190 manatın verilməsi ilə bağlı şok səs yazısı: "Cənab nazirin tapşırığıdır, bu gün bitirməliyik" – Audio
İctimai fəal Bəxtiyar Hacıyev Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədr müavini Cəmaləddin Quliyevə aid olduğunu iddia etdiyi səs yazısı yayıb.
Yayılan səs yazısında Cəmaləddin Quliyev olduğu iddia edilən səsin müəllifi səsli ismarıclarla qarşısındakılara bir sıra təlimatlar verir. Sözügedən təlimatların isə pandemiya səbəbilə işsiz və işaxtaranlar üçün nəzərdə tutulmuş 190 manat birdəfəlik ödəmə ilə bağlı olduğu bildirilir. Belə ki, səsin müəllifi qarşısındakılara rayon məşğulluq mərkəzlərində işsizlik statusunda olanların siyahısının tərtib olunması ilə bağlı tapşırıq verir. Lakin o, sözügedən prosesin həmin gün saat 21:00-a kimi tamamlanmalı olduğunu və bunun “cənab nazir”in tapşrığı olduğunu bildirir:
“Kuratorların nəzərinə, rayon məşğulluq mərkəzlərinə bir daha deyin, bu gün axşam saat 9-a kimi status verdiklərini versinlər, status verə bilmədiklərinin qarşısına yazsınlar “torpaq payı ehtimal olunur”. O siyahını qaytarsınlar Adil Hüseynova. Bunu bütün məşğulluq mərkəzlərinə bir-bir tapşırın, çox təcilidir, cənab nazirin tapşırığıdır, bu gün bitirməliyik. Bu gün bunu bitirəndən sona bu məsələlər bitir, ondan sonra başlayırıq öz işlərimizə”.
İddialarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov məsələyə münasibət bildirməkdən imtina edib:
“Qərəzli mövqedən böhtan və təhqirlərə yol verən şəxsin hər hansı bir açıqlamasına münasibət bildirmirik”.
Xatırladaq ki, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 6 dəfə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilib. Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrasına dair rəyində 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi üçün dövlət büdcəsindən 447,9 milyon manat ayrıdlığı qeyd olunur.
Qeyd edək ki, birdəfəlik ödənişlərin verilməsindən sonra xeyli sayda vətəndaş mətbuat vasitəsilə müraciət edərək, müxtəlif bəhanələrlə onlara 190 manatın verilmədiyini bildirmiş, bununla bağlı aidiyyəti qurumlara müraciət etsələr də nəticənin dəyişmədiyini qeyd etmişdilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-10-2021, 15:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
İctimai fəal Bəxtiyar Hacıyev Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədr müavini Cəmaləddin Quliyevə aid olduğunu iddia etdiyi səs yazısı yayıb.
Paylaş:
Müəllif :
Yazar
Tarix:10-10-2021, 15:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti