67 müəllimi işdən qovan direktoru hansı cəza gözləyir? - Qaralova ətrafında gərginlik artır
Təhsil eksperti: “Kollecin 67 müəlliminin işdən çıxarılması istənilən halda təhsilimizə başıaşağılıq gətirir”
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin (Keçmiş Mədəni Maarif Texnikumu) 67 müəllimi işdən çıxarılıb. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.
Müəllimlərin işdən çıxarılması ilə bağlı qərarı Kollecin direktoru Nərmin Qaralova verib. Daha doğrusu müəllimlərə məcbur edib ki, bir illik müqavilə bağlasınlar. Buna razı olmayan müəllimləri isə auditoriyaya buraxmayıb.
Direktor bildirib ki, məsələdən Təhsil Nazirliyinin də xəbəri var və Emin Əmrullayevin tövsiyəsi ilə bu addımı atıb.
İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini, hüquqlarının pozulduğunu bildirirlər. Onlar baş verən hadisə ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsmana rəsmi müraciət ediblər.
Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması istənilən halda təhsilimizə baş ucalığı gətirən olay deyil:
“Məsələnin mənəvi tərəfi nə qədər qeyri-humanist xarakterli olsa belə, məsələ Qanunvericilik çərçivəsində hüquqi müstəvidə həll olunmalı və əmək qanunvericiliyi ilə əlaqədar hər hansı bir pozuntuya yol verilibsə günahkar cəzalandırılmalı, ədalət bərpa olunmalıdır. Bununla bağlı nazirin adının hallandırılması isə heç bir elementar etik normalara sıxmır. Təhsil praktikasında belə kütləvi xarakterli qərarla birinci dəfədir ki, rastlaşıram və təhsil müəssisəsində belə bir halın baş verdiyinə təəssüflənirəm”.
Hüquqşünas Tərlan Quliyev açıqlamasında bildirib ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, peşəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər.
T. Quliyevin sözlərinə görə, Azərbaycan Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunmasını qadağan edən hallar öz əksini tapıb:
“Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər, əmək qabiliyyətini müvəqqəti itirən işçilər, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə işdən azad edilməsi, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə işçinin işdən azad edilməsi, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərdir. Əmək Məcəlləsinin yuxarıda qeyd edilən norması həmçinin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin işəgötürən tərəfindən ləğv edilməsini qadağan edir”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin mətbuat xidmətinin rəhbəri Tehran Aslanlı vurğulayıb ki, artıq müəllimlərin bir qismi işə qaytarılıb: “Bunlar sənədləri qaydasında olan müəllimlərdir. Hazırda bu müəllimlər kollecdə tədris prosesinə cəlb olunub”.
T.Aslanlı qeyd edib ki, işdən kənarlaşdırılan müəllimlərin bir qismi peşə ixtisası məktəblərini bitiriblər. Bu səbəbdən də onların Kollecdə işləmələri doğru deyil:
“Müəllimlərin bir neçəsi yol verdikləri nöqsan və qanunsuzluqlara görə Kollecdən uzaqlaşdırılıb. Qeyd edim ki, təhsil müəssisəsində 67 müəllimin işdən çıxarılması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Kollecdən kənarlaşdırılan müəllimlərin sayı 67 nəfər deyil, azdır. Rəqəmlər şişirdilib. Yaxın günlərdə Kollecin direktoru Nərmin Qaralova işdən çıxarılan müəllimlərin sayı və onların işdən kənarlaşdırılma səbəbləri barədə ictimaiyyətə ətraflı məlumat verəcək”.(Bakupost)
Paylaş:
Müəllif : Fuad
Tarix:20-10-2021, 13:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-10-2021, 13:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09