"Soliton"un sahibinin adı QALMAQALDA... - İTTİHAM VAR!
Rəsmi sahibi Müseyib Bağırov olan “Soliton Group və Neptun” şirkətində baş verən qanunsuzluq və digər neqativ hallar barədə ötən yazımızda məlumat vermişdik.
Qısa xatırlatma üçün bildirək ki, müştərilər bu ticarət şəbəkəsində qiymətlərin süni şişirdilməsindən, rəflərdə və kassada qiymətlərin fərqli olmasından həmişə şikayət edirlər.
Axı, ölkə başçısı dəfələrlə qeyd edib ki, ölkədə süni şişirdilmiş qiymətlərə yol verməyin.
Bir sözlə, ötən yazımızda bu ticarət şəbəkəsində istehlakçının aldadılması və istehlakçı hüquqlarının pozulması hallarından yazmışdıq.
Və sual vermişdik ki, bütün bunlar ortada ola-ola nə İqtisadiyyat nazirliyi, nə Qida Təhlükəsizlik Agentliyi, nə də Vergilər Xidməti bu ticarət şəbəkəsi ilə bağlı heç bir tədbir görmür.
Onu da qeyd edək ki, bu ticarət şəbəkəsini Müseyib-Sahib-Rahib Bağırov qardaşları idarə edir.
Ötən yazımızda vaxtilə Naxçıvanda üzərlik qabı satmaqla məşğul olan Gəncəli İsmayılovun şirkətdə çalışanlara qan uddurmasını da ötəri qeyd etdmişdik.
İndiki yazını isə şirkətdə baş verən cinayət əməlləri ilə bağlı Rasim və Mənsur Sadıqov qardaşlarının Gundelik-Bakıya müraciəti əsasında hazırlayırıq.
Rasim Sadıqov müraciətində qeyd edir ki, mən 2009-cu ildə Karaca qab-qacaqlarını satmaq üçün Saliton (Neptun) şirkətinin əməkdaşı Gəncəli İsmayılovla görüş təyin etdik, görüş zamanı ölkəyə yeni gətirilən Karaca qablarının satışına razılıq verdi və şad olduğunu bildirdi və bu qabların satışı üçün bizə Saliton şirkət rəhbərliyinin şərtlərini sadaladı:
“Şərtlərdən biri bu idi ki, mağazaların təmiri yüksək səviyyədə olmalıdır və mağazaların daxili dizaynı Soliton rəhbərliyinin tələbinə tam cavab verməlidir.
Bizim mağazalar orta təmirli olmasına baxmayaraq Soliton şirkətinin əməkdaşı tərəfindən bəyənilmədi. Mağazanın yeni dizaynı üçün ön şüşələrin dəyişdirilməsi, qiymətli alkopan örtüklə bəzədilməsi, mağazanın daxilinin isə rəhbərliyin verdiyi dizayna uyğun mebel vitrinlərlə təchiz olunması bizdən tələb olunurdu. Hesablamalar zamanı bizə küllü miqdarda pul vəsaiti lazım olacağını gördük və etirazımızı bildirdik, çünki Soliton şirkətinin ölkəmizə gətirdiyi Karaca brendinin, qoyduğumuz sərmayənin bizə nə qazandıracağı şübhə altında idi. Bu zaman şirkət əməkdaşı Gəncəli İsmayılov bizə bildirdi ki, mağazaya çəkilən bütün xərclər Soliton şirkəti tərəfindən ödəniləcək. O, bizi tam əmin etdi ki, biz şirkətin əməkdaşı Gəncəlinin şirkət rəhbərliyin yaxın qohumu və güvəndiyi adam olduğu üçün onun dediklərinə inanaraq mağazalarımıza şəxsi büdcəmizdən 30,000 (otuz min) manat ayıraraq mağazaları tam Soliton şirkətinin istəyinə uyğun təmir etdik. İlkin olaraq 2009 -cu ilin avqust ayında Soliton şirkətinin əməkdaşlarının gətirdikləri məhsulları bizə təqdim edə-edə təhvil verdilər. İlk aylarda normal işləməyimizə baxmayaraq Soliton şirkətinin süni qiymət artımını görüb tez-tez etirazımızı bildirirdik, cavab olaraq G.İsmayılov əsassız bəhanələr gətirirdi. Bizə olunan haqsızlıqlara baxmayaraq şirkətə məxsus Karaca qablarının 5-ilə yaxın müddət ərzində satışı ilə məşğul olduq. Bu illər ərzində icarəyə götürdüyümüz mağazalara aylıq ödəniş olaraq 200,000 (iki yüz min )manatdan artıq icarə haqqı ödədik, Soliton şirkəti tərəfindən gələn qabları saxlamaq üçün ayrılan anbara isə 42,000 (qırx iki min) manatdan artıq xərcimiz çıxmışdır. Soliton şirkətinin 1 qəpik xərci belə çıxmadan (icarə haqqı ,anbar pulu, işçi pulu və kommunal xərclər) bizim üzərimizdən rahat pul qazandığına əmin olub Soliton şirkətinə məxsus olan qabları təhvil vermək qərarına gəldik. Soliton şirkətinin anbardarı başda olmaqla işçi qrupuyla birlikdə şirkətə məxsus məhsulları yük avtomobilinə dolduraraq Hökməlidə yerləşən Solitona aid bazaya təhvil verdik. Aradan keçən 2 ildən sonra bizi Elvin Novruzov adlı tanımadığımız şəxs tərəfindən Sabunçu rayon məhkəməsinə çağırıldıq, bu zaman biz Soliton şirkətinin rəhbəri Müseyib Bağırovun qəbuluna gedərək məsələnin mahiyyətini öyrənmək istədik. Müseyib müəllimlə söhbət əsnasında məlum oldu ki, tanımadığımız Elvin Novruzov Gəncəli İsmayılovun oyununun bir parçası və qayınıdır. Müseyib müəllim bizə açıq və səmimi etiraf etdiki Gəncəli İsmayılov şirkətə məxsus küllü miqdarda pul vəsaitini mənimsəmiş və Çexiyaya gedərək bahalı brend qabları ölkəyə gətirməsinə xərcləmiş, bununla da öz şəxsi biznesini qurmuşdur. Müseyib müəllim açıq etiraf etdiki Gəncəli İsmayılov, qardaşı Sahib Bağırovun qayını olduğu üçün heç bir quruma şikayət etməmişdir”.
İndi isə söz hüquq-mühafizə orqanlarınındır. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:20-10-2021, 08:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-10-2021, 08:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25