki, Baş Prokurorluğun Baş İstintaq İdarəsi bu işdə yuxarıda göstərilən hərəkətləri ilə qərəzli olmasını gizlətmir və işin obyektiv istintaq aparılmasının təmin olunması üçün cinayət işi başqa istintaq orqanına verilməlidir: “Zərurət yaranarsa, Zöhrab Səməndovun Gülnarə Həbibovanın telefonuna qanunsuz proqram yüklənməsi ilə bağlı bütün yazılı və videosübutlar ictimaiyyətə açıqlanacaq”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Fuad
Tarix:8-10-2021, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-10-2021, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36