reklam
Regionxeberlericom.az » Gündəm » Ucarda polis mayoru qəfil dünyasını dəyişdi

reklam

Ucarda polis mayoru qəfil dünyasını dəyişdi


Azərbaycanda polis mayoru qəfil dünyasını dəyişib.
RegionXəbərləri.com-un əldə etdiyi məlumata görə, Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun rəisi polis mayoru Rövşən Poladov qəfil ürək tutmasından vəfat edib.

Polis mayoru Rövşən Qasım oğlu Poladovun 52 yaşı var idi.O, uzun müddət Siyəzən Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun rəisi vəzifəsində işləyib.Bir ay əvvəl Ucar RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, polis mayoru mərhum Rövşən Poladov Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi general-mayor Namiq Poladovun qardaşıdır.

Allah rəhmət eləsin.

Fuad Hüseynov RegionXəbərləri.com




Paylaş:


Müəllif : Tarix:
16-10-2021, 22:08
Sikayət   


loading...
Загрузка...