reklam
Regionxeberlericom.az » Gündəm » Həsən Həsənovun qardaşı “od püskürdü”: - “Şəhid ailəsini ələ salırlar”

reklam

Həsən Həsənovun qardaşı “od püskürdü”: - “Şəhid ailəsini ələ salırlar”



2014-cü ildə Kəlbəcər işğalda olarkən, dədə-baba yurdunu ziyarətə gedərək, erməni cəlladları tərəfindən qətlə yetirilən Həsən Həsənovun qardaşı Nail Həsənov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən şikayətçidir.

N.Həsənov Modern.az-a ünvanladığı şikayətində Agentliyin əməkdaşları tərəfindən dəfələrlə aldadıldığını deyib:

“Bizim heç kimdən umacağımız yoxdur, heç kimdən də heç nə gözləmirik. Amma son bir neçə bayramda - Ramazanda, Qurbanlıqda mənə zəng edib rəhmətlik qardaşımın ailəsinin ünvanını istəyiblər. Bildiriblər ki, ailəyə bayramla bağlı sovqat veriləcək. Amma heç vaxt da bir çöp gətirməyiblər, heç gətirməsinlər də. Amma insanları belə ələ salmaq olmaz, Şəhidin ailəsini heç olmaz. Biz heç nə istəmirik, bizi incitməyin, bizi rahat buraxın”.

Şəhidin qardaşı bildirib ki, sonuncu belə zəng sentyabrın 21-də daxil olub:

“Özünü sosial fondun əməkdaşı kimi təqdim edən şəxs soruşdu ki, Həsənli Ləman Həsən qızı sizin nəyinizdir? Qardaşım qızı olduğunu bildirdim. Həmin şəxs Ləmanın şəhid qızı, məktəbli olub-olmadığını dəqiqləşdirdi. Mən də təsdiqlədim. Daha sonra isə dedi ki, Ləmana yeni dərs ililə bağlı məktəbli sovqatı göndəriləcək. Mən də ailəsinə bu barədə məlumat verdim, arxayın saldım ki, məktəblə bağlı heç nə almasınlar, Sosial Fond məktəbli sovqatı göndərəcək. Məktəbə bir gün qalmış Ləmangildən öyrəndim ki, heç bir sovqat gətirilməyib. Əsəbimdən əlaqə saxlayıb həmin şəxsə sözümü dedim. Narazılıqdan sonra gecə ilə Həsəngilə ərzaq göndəriblər. Mən özüm orda olsaydım, ərzağı qəbul etməyəcəkdim. Sadəcə qardaşımın yoldaşına dil töküblər, üzrxahlıq ediblər. O da onları qapıdan qaytarmayıb. Söhbət əsla ərzaqda, yardımda deyil. Məni, Şəhid ailəsini niyə aldadırsınız?! Deyirlər məktəbli sovqatını səhv anlamışam, Ləmana məktəbli sovqatı düşmür. Bəs yaxşı onda niyə məktəblinin adını çəkib soruşurduz? Məgər sovat yardımı təkcə məktəbliyə verilir?! Mən bir daha vurğulamaq istəyirəm ki, nə mən, nə qardaşımın ailəsi kimsədən nəsə istəmir, bizə heç kimin heç nəyi lazım deyil. Amma Şəhid ailəsini bu şəkildə ələ salmaq olmaz! İmkan verin insanlar yaşasın, yarasını deşməyin yenidən”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov qeyd olunan problemlə bağlı Modern.az-ın sorğusuna cavab olaraq, şikayətin əsassız olduğunu bildirib:

“Sentyabrın sonuncu həftəsində sosial tərəfdaş tərəfindən həssas qruplara ərzaq yardımının siyahı üzrə paylanılması, yardımı təqdim edən qurumun nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Bağlamaların paylanılmasını reallaşdıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin aidiyyatı filialının əməkdaşları tərəfindən yardım Həsən Həsənovun həyat yoldaşı Vüsalə Həsənovaya şəxsən təqdim olunub.

Digər sosial tərəfdaş tərəfindən, tərəfdaşın istəyi ilə aztəminatlı ailələrin 1-ci sinif şagirləri olan övladlarına təqdim edilən məktəb dəsti isə Vüsalə Həsənovanın 2 qız övladlarından birisinin universitetdə, digərinin isə orta məktəbin 8-ci sinfində təhsil alması səbəbindən, aidiyyatı siyahıda qeyd edilmədiyindən ailəyə təqdim edilməyib”.


Paylaş:


Müəllif : Tarix:
9-10-2021, 10:53
Sikayət   


loading...
Загрузка...