reklam
Regionxeberlericom.az » Gündəm » Təzə icra başçısı da gəncəliləri dinləmir... - Müraciət

reklam

Təzə icra başçısı da gəncəliləri dinləmir... - Müraciət


Gəncənin ilk şəhidi Bəxtiyar Əliyevin adını daşıyan küçənin sakinləri yolsuzluqdan əziyyət çəkirlər. regionxeberlericom.az bildirir ki, DİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, bərbad yollar sakinləri təngə gətirib.

Sakinlər qeyd edirlər ki, dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsələr də, onları dinləyən yoxdur, hətta başçının qəbuluna da düşmək istəkləri alınmayıb: "Ən çox əziyyət çəkənlər isə məktəblilərdir. Yollar yararsız olduğundan, onlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər".

Əraziyə işləyən 25 nömrəli marşrut avtobusunun sürücüsü isə deyir ki, tez-tez avtomobil ustalarına müraciət etməli olurlar.

Sakinlərin sözlərinə görə, yağışlı havalarda o qədər palçıq olur ki, yollar keçilməz hala gəlir. Bəs görəsən, sakinlərin bu problemlərinə nə vaxt əncam çəkiləcək? Bəxtiyar Əliyev küçəsi, 1-ci döngədə yaşayan sakinlərin sözlərinə görə, onlar şəhərdə aparılan təmir işləri çərçivəsində sözügedən ərazinin problemlərinin də öz həllini tapacağına ümid edirlər.


Paylaş:


Müəllif : Tarix:
21-06-2019, 12:33
Sikayət   


loading...
Загрузка...