Başçı sarıdan bəxti gətirməyən YASAMAL... - NARAZILIQ!
Yasamal rayonunda hökm sürən narazılıqlar fonunda İcra başçısının susqunluğunu qoruması təəccüb doğurur. Əslində burada elə də qeyri-adi bir hadisə yoxdur. Çünki əsas vəzifəsi təmsil etdiyi dairənin problemlərini dilə gətirərək danışmaq olan Elşad Həsənovun hələ millət vəkili olduğu zamanlar susqunluğu dillər əzbəri idi. Gənc kadr kimi yüksək etimad göstərilərək Yasamala başçı təyin olunduqdan sonra isə indi o yenə də nə danışmır, nə də işləmir. Hər halda Yasamal sakinləri ilə azca təmasda olmaq kifayətdir ki, rayonda olan ab-hava haqqında təsəvvür formalaşsın.
Sakinlər bildirirlər ki, onların problemi ilə demək olar ki, maraqlanan yoxdur. “Heç kim bizimlə maraqlanmır. Əhali ilə görüşən, dərd-sərini soruşan yoxdur. Qarşıdan qış gəlir. İstilik, su, qaz problemləri baş alıb gedir. Amma rayon rəhbərliyi özünü elə aparır ki, sanki Yasamalda belə şey yoxdur” deyə rayon sakini gileylənir.
“Elşad Həsənov nə deputat , nə də başçı olanda bir dəfə bizim qarşımıza çıxıb soruşmadı ki, nə çətinliyiniz var, nəyə ehtiyac duyursunuz? Rayonda işsizlik əsas problemdir. Gənclər iş tapa bilmir. Sosial problemlər gündən-günə çoxalır. Di gəl ki, rayon rəhbərliyinin vecinə deyil. Axı Prezident onu buraya xalqa xidmət etmək üçün təyin edib. Ancaq E.Həsənovun bizim problemlərimizdən xəbəri yoxdur. Kabinetindən də bayıra çıxmır” deyə narazılıq edən rayon sakini Nişad Əhməd oğlu Mehdiyev kimə müraciət edəcəklərini bilmədiyini söyləyir.
Yasamalda torpaq satışı ən gəlirli sahələrdən biridir. Satılması mümkün olan bütün ərazilər imkanlı şəxslərə satılıb. İndi səkilərin, istirahət parklarının böyür-başından kəsərək satışa çıxarırlar. Di gəl ki, rayon ərazisində küçələr, məhəllə arası yollar bərbad vəziyyətdədir. Binalarınn zirzəmiləri çirkab suları ilə dolub, əsl xəstəlik mənbəyidir. İnsanların istirahət etməsi, asudə vaxtını keçirməsi üçün heç bir şərait yoxdur. Bütün bunlar haqqında rayon sakinləri əlaqədar qurumlara müraciət etsələr də, nəticəsiz qalıb. Elşad Həsənov və tabeliyində olanlar xalqın problemlərini görməzdən gəlir, heç bir tədbir görmürlər.
Dövlət başçısının islahatlar paketi çərçivəsində vəzifəyə təyin etdiyi gənc kadrlardan biri olan E.Həsənovun fəaliyyətinə baxdıqda onun bu etimadı doğrultmadığı qənaətinə gəlirsən. Prezident sonuncu təyin etdiyi icra başçılarına verdiyi ciddi mesajlar yəqin ki, Yasamal icra başçısının da yadında olmuş olar. Yadından çıxıbsa xatırlada bilərik :
“Elə işləməlisiniz ki, insanlar sizdən razı qalsınlar, rayonlarda işlər yaxşı getsin, inkişaf olsun, quruculuq olsun, abadlıq olsun. Belə olan halda siz məndən yüksək qiymət alacaqsınız. Əks təqdirdə sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır!”
Rubrika.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:15-10-2021, 10:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-10-2021, 10:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti